Məhkəmə qərarları › İş №2(032)-1058/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1058/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1058/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərin atası mərhum X3 uzun illər yaxından tanımışam və bir-birilərilə səmimi münasibətləri olmuşdur. O, 2022-ci ildə vəfat etmişdir. Əlavə olaraq bildirir ki, cavabdehlərin atası mərhum X3 böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi, O, bu xəstəliklə bağlı davamlı olaraq müalicə olunurdu. Onun müalicəsi külli miqdarda vəsait tələb edirdi. X1 müalicə xərclərindən ötrü yaxın münasibərdə olduğu tanışlarına müraciət edirdi, bu səbəbdən də, Vurğun Şükürov ona da müraciət edərək ona 2000 manat məbləğində borc pul verməyi xahiş etdi, yaxından tanıdığından və münasibətiləri olduğundan ona 1900 manat məbləğində borc pul vermişdir. X5 1900 manat məbləğində pulu verərkən onunla notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərllərinə görə mərhum X3 ondan aldığı 1900 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq ümumiyyətlə ona ödəniş olunmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzumunundan göründüyü kimi hazırkı mülki iş üzrə İddiaçı ilə mərhum X3 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə sonuncu iddiaçıya 1900 manat pul ödəməli idi. Lakin hazırkı iddia ərizəsi üzrə cavabdehlərlə iddiaçı arasında hər hansı bir kredit müqaviləsi bağlanmamışdır. Yəni hazırkı mülki iş üzrə iddiaçı cavabdehlərdən mərhum X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 1900 manat pulun tutulmalı olduğunu iddia etsə də, iddiaçının cavabdehlərə qarşı hazırkı tələb üzrə öz tələbini əsaslandırdığı hallar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qrarında qeyd edilmişdir ki, “... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 39.40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Ödənilmiş (********** nömrəli, xx.xx.2022-ci il tarixli) 39.40 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar