Məhkəmə qərarları › İş №2(032)-1162/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1162/2025

21.05.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1162/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Əli-Bayramlı şəhər X2 (Vöen : **********) Dövlət Sosial Müdafiə Fonduna 2882 manat 21 qəpik, işsizlikdən sığorta fonduna olan 116,18 manatt, icbari Tibbi Sığorta Fonduna olan 233,83 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Əli-Bayramlı şəhər X2 (Vöen : **********) Dövlət Sosial Müdafiə Fonduna 2882 manat 21 qəpik, işsizlikdən sığorta fonduna olan 116,18 manatt, icbari Tibbi Sığorta Fonduna olan 233,83 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********129200, xx.xx.2025-ci il tarixli **********560200, xx.xx.2025-ci il tarixli **********377500 nomrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd edilməlidir. Belə ki, işdə olan Şirvan Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndinin məəzmunundan görünür ki, Hacıqəhrəmanlı və Şirvan bələdiyyələrinin əhatə etdiyi Şirvan şəhərində və Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində Şirvan Bələdiyyəsi yaradılmışdır. Şirvan Bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 21 saylı iclas protokolundan görünür ki, Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan bələdiyyəsinə birləşdirilməsi qərara alınmışdır. Şirvan Bələdiyyəsinin 19 may 2025-ci il tarixli, 03/74 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-1162/2025 saylı iş üzrə bildirişdə ləğv olunmuş Hacıqəhrəmanlı Bələdiyyəsinin sabiq sədri Maraqlı şəxs qismində ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddia tələbinə dar xx.xx.2025-ci il tarixində Şirvan şəhər Məhkəməsində iştirakının zəruri olduğu bildirilir. 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində Şirvan şəhəri üzrə (4.1. Hacıqəhrəmanlı və Şirvan bələdiyyələrinin əhatə etdiyi Şirvan şəhərində və Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində Şirvan bələdiyyəsi) X1 şəhəri Şirvan Bələdiyyəsinə birləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2024-cü il tarixli sərəncamına əsasən Hacıqəhrəmanlı Bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 21 saylı birləşmə protokolu hazırlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinə təqdim olunmuşdur. Hal-hazırda aidiyyəti sənədlər ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş, Hacıqəhrəmanlı Bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin birləşməsi prosesinin son mərhələdə olduğunu, Hacıqəhrəmanlı Bələdiyyəsinə aid bütün uçot məlumatlarının Şirvan şəhər Şirvan Bələdiyyəsinə köçürülməsi istiqamətində işlər gedir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı ərizə Əli-Bayramlı şəhər X2 vergi borcuna görə həmin bələdiyyənin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı verilmişdir. Həmin ərizə 28 aprel 2025-ci il tarixdə imzalanmış və məhkəməyə 15 may 2025-ci il tarixdə daxil olmuşdur. Verilmiş ərizənin düzgün həlli üçün nəzərə alınmalı hallardan biri də odur ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququ, Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsində də hərəkət etmək azadlığı tanınaraq göstərilir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xahiş, bu prinsiplərə cavab verir. Çünki ərizə verginin ödənilməsi kimi ictimai maraqdan irəli gələn zərurətlə əsaslandırılmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). İş materialları ilə müəyyən olunmuşdur ki, “bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinə əsasən Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan şəhər Şirvan bələdiyyəsinə birləşdirilməsi məsələsinə Şirvan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 21 saylı iclasında baxılmış, Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan bələdiyyəsinə birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Hacıqəhrəmanlı Bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin birləşməsi prosesinin son mərhələdə olduğunu, Hacıqəhrəmanlı Bələdiyyəsinə aid bütün uçot məlumatlarının Şirvan şəhər Şirvan Bələdiyyəsinə köçürülməsi istiqamətində işlər gedir. Maraqlı şəxs hazırda bələdiyyə sədri deyildir. Belə olan halda onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırlıması MPM-nin 355-5.2-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə zidd olmaqla, əsaslı sayıla bilməz. Göründüyü kimi, Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin bu barədə olan ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar