Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1062/2024 03.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri 2250 manat, 1500 manat verilən pul, ümumilikdə 6115 manat pulun və ödənilmiş məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında idarə etdiyi 1997-ci il buraxılışlı “Mersedes 230 minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində boyaq və qapı hissəsinin yüngül təmirə ehtiyacı olduğundan tanışlarının məsləhəti ilə 2023-cü ilin iyun ayında Şirvan şəhər sakini Cavabdeh işlədiyi sexə gətirərək xidmət göstərilməsi üçün nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı cavabdeh nəqliyyat vasitəsinin rəngsaz işlərinin görülməsi müqabilində 1000 (bir min) manat pul istəmişdir. O, Cavabdeh ilə razılaşmış, Sakitə 500 manat pul vermişdir. Daha sonra 2023cü ilin avqust ayında nəqliyyat vasitəsinə baxış keçirilməsi məqsədi ilə Şirvan şəhərinə gəlmişdir. Nəqliyyat vasitəsinin salonunda əlavə işlərin aparılması ilə əlaqədar cavabdehə bildirmişdir. Sakit bildirmişdir ki, avtomobilin salonunu düzətmək üçün 500 manat pul lazımdır. Sakit ilə razılaşmış, lakin Sakitə 500 manat pul verməmişdir. 2023-cü il avqust ayında Sakitin qardaşı Səxavət ona zəng vuraraq bildirmişdir ki, Sakitə vercəyi 500 manat pulu ona göndərsin. Sonra Səxavət kartının şəklini ona göndərmişdir. O, Səxavətin kart hesabına 500 manat pul göndərmişdir. Həmin gündən bir neçə gün sonra Sakit ona zəng vuraraq bildirmişdir ki, avtomobilini 2-3 gün müddətində ona təhvil verəcək. Təqribən 2-3 gün sonra cavabdehə zəng vuraraq bildirmişdir ki, avtomobili bir həftədən sonra təhvil verəcək. Bir həftədən sonra Şirvan şəhərinə gəlmiş, Sakitin sexinə bir neçə dəfə getmiş, qapının bağlı olmasının şahidi olmuşdur. Daha sonra nəqliyyat vasitəsinin yeri və aqibəti ilə maraqlandıqda avtomobilin cavabdehin nənəsinin fərdi yaşayış evinin həyətində olması məlum olmuşdur. O, nəqliyyat vasitəsinə baxış keçirərkən ön hissəsinin zədəli olmasının şahidi olmuşdur. Səbəbini soruşduqda Cavabdeh qeyd edilən nəqliyyat vasitəsinin icazəsiz idarə etməklə qəza keçindiyini bildirmişdir. Sakit bildirmişdir ki, polisə müraciət etməsin. Onun avtomobilini 1 həftə müddətində düzəltdirəcəkdir. O da polisə müraciət etməmişdir. 2023-cü ilin dekabr ayında Sakitin sexinə gəlib, avtomobilinin bir hissəsini təmir etdiyini görmüşdür. Sakitə bildirmişdir ki, avtomobilinin təmirini nə üçün gecikdirir. Sakit də cavabında bildirmişdir ki, hazırda pulu yoxdur. 30 dekabr 2023-cü il tarixdə Sakitin qardaşı Səxavət ona zəng vurmuşdur. Cavabdeh onu söyüb-təhqir etməklə bildirmişdir ki, avtomobilini gəlib aparsın. Bundan sonra Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə gəlib, Sakitin sexinə getmişdir. Sexin bağlı olduğunu görüb, Sakitin qardaşı Səxavətə zəng vurmuş, bir müddət sonra Sakitin qardaşı Səxavət sexə gəlib, sexin qapsını açmış, avtomobilinin yan şüşələrinin, arxa şüşəsinin, dam şüşəsinin sındırıldığını, avtomobilinin arxa sağ hissəsinin, arxa sol hissəsinin, qapılarının, banının, ön kapotunun zədələndiyini, avtomobilin içərsində olan manitorun zədələndiyini görmüşdür. Bundan başqa avtomobilin sağ arxa təkərinin diskinin yerinə başqa bir diskin bağlandığını görmüşdür. Nəqliyyat vasitəsinə vurulmuş ziyanla əlaqədar Şirvan şəhər Polis Şöbəsinə müraciət etmişdir. Əlavə olaraq dəymiş ziyanla əlaqədar avtoservis tərəfindən rəy verilmişdir. Hazırda Cavabdeh nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri 2250 manat, 1500 manat verilən pul, ümumilikdə 6115 manat borcu vardır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, daha öncə İddiaçı etibarnamə əsasında idarə etdiyi avtomobil X2 mülkiyyətində olduğu üçün o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Lakin daha sonra avtomobil iddiaçının adına rəsmiləşdirildiyindən X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasına zərurət qalmamışdır. İddiaçı hadisə baş verən zaman etibarnamə əsasında idarə etdiyi, hal-hazırda mülkiyyətində olan avtomobilini təmir etmək üçün Cavabdeh vermiş və 2000 manata razılaşmışlar. Cavabdeh avtomobili təmir etmiş, İddiaçı ona hissəhissə olmaqla 1500 manat ödəniş etmiş, 500 manat borclu qalmışdır. Cavabdeh də bunu əsas tutaraq avtomobilə dəmir parçası ilə xəsarətlər yetirmişdir. Nəticədə iddiaçıya cavabdehin nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat maddi ziyan vurmuşdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, izahat verərək bildirdi ki, İddiaçı ona avtomobilini təmir etmək üçün vermişdir. O da avtomobili təmir etmiş, lakin avtomobili təmir etməsinin müqabilində almalı olduğu 2000 manat pulun 500 manatını ala bilməmişdir. Əsəbləşmiş və əlinə dəmir parçası alaraq avtomobilə xəsarətlər yetirmişdir. O, iddiaçıya vurduğu ziyanı etiraf edir. İddiaçının ondan 6115 manat məbləğində pul tələb etməsinə heç bir etirazı yoxdur. Hal-hazırda maddi ziyanı ödəməyə hazırdır. Sadəcə maddi ziyanı rəsmi qaydada ödəmək fikrində olduğu üçün məhkəmə tərəfindən qətnamə çıxarıldıqdan sonra pulu iddiaçıya ödəyəcəkdir. Bu barədə ərizə təqdim olundu. Məhkəmə prosesinin gedişində mübahisənin predmeti olan avtomobil iddiaçının adına rəsmiləşdirildiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 prosessual fəaliyyətinə məhkəmə tərəfindən xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X6 Servis və Ticarət Müəssisəsi tərəfindən tərtib olunmuş aktda göstərilir ki, **-BO-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, “Mercedes-Benz 230 minik” markalı nəqliyyat vasitəsinə əzilib sıradan çıxan hissələrə görə dəymiş maddi ziyan 2365 manat, təmir və bərpa üzrə dəymiş ziyan 2250 manat olmaqla, ümumilikdə 4615 manat təşkil edir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilir ki, İddiaçı şikayət ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 3(032)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 4400 manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxsə ona vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, **-BO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230 minik” markalı avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı, “Mercedes-Benz 230 minik” markalı nəqliyyat vasitəsinə xəsarətlər yetirilmiş və iddiaçıya nəqliyyat vasitəsinə vurulmuş ziyana görə 2365 manat, usta xərcləri 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat maddi ziyan dəymişdir, nəticədə tərəflər arasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri üçün 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 82 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 82 manat İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin olunsun. Cavabdeh nəqliyyat vasitəsinə vurduğu ziyana görə 2365 manat, usta xərcləri üçün 2250 manat, 1500 manat verilən pul olmaqla, ümumilikdə 6115 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 82 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1062/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1062/2024
03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver