Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1035/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə ödənilmiş 15.000 manat pul, bankdan götürmüş olduğu 10.000 manat üçün bank tərəfindən hesablanmış 4.000 manat faiz borcu, habelə evin təmiri üçün çəkdiyi 5.000 manat, həmçinin ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 manat pulun cavabdehdən tutulması və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 İddiaçı qarşı yaşadığı mənzildən çıxarılması tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 15.000 manat pul, bankdan götürmüş olduğu 10.000 manat üçün bank tərəfindən hesablanmış 4.000 manat faiz borcu, habelə evin təmiri üçün çəkdiyi 5.000 manat, həmçinin ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhərində başqa bir ünvanda fərdi yaşayış evinin inşa etdirmək məqsədi ilə torpaq sahəsi almaq istəyirdi. Bu fikrini dayısı ilə bölüşən zaman ona yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin 9 sotdan ibarət olduğunu və həmin 9 sot torpaq sahəsində yarısını ona satmağı təklif etdi. Neçəyə satmasını soruşduqda ona qeyd etdiyi hissəni yəni, 9 sot torpaq sahəsinin yarısını qohum olduqlarına görə 20.000 (iyirmi min) manata sata biləcəyini bildirdi. Cavabında təklif etdiyi məbləğdə pulunun olmadığını, lakin büdcəsinə uyğun olaraq başqa bir yerin olduğunu və həmin yeri alacağını bildirdi. Lakin dayısı, yəni, cavabdeh ona razılaşa biləcəklərini qeyd etdi. Bundan sonra ona bildirdi ki, bankla əlaqə saxlayıb ona kreditin ayrılmasının mümkün olub-olmadığını dəqiqləşdirdikdən sonra onunla əlaqə saxlayacağını dedi. Bundan sonra kredit verilməsi üçün banka müraciət etdi və müraciəti bank tərəfindən müsbət cavablandırılaraq ona 10.000 manat kreditin ayrılmasının mümkün olduğu bildirildi. Bundan sonra yenə cavabdehǝ bank tərəfindən ona cəmi 10.000 manat kredit verildiyini və bu məbləğin onun təklifi etdiyi məbləğdən xeyli aşağı olduğunu və həmin torpaq sahəsini ala bilməyəcəyini bildirərək əvvəlcədən danışdığı torpaq sahəsini alacağını bildirdi. Buna cavab olaraq cavabdeh ona 10.000 manatı bankdan götürüb ona verməyini, sonra isə yəni növbəti il 5.000, daha sonrakı il isə 5.000 manat verməklə borcunu ödəyə biləcəyini dedi. Bu təklif ilə razılaşaraq təxminən 2023-cü ilin yanvar ayında 10.000 manatı cavabdehǝ verdi. Daha sonra razılaşmalarına uyğun olaraq 2024-cü ilin sentyabr ayında 5.000 manat verdi və ailəsi ilə birlikdə köçüb yaşamağı üçün həmin evi təmir etdirmək qərarına gəldi. Təmir başladıqdan qısa zaman sonra cavabdeh ona zəng edərək nə üçün ustaları gətirdiyini, onun ailə üzvlərinin orada yaşadıqlarını əsas gətirərək ustaların işləməsini etirazını bildirdi. Cavabında buranı ona satdığını, aralarında sənədləşməyə dair razılaşma olmamasına baxmayaraq sənədlə bağlı aralarında olan razılığa görə o, əvvəlcə öz adına sənədləri qaydasına salmalı, daha sonra almış olduğu hissəyə öz adına çıxarış almalı idim. Buranı təmir etdirərək ailəsini bura köçürüb, burada yaşamaq istədiyini bildirdi. O, isə kobud şəkildə həyat yoldaşının orada olmasını əsas gətirərək təmir işlərini həyata keçirən ustaları oradan çıxarmağını dedi. 9 sot torpağın yarısını ona satdığını, buna görə də həmin torpaqda yerləşən evi təmir etdirməli olduğunu dedi. Buna cavab olaraq cavabdeh kobud formada "sən başından böyük danışırsan sənə satdığım 3 sotdur" deyə bildirdi (halbuki aralarında olan şifahi razılığa əsasən ona 9 sot torpağın yarısını, yəni, 4.5 sotunu satmışdır). Buna cavab olaraq cavabdehə ödəməli olduğu 5.000 manatı ona ödəməyəcəyini bildirdi. Yəni, 15.000 manatı artıq ödədiyini və yerdə qalan 5.000 manatı ödəməyəcəyini bildirdi. O, isə buna etiraz olaraq onu satmış olduğu torpaq sahəsindən çıxaracağını bildirdi. Həmin evin təmiri üçün 5.000 manat xərci çıxmışdır. Bununla yanaşı cavabdehə verdiyi pulun 10.000 manat hissəsini bankdan əldə etdiyi kredit hesabına ödəmişdir. Tərəfimdən cavabdehǝ ümumilikdə 15.000 manat ödənilmişdir. Eyni zamanda, evin təmir edilməsi üçün 5.000 manat xərc çəkmişdir. Cavabdehǝ ödəmək üçün bankdan əldə etdiyi kreditin üzərinə 4.000 manat faiz borcu da əlavə edilmişdir. Həmçinin, 2023-cü ildə ala biləcəyi evlərin dəyəri hazırda xeyli miqdarda artmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində artıq o, imkanı da əldən vermişdir. Yǝni, cavabdeh ondan aldığı pulları geri qaytarsa belə, çöldə yaşamalı olacaqdır. Hazırda cavabdeh onu evi buraxmamaqla yanaşı, ödəmiş olduğu pulları ona geri qaytarmır. Bunun səbəbini araşdıran zaman məlum olmuşdur ki, cavabdeh həyat yoldaşını əməliyyat etdirmək istədiyini və buna görə də ona pul lazım olduğundan fərdi yaşayış evini və torpağı satması aydın oldu. Cavabdeh aralarında olan qohumluq münasibətlərindən, ona olan inam və etibarından istifadə edərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, aralarında mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı barışıq əldə edilib və bu barədə barışıq sazişi tərtib edilmişdir. Hazırda barışıq sazişinin təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş edir. Həmçinin bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş edir, həmçinin bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxs X4 barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən bir tərəfdən Neftçala rayonu, Astanlı kəndində qeydiyyatda olan və hal-hazırda ünvan 2 ünvanında yaşayan (ş/v AZE ********, fin xxxxxxx) İddiaçı, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan (ş/v AA 6595845, fin xxxxxxx) Cavabdeh və onun nümayəndəsi-vəkili Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, digər tərəfdən də ünvan 5 ünvanında qeydiyyatda olan (ş/v AZE 16324334, fin 4FT6K5T) X1 Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı cavabdehə ödənilmiş 15.000 manat pul, bankdan götürmüş olduğu 10.000 manat üçün bank tərəfindən hesablanmış 4.000 manat faiz borcu, habelə evin təmiri üçün çəkdiyi 5.000 manat, həmçinin ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 manat pulun cavabdehdən tutulması iddia tələbinə dair mülki iş üzrə aşağıdakılar barədə razılığa gələrək Barışıq Sazişi bağlayırlar: 1. İddiaçı: İddiaçı iddia tələbində qeyd etdiyi cavabdehə ödənilmiş 15.000 (on beş min manat) pulu və evin təmiri üçün çəkilən xərc kimi 2.000 manat pulu, cəmi 17.000 (on yeddi min) manat pulu məhkəmə baxış iclasında Cavabdeh qəbul etdi və iddia tələbinin qalan hissəsindən yəni, "bankdan götürdüyü kredit üzrə bank tərəfindən hesablanmış 4.000 (dörd min) manat faiz borcu, habelə evin təmiri üçün çəkilən 5.000 (beş min) manat pulun 3.000 (üç min) manat hissəsindən və həmçinin, ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 (on min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsindən" imtina etdiyini bildirdi. Barışıq Sazişi təsdiq edildiyi gündən yəni, xx.xx.2025-ci il tarixdən sonrakı 1 (bir) ay müddətində ailə üzvləri ilə birlikdə Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 3 ünvanından əmlaklarını da götürüb çıxmagı, evin açarlarını təhvil verməyi və evdə cavabdehə və müstəqil tələb irəli sürən 3-cü şəxsə məxsus 01 ədəd divan, 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın, 01 ədəd qaz peçi və əl-üz yuyanın fərdi yaşayış evində saxlanılmasını öz öhdəsinə götürdü. 2. Cavabdeh: Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçı tərəfindən ona ödənilmiş 15.000 manat pulu və evin təmiri üçün çəkilən xərc kimi 2.000 manat pulu, cəmi 17.000 manat pulu məhkəmə baxış iclasında İddiaçı təhvil verdi. 3. Müstəqil tələb irəli sürən 3-cü şəxs: X4 cavabdeh İddiaçı ona məxsus 06 sot torpaq sahəsi və onun üzərində inşa edilmiş ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən Barışıq Sazişi təsdiq edildiyi gündən yəni, xx.xx.2025-ci il tarixdən sonrakı 1 (bir) ay müddətində ailə üzvləri ilə birlikdə əmlaklarını da götürüb çıxmağı, evin açarlarını təhvil verməyi və ona məxsus 01 ədəd divan, 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın, 01 ədəd qaz peçi və əl-üz yuyanın fərdi yaşayış evində saxlanılmasını öz öhdəsinə götürdüyü üçün müstəqil tələb irəli sürən İİİ şəxs kimi iddia tələbindən bütünlüklə imtina etdiyini bildirdi. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediyasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı: İddiaçı iddia tələbində qeyd etdiyi cavabdehə ödənilmiş 15.000 (on beş min manat) pulu və evin təmiri üçün çəkilən xərc kimi 2.000 manat pulu, cəmi 17.000 (on yeddi min) manat pulu məhkəmə baxış iclasında Cavabdeh qəbul etdi və iddia tələbinin qalan hissəsindən yəni, "bankdan götürdüyü kredit üzrə bank tərəfindən hesablanmış 4.000 (dörd min) manat faiz borcu, habelə evin təmiri üçün çəkilən 5.000 (beş min) manat pulun 3.000 (üç min) manat hissəsindən və həmçinin, ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 (on min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsindən" imtina etdiyini bildirdi. Barışıq Sazişi təsdiq edildiyi gündən yəni, xx.xx.2025-ci il tarixdən sonrakı 1 (bir) ay müddətində ailə üzvləri ilə birlikdə Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 3 ünvanından əmlaklarını da götürüb çıxmagı, evin açarlarını təhvil verməyi və evdə cavabdehə və müstəqil tələb irəli sürən 3-cü şəxsə məxsus 01 ədəd divan, 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın, 01 ədəd qaz peçi və əl-üz yuyanın fərdi yaşayış evində saxlanılmasını öz öhdəsinə götürdü.
2. Cavabdeh: Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçı tərəfindən ona ödənilmiş 15.000 manat pulu və evin təmiri üçün çəkilən xərc kimi 2.000 manat pulu, cəmi 17.000 manat pulu məhkəmə baxış iclasında İddiaçı təhvil verdi.
3. Müstəqil tələb irəli sürən 3-cü şəxs: X4 cavabdeh İddiaçı ona məxsus 06 sot torpaq sahəsi və onun üzərində inşa edilmiş ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən Barışıq Sazişi təsdiq edildiyi gündən yəni, xx.xx.2025-ci il tarixdən sonrakı 1 (bir) ay müddətində ailə üzvləri ilə birlikdə əmlaklarını da götürüb çıxmağı, evin açarlarını təhvil verməyi və ona məxsus 01 ədəd divan, 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan maşın, 01 ədəd qaz peçi və əl-üz yuyanın fərdi yaşayış evində saxlanılmasını öz öhdəsinə götürdüyü üçün müstəqil tələb irəli sürən İİİ şəxs kimi iddia tələbindən bütünlüklə imtina etdiyini bildirdi. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 qarşı cavabdehə ödənilmiş 15.000 manat pul, bankdan götürmüş olduğu 10.000 manat üçün bank tərəfindən hesablanmış 4.000 manat faiz borcu, habelə evin təmiri üçün çəkdiyi 5.000 manat, həmçinin ötən iki il ərzində əldən çıxmış fayda qismində 10.000 manat pulun cavabdehdən tutulması və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 İddiaçı qarşı yaşadığı mənzildən çıxarılması tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər.
Sədrlik edən Əli İmanov