Məhkəmə qərarları › İş №2(031)-859/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-859/2023

26.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-859/2023 26.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbi barədə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********24-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan 0.29 ha torpaq sahəsində paylarının naturada (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus torpaq sahələri iləİslamov Eynulla Səmulla oğluna məxsus torpaq sahəsi arasında yerləşən hissədən ayrılmaqla) müəyyən edilərək ayrılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, məhkəmədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbi barədə iddia qaldırmışdır. Öz aralarında razılığa gəlmişlər. Xahiş edir, iddia ərizəsi geri qaytarılsın. Ərizəni nəzərdən keçirib məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ASC Xalq Bankı, Şabran filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar