Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1051/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul tələbinə” dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X1 onun əvəzinə "xxxx" ASC-nə ödədiyi 10386 manat 80 qəpik məbləğində pulun və 122 manat dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-nin ilə kredit müqaviləsi bağlanmışdır. Kerdit öhdəliyinin icrası ilə əlaqədar onunla zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəlik götürülmüş, lakin borclu tərəfindən öhdəlik vaxtında icra edilməmişdir. Borclu Cavabdeh götürülmüş öhdəliyi vaxtında icra etmədiyindən tələbkar Rabitəbank ASC Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.20214-cü il tarixli 2(010)- 6920/2014 saylı qətnaməsinə əsasən borclu X2 və X7 birgə qaydada 9063.24 manat məbləğində əsas borc, 1028.56 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə, 30 manat dövlət rüsumu, cəmi ******* manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən xx.xx.2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Borclu Cavabdeh öhdəliyi vaxtında icra etmədiyindən borc məbləği tərəfindən tam şəkildə ödənilmişdir. Bu barədə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda öz əksini tapır. Tərəfindən xx.xx.2016-cı il tarixdən cari ilin may ayınadək tərəfindən 10386.80 manat məbləğdə pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. Hazırda “Rabitəbank ASC” qarşısında borclu Cavabdeh götürülmüş öhdəlik tərəfindən icra edildiyindən zamin kimi Cavabdeh pulun ödənilməsini tələb etmişdir. Lakin Cavabdeh əvəzinə ödədiyi pulu ödəməkdən yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mübahisənin məhkəmədən kənar həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh X1 10356 manat 80 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianı etiraf etdi, izahat verərək bildirdi ki, həqiqətən İddiaçı götürmüş olduğu kredit müqaviləsi üzrə zamin durmuş, borc onun tərəfindən ödənilmədiyindən iddiaçının əmək haqqından tutulmalar aparılmışdır. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Baş kredit və zaminlik müqavilələrinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, RBYF-4804 saylı kredit, İddiaçı ilə xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixli , 2(010)-6920/2014 saylı Surxanı Rayin Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı birgə qaydada 9063 manat 24 qəpik məbləğində əsas borcu, 1028 manat 56 qəpik faiz borcu, 2000 manat məbləğində cərimə ,30 manat dövlət rüsumu , cəmi 12121 manat 80 qəpik manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-6920/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi və icra ödənişinin alınması barədə xx.xx.2016-ci il tarixli qərar icra edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 və maddəsini rəhbər tutaraq aidiyyəti üzrə Suraxanı OYL Obpereyşn Kompaniyə göndərilir. Belə ki, "xxxx"ASC tərəfindən verilən xx.xx.2015-ci il tarixli məktuba əsasən İddiaçı hal-hazırda Suraxani OYL Opereyşn Kompani S.A.-şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 65-ci maddəsinə əsasən İcra sənədi üzrə borcu İddiaçı X11 Kompani S5.A.-şirkətindən aldığı əmək haqqısından 50 (əlli) faizi həcmində tutaraq məktuba əlavə edilmiş tələbkar "xxxx" ASC-nin bank hesabına və icra ödənişinin alınması barədə qərar üzrə 848,52 manat icra ödənişini isə həmin qərarda göstərilən hesaba köçürməyiniz xahiş olunur. xx.xx.2016-cı il tarixli icra ödənişinin alınması haqqında qərarın surətindən görünür ki, borclu İddiaçı müştərək qaydada 848 manat 52 qəpik məbləğində icra ödənişi tutulması qərara alınmışdır. "xxxx" ASC-nin Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubunun surətindən görünür ki, icraatınızda Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(010)6920/2014 saylı qətnaməsinə əsasən, cavabdehlər X4 və İddiaçı cəmi 12091.8 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair icra vərəqəsi vardır. Borclu İddiaçı “X11 Kompani S.A” şirkətinin Azərbaycan Respublixasındakı nümayəndəliyində işləyir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 200 manat ödəniş olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsini rəhbər tutaraq, müvafiq srələblərin cavabdehin əmək haqqına yönəldilməsini xahiş edilmişdir. "xxxx" ASC-nin Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, icraatınızda Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(010)-6920/2014 saylı qətnaməsinə əsasən verillmiş icra vərəqəsi üzrə icra işi vardır. Borclu İddiaçı ödəniş etdiyi üçün Suraxanı rayon Məhkəməsinin 2(010)-6920/2014 saylı, xx.xx.2014-ci il tarixli qətnamə üzrə Suraxanı rayon İcra şöbəsində olan icra işinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbini rəhbər tutaraq xitam verilməsini və görülmüş icra tədbirlərinin ləğv edilməsi xahiş edilmişdir. xx.xx.2016-cı il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli 2(010)6920/2014 saylı icra sənədi üzrə icra olunması üçün aidiyyəti üzrə X11 Kompaniyə göndərilməsi qərara alınmışdır. "xxxx" ASC-nin Şirvan şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı rayon Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh Cənnatali oğluna və İddiaçı qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2024-cü il tarixli ,2(010)-6920/2014 saylı icra sənədi vardır. İş üzrə cavabdeh (zamin) İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə olan borcundan 1726 manat 80 qəpik məbləğində ödəniş etmişdir. Hal-hazlrda Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 6920/2014 saylı icra sənədi üzrə 1060 manat borc qalmaqdadır. Ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin hesabına RBYF-4804 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 110 manat, xx.xx.2023-cü il tarixdə 300 manat , xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 1696 manat 80 qəpik ödəniş etmişdir. Ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin hesabına RBYF-4804 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 100 manat , xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 150 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 300 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, PAK-ın xx.xx.2024-cü il tarixli 193 saylı protokoluna əsasən zamin İddiaçı zaminlikdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli, **********47 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 122 (yüz iyirmi iki) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı zamin qismində xx.xx.2013-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliyin icrası üçün 10356 (on min üç yüz əlli altı) manat 80 (səksən) qəpik məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam hissədə təsdiq olunduğundan, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 10356 (on min üç yüz əlli altı) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh X1 dövlət rüsumu kimi ödənilmiş 122 (bir yüz iyirmi iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1051/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1051/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver