Məhkəmə qərarları › İş №2(032)-1135/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1135/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1135/2023 17.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin qanunsuz sahibliyindən alınması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ona məxsus olan “ 21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq ona geri qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, “ 21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. 2022ci il tarixində Aydın Həsənov adlı şəxs onu işə düzəltmək vədi verərək ondan 5000 manat pul istəmişdir. O da Aydına nağ pulunun olmadığını, mülkiyyətində olan avtomobili satıb pulu verəcəyini bildirdi. O, isə avtomobili tanışının yanında girov qoyub, avtomobilin dəyərində pul götürməyi təklif etdi. O da avtomobilin likvid qiymətinin 7000 manat olduğunu, 2000 manat qaytarmaq şərti ilə baş etibarnamə ilə Aydının arvadı Cavabdeh1 vermişdir. Sonradan bilmişdir ki,Aydın ona qarşı dələduzluq edib bu səbəbdən xx.xx.2022-ci il tarixində Şirvan şəhəri 1 saylı notariat ofisində sonuncu Cavabdeh3 verilmiş baş etibarnaməni ləğv etdi. Aydının ona qarşı dələduz hərəkəti ilə bağlı Şirvan şəhər polis idarəsinə şikayət ərizəsi verdi. Ərizə əsasında cinayət işi başlandı, sonra iş aidiyyatı üzrə Pirallahı rayon Polis İdarəsinə göndərildi. İstintaq zamanı müəyyən olundu ki, Aydının arvadı Cavabdeh1 avtomobili baş etibarnamə əsasında Hamlet adlı şəxsə satıb, Hamlet adlı şəxs isə baş etibarnamə əsasında Cavabdeh3 istifadəsinə vermişdir. Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)-16/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu Cavabdeh3 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq Aydın adı şəxsin ona qarşı dələduzluq etdiyini və bu səbəbdən də mülkiyyət hüquqi ilə ona məxsus “21012” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vermiş olduğu baş etibarnaməni ləğv etdiyini, həmin avtomobilin ona qaytarılmasını xahiş etdi. Lakin o qarşılığında avtomobili qaytarmayacağını, Hamletdən aldığı üçün ona qaytaracağını bildirdi. İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəməyə etiraz məzmunlu ərizə təqdim edərək bildirmişdir ki, 2022-ci ildə yoldaşı Həsənov Aydın ona dedi ki, “şəxsiyyətim özümdə deyil, mənimlə gedək notariusa maşın var, onu sənin adına keçirdəcəm”. O da getdi. Etibarnamə yazıldı, qol çəkdi. Sonra gəldi və üstündən 1 saat keçmişdi, yenə onu notariusa apardı. Maşın onun adından çıxdı. Sonra onlar orada nə qədər pul alıb verdilər onu bilmədi. Üstündən təxminən 2 ay keçəndən sonra yoldaşına zənglər gəlməyə başladı. Hiss elədi ki, evdə onu da aldadıb. Sonra evə gəl-getlər başladı. Hətta maaş kartını da əlindən aldılar. Həmin vaxtlarda evdə münaqişələr artdı, döz bilməyib atasına zəng etmişdir ki, onu aparsınş Sonra atası gəlib onu və uşağını götürüb apardı. Bir müddət keçdikdən sonra bildilər ki, polisə şikayət ediblər. Polis əməkdaşları tərəfindən saxlanıldı. Oradan bildirdilər ki, Aydın Həsənov dələduzluq üstündə saxlanılıb. 6 ay sonra isə onlara məlumat verdilər ki, 3 il azadlıqdan məhrum edilib. Cavabdeh1 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədi, avtomobilin onun qızında deyil başqa şəxslərdə olmasını, qızının aldadıldığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, təxminən 2022-ci ilin aprel ayında “VAZ 21012” markalı, ** BJ *** d.q.n-lı avtomobili Cavabdeh2 maşın bazarında etibarnamə əsasında 4300 manata almışdır. Sonradan 2 ay keçmiş ona məlum olmuşdur ki, ona verilmiş etibarnamənin qüvvəsi yoxdur, avtomobil ilə əlaqədar dələduzluqla bağlı cinayət işi var. Cavabdeh2 pulunu istəsə də, ona heç nə qaytarılmamış, o da məhkəməyə müraciətb etmişdir. Hazırda Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və Cavabdeh2 4300 manat pulun onun xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda avtomobil onun sahibliyindədir, lakin üzərinə stop qoyulduğundan sürə bilmir. əgər onun pulu qayıtsa avtomobilin qanuni mülkiyyətçisinə qaytarılmasına etiraz etmir. Sonraki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq Cavabdeh3 səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclaslarına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq ünvanın tam olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan işin baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi dalan 8, ev 90-da yaşayan İddiaçı adında “VAZ- 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 875 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 8İ-4986 reyestrlə təsdiq olunmuş ərizəyə əsasən mülkiyyətçisi olduğu ** BJ *** dövlət nömrəli nəqliyyat vasitəsinə sərəncam hüquqlu Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-3860 reyestrlə, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-3879 reyestrlə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-19893 reyestrlı verilmiş etibarnamələr notariat elektron informasiya sistemində tərəflərindən ləğv olunmuşdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)-16/2023 saylı hökmü ilə X2 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(094)-16/2023 saylı hökmündə göstərilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayının sonlarında o, icarəyə götürdüyü avtomobilini Orxan Şahpələngovun atası Novruza məxsus təmir sexində təmir etdirərkən, həmin vaxt Novruz Şahpələngov ona oğlu üçün iş yeri axtardığını bildirərək, oğlu Orxanın işə düzəlməsində ondan kömək istəmişdir. O da onunla razılaşaraq kömək edəcəyini bildirmişdir. Həmin vaxt Novruz oğlu Orxana zəng edərək, onu sexə çağırmışdır. Bir müddət sonra Orxan və Tural sexə gəlmişlər. O, Orxan və Turala onları işlədiyi “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində fəhlə kimi işə düzəldə biləcəyini və aylıq maaşlarının 1800 manat olacağını bildirmiş və onlara hər birinin işə düzəlmələri üçün 5000 manat pul verməli olduqlarını bildirmiş və əlavə olaraq demişdir ki o da həmin pulları işlərin düzəlməsi üçün idarəyə verəcək. Tural və Orxan onunla razılaşmışlar, lakin Tural demişdir ki, onun hal hazırda pulu yoxdur, idarə etdiyi “ 21120” markalı ** BJ *** d.q.n-lı avtomobilini satıb yaxın vaxtlarda ona 5000 manat pulu verəcək. O isə Turala demişdir ki, ona avtomobilinə dair baş etibarnamə versin, avtomobili satıb və əldə olunan puldan həmin işin pulunu verəcək, qalan pulu ona qaytaracaq. Həmin vaxt Tural onunla razılaşaraq avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayının 22-də o, Turalla şəhərin H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda görüşmüş, həmin vaxt orada o, arvadı Cavabdeh1, Tural və Orxanda olmuşlar. Həmin vaxt Tural özünə məxsus “ 21120” markalı, ** BJ *** d.q.n-lı avtomobilə dair baş etibarnaməni onun şəxsiyyət vəsiqəsi itdiyi üçün arvadı Cavabdeh1 adına vermişdir. O da həmin “ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilə alıcı taparaq, avtomobili 3000 manat pula Sumqayıt şəhər sakininə satmış, lakin avtomobili 3000 manata satması barədə Turala bir söz deməmişdir. 2022-ci ilin aprel ayının 23-də Orxandanda ilkin olaraq 2500 manat pulu almışdır. Qalan 2500 manat puluda sonuncudan hissə-hissə bir ay yarım müddətində yəni, aprel-may aylarında almışdır. Həmin vaxt Tural və Orxana bildirmişdir ki, 2-3 ay müddətində işləri həll olacaq. O, həmin əldə etdiyi 8000 manat pulu başqa şəxslərə olan borclarına sərf etmişdir. Sonra da o, Tural və Orxanın işlədiyi idarədə işə düzəlməsinə dair maraqlansa da, onların işlərini həll edə bilməmişdir. Hökmdə şahid qismində dindirilən Quliyev Rahib balakişi oğlu göstərilmişdir ki, 2022-ci tarixdə iyun ayında o Sumqayıt bazarına özü üçün avtomobil almağa getmiş, həmin vaxt bazarda avtomobil alqı-satqısı edən Hamlet adlı şəxsdən “VAZ 21012” markalı, ** BJ *** d.q.n-lı avtomobili şifahi qaydada razılıq əsasında baş etibarnamə ilə almışdır. Həmin vaxt o avtomobilə dair mülkiyyət sənədi almamış və həmin avtomobili baş etibarnamə ilə idarə etmişdir. Təxminən 2 ay sonra ona məxsus mobil nömrəyə İddiaçı zəng gəlmiş və o, avtomobilin mülkiyyətçisi olduğunu, avtomobilə dair verdiyi baş etibarnaməni ləğv etdiyini və avtomobilə saxla verildiyini bildirmişdir. Sonradan o bilmişdir ki, avtomobili İddiaçı alan şəxs ona qarşı dələduzluq etmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 4300 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir. Sözügedən qətnamədə Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, müəyyən məbləğ qarşılığında Cavabdeh3 ümumi etibarnamə əsasında “VAZ 21012” markalı, ** BJ *** d.q.n-lı avtomobili satmışdır. Satış zamanı hər hansı bir problem olmamışdır. Sonradan problem yaranmış və etibarnamə ləğv edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı məxsus “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh1, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh3 verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məhkəmə mülki iş ilə bağlı tədbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci madəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. İddiaçının irəli sürdüyü ümumi tələbinə qiymət verərək ilk öncə qeyd edilməlidir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; bu maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur:1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir;2) iddiaçı tələb edilən anda əşyanın cavabdehin sahibliyində olduğunu sübut etməlidir,3)cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsi ilə nəticələnir 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3-cü maddəsinə görə etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin iş üzrə mövqeyi: Beləliklə, işin faktiki hallarından da müəyyən olur ki, iddiaçı işə düzəldilmək adı ilə Aydın Həsənov tərəfindən aldadılmış (qanuni qüvvəyə minmiş hökmə əsasən) və bunun müqabilində ona mülkiyyətində olan “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomaşını sərəncam hüququ ilə etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə vermişdir. Etibarnamə Cavabdeh1 adına verilmişdir. Elə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtomobil sərəncam hüququnun keçməsinin nəzərdə tutulması ilə yenə etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Cavabdeh2 isə öz növbəsində xx.xx.2022-ci il tarixdə yenə etibarnamə əsasında avtomobili Cavabdeh3 vermişdir. Sonuncu münasibətlər faktiki olaraq pərdələnmiş alqı-satqı olmuş, yəni Cavabdeh3 Cavabdeh2 bunun müqabilində 4300 manat pul vermişdir. Sonradan iddiaçı aldadıldığını anlayır və xx.xx.2022-ci il tarixdə notariat kontoruna müraciət edərək etibarnaməni ləğv edir. Hazırda Cavabdeh3 avtomobilin onun sahibliyində olduğunu bildirir və Cavabdeh2 verdiyi pulu məhkəmə qaydasında sonuncudan tələb edərək iddiasının təmin edildiyini (Masallı rayon Məhkəməsinin qətnaməsi) göstərir. Cavabdeh3 Cavabdeh2 pulunu tələb edir və pulunun ona verildiyi təqdirdə avtomobilin qanuni mülkiyyətçisinə qaytarılmasına etiraz etmədiyini bildirir. Göründüyü kimi iddiaçı qanunun tələbinə əsasən - Mübahisələndirilən əşyanın- VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomaşının qanuni mülkiyyətçisi olduğunu sübut etdi - Tələb edilən anda əşyasının Cavabdeh3 sahibliyində olduğunu sübut etdi - İddiaçı tərəfindən ləğv edilmiş etibarnamələrə və onun ifadə etdiyi real iradəsinə əsasən Cavabdeh3 əşyaya hüquqi əsas olmadan sahiblik etdiyi sübuta yetirildi. Göstərilənlər iddiaçının mülkiyyətində olan avtomobilini geriyə tələb etməsində haqlı olmasını göstərir, lakin məhkəmə tələbin hansı cavabdehlərə münasibətdə təmin edilməsinin qanuni və ədalətli olmasına aydınlıq gətirilməsini vacib bilərək qeyd edir ki, müəyyən olunduğu kimi “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomaşın hazırda, yəni tələb edilən anda Cavabdeh3 sahibliyindədir və belə olan təqdirdə iddia da məhz ona münasibətdə təmin edilməli, avtomobilin sonuncu sahibi kimi ondan alınaraq iddiaçıya qaytarılmalıdır, qalan cavabdehlərə münasibətdə isə tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə yuxarıda işin faktiki hallarını, iddianın qismən təmin olunmasını nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar