Məhkəmə qərarları › İş №2(032)-1128/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1128/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1128/2024 14.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Vazehi X1 şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 700 manat pulun və ödənilmiş məhkəmə xərclərinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə Şirvan şəhər ərazisində 3 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərir. Cavabdeh da eyni ilə şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xətti üzrə nəqliyyat vasitəsi idarə edir. Əvvəllər şəhər sakini və sürücü kimi tanımışdır. İdarə etdiyi nəqliyyat vasitəsinin arxa təkərlərin hərəkət sisteminin (diferin) nasazlığı səbəbindən işlənmiş ehtiyyat hissəsinin tapılması məqsədi ilə sürücü kimi Cavabdeh olub-olmaması barədə zəng vurmuşdur. Cavabdeh ehtiyyat hissəsinin onda olmadığını lakin tanışı vasitəsi ilə tapa biləcəyini bildirmişdir. Sonradan cavabdehin tapdığı ehtiyyat hissəsini Cavabdeh 210 manat ödəməklə almışdır. Qeyd edilən ehtiyyat hissəsini usta idarə etdiyi nəqliyyat vasitəsinin üzərinə quraşdırdıqdan sonra idarəetmə nəticəsində ehtiyyat hissəsinin nasaz olması məlum olmuşdur. O, qeyd edilən ehtiyyat hissəsini cavabdehə qaytarmışdır. Ona başqa maşın üzərindən açılmış ehtiyyat hissəsini əvəzləyəcəyini bildirmişdir. Ehtiyyat hissəsinin tək yox (most hissəsini) bütövlüklə vercəyi müqabilində əlavə olaraq 270 manat vermişdir. Əlavə olaraq arxa idarəetmə siteminin yayı (palosu) 90 manat ödəməklə almışdır. Ehtiyyat hissələrinə 570 manat xərci çıxmışdır. Ehtiyyat hissəsi (mostun) nasaz olduğu üçün hissələri Cavabdeh qaytarmışdır. Qeyd edilən hissələrin quraşdırılması və dəyişdirilməsi üçün ustaya 130 manat xərci çıxmışdır. Daha sonra ehtiyyat hissələri və usta xərcləri üçün ödədiyi məbləğləri , ümumilikdə 700 (yeddi yüz) manat pulun qaytarılmasını xahiş etmişdir. Cavabdeh ona yalan vəd veridiyi üçün barəsində Şirvan şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şəhər Polis şöbəsindən müraciətin mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir . Məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçıya olan borcunu tam ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü ,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar