Məhkəmə qərarları › İş №2(032)-1101/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1101/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1101/2024 22.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15300 manat məbləğində pulun və ödənilmiş 136 manat dövlət rüsumunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh Rəzi qızı ona avtomobil alqısatqı biznes fəaliyyəti ilə məşğul olduğunu bildirərək ona demişdir ki, “əgər şərik işləsək bundan yaxşı pul qazana bilərik”. Onu inandırdıqdan sonra 2021-ci ilin yanvar ayından etibarən müxtəlif vaxtlarda ümimilikdə 15300 manat pul aldı. Sonradan onu tanıdıqca bilmişdir ki, cavabdeh heç də dediyi kimi bizneslə məşğul deyildir və onu aldatmışdır. Bundan sonra cavabdehə verdiyi pulu geri qaytarmağını tələb etsə də o, pulu qaytarmamışdır. Sonradan bildi ki, cavabdeh digər şəxsə də eyni məzmunlu vədlər verərək aldatma yolu ilə onunda pulunu mənimsəmişdir. O və digər zərərçəkmiş şəxs tərəfindən ərizə ilə Şirvan şəhər Polis şöbəsinə müraciət olunmuşdur. İşə PŞ-də istintaq bölməsində baxıldıqdan sonra cavabdeh barəsində cinayət işi açılmış və iş baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilmişdir. Şirvan şəhər məhkəməsində işə baxılarkən cavabdehin dələduzluq əməli sübuta yetirilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdə onun zərərçəkən olaraq dəymiş ziyanla bağlı məhkəməyə müraciət etməyi qeyd olunmuşdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahtında bildirdi ki, cavabdeh ona 700 manat pulu versə də, həmin məbləğ bankın faizidir, lakin iddia ərizəsində faizləri göstərməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o iddiaçıdan ümumilikdə 15300 manat borc pul almış, belə ki, həmin puldan 700 manatı iddiaçıya qaytarmışdır. Odur ki, ödənilməyən 14600 manat pulun ondan tutulmasına etiraz etmir. Həmçinin həmin pulu birdəfəlik qaytara bilməyəcəyi üçün hissə-hissə qaytara bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(106)-162/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 1(032)-143/2023 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmündən görünür ki, zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim etməmişdir. Həmçinin görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı İddiaçı avtomobil alğı-satqı biznes fəaliyyəti ilə məşğul olduğunu bildirərək İddiaçı 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Rövşən” adlı şadlıq sarayının qarşısında 4500 manat, həmin tarixdən təxminən 3 gün sonra Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-nin Şirvan filialı binasının qarşısında 2000 manat, 01 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” adlı ticarət mərkəzinin yaxınlığında 2300 manat, 09 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” adlı ticarət mərkəzinin yaxınlığında 4000 manat, 04 dekabr 2023-cü il tarixdə “Şirvan şəhər mərkəzi xəstəxanası” X3 inzibati binasının yaxınlığında 500 manat və 05 dekabr 2021-ci il tarixdə Şirvan şəhər Mərkəzi Poçtun yaxınlığında 2000 manat pulunu ələ keçirmiş, tez bir zamanda qaytaracağı vədinə əməl etməyib İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə ona xeyli miqdarda, yəni ümumilikdə 15300 (on beş min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin hökmdən görünür ki, zərərçəkmiş şəxs İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında bilirmişdir ki, Cavabdeh ona avtomobil alğı-satıqısı ilə məşğul olmasını, ondan pul alıb avtomobil alacağını, avtomobili satıb pulunu qaytaracağını, ona əlavə pul verəcəyini söyləmiş, Cavabdeh avtomobil alqı-satqısı ilə məşğul olmaq adı altında onu aldatmışdır. Cavabdeh ondan aldığı ümumilikdə 15300 manat puldan 700 manat pul geri qaytarmışdır. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 və 180.3cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırkı halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülki hüquq və vəzifələrin yaranma əsaslarından bir də, məhz əsassız varlanmadır. Digər hüquq münasibətlərindən fərqli olaraq isə əsassız varlanma haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İşin fakitiki hallarından da göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya digər öhdəlik hüquq münasibətləri yaranmamışdır. İddiaçının tələb hüququ isə hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh hüquqazidd əməlləri nəticəsində yaranmışdır. İşin fakitiki hallarından da göründüyü kimi Cavabdeh barəsində ittihamverici hökm çıxarılmış və həmin hökmdə Cavabdeh zərərçəkmiş şəxs İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncuya 15300 (on beş min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmiş olduğu sübuta yetirilmişdir. Eyni zamanda Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı almış olduğu 15300 manat puldan 700 manat pulu geri qaytarmışdır. Hazırda iddiaçı cavabdehdən 15300 manat məbləğində pul tələb etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iş materialları ilə də müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-143/2023 saylı hökmündə zərərçəkmiş şəxsin vermiş olduğu izahatında borc məbləğindən 700 manat pulu qaytarmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 14600 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 136 manat dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumuna görə 136 manat pul cavabdeh Soltanova Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14600 manat pul və dövlət rüsumuna görə ödənilmiş 136 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar