Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1246/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi xeyli müddətdir ki, yaxından tanıyır, bir yerdə işləmişlər, bir-birlərinə qarşı xx.xx.2024-cü il tarixə qədər heç bir qərəzli münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixə cavabdeh onun “Elit” ticarət mərkəzindəki icarə əsasında işlətdiyi qızıl-zinyət əşyaları satılan mağazasına gələrək orada satılan qızıl-zinyət əşyalarına baxmış və sonra komplekt dəstini bəyəndiyini bildirmişdir. Cavabdeh ona komplekt dəstini çox bəyəndiyini və səhəri gün pulunu verəcəyini bildirmişdir. Cavabdeh onu inandırmış və ona inamından və etibarından sui-istifadə edərək dəyəri 2500 manat məbləğində olan qızılzinyət əşyalarını ondan pulunu ertəsi gün verəcəyi şərti ilə almışdır. Lakin həmin vaxtdan halhazıradək cavabdeh onun pulunu verməmişdir. Sonradan bilmişdir ki, cavabdeh onu aldadaraq əmlakını mənimsəmişdir. Cavabdehdən pulun alınması və etdiyi dələduzluq əməlinə görə o şikayət ərizəsi ilə Şirvan şəhər Prokurorluğuna müraciət etmişdir. Şikayət əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və “ittiham aktı təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi barədə” barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahat vermiş cavabdeh qeyd etmiş olduğum faktiki əsasları təsdiq etmişdir. Adı çəkilən qərarda ona bildirilmişdir ki, məhkəməyə mülki qaydada pul tələbi qaydasında iddia qaldırmaq hüququ vardır. Qeyd etdiyi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin qanunsuz istifadəsində olan pul məbləği onun xüsusi mülkiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdeh Şirvan şəhər Polis şöbəsində izahatı alındıqda ondan borc pul aldığını və hal-hazırda ona borclu olduğunu etiraf etmişdir. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, “ünvan bağlıdır” qeydi ilə bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ittiham aktı təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı onunla birlikdə "xxxx" ASC Şirvan şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləmişdir. İddiaçı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzində qızıl mağazası işlətdiyini bilmiş, onun İddiaçı ilə heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ilin mart ayının 4-də Tənzilənin işlətdiyi qızıl mağazasına getmiş, onunla hal-əhval etmiş, özünə 1 dəst qızıl komplektinin lazım olduğunu demiş və piştaxtada olan qızıllara baxmış, 1 dəst qızıl komplekt xoşuna gəlmiş, Tənzilə ona həmin qızıl dəsti 2500 manata verəcəyini demişdir. Onun Tənzilə ilə aralarında razılıq olmuşdur ki, həmin qızıl dəstini götürəcək, xoşuna gələrsə əgər həmin pulu həmin günün səhəri verəcəkdir, özündə Tənziləyə qarşı inam yaratmış, fikri isə Tənziləni aldatmaq olmuş ki , belə ki, onun müxtəlif şəxslərə borcu olmuş, onları verəcəkdir, fikirləşmişdir ki, Tənzilə onunla birlikdə işləyib, ona görə də ona inanar, ona etibar edər və qızıl verər. Tənzilə onunla razılaşdıqdan sonra qızıl dəstini, yəni 585 əyyarlı, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd klon və 1 ədəd qolbağı götürüb yaşadığı evə getmişdir. Bundan sonra müxtəlif şəxslərə borcu olduğundan həmin qızıl dəstini aparıb Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında olan qızıl mağazasına hazırda xatırlamadığı qiymətə satmışdır. Həmin pulun bəzisini öz ehtiyaclarına, bəzisini isə borclu olduğu müxtəlif şəxslərə vermişdir. Tənzilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefona zəng, etmiş, pulu verməyini dedikdə Tənziləyə müxtəlif bəhanələr gətirmiş, yaxır zamanda pulunu verəcəyini vəd vermiş, lakin həmin gündən sonra mobil telefonunu söndürmüşdür. Tənzilənin pulunu verə bilməmiş, hazıradək də heç bir məbləğdə ona pulu qaytara bilməmişdir. Etdiyi cinayət əməlindən çox peşmandır, yaxın zamanda Tənzilənin 2500 manat pulunu qaytaracağına söz vermiş, Tənzilədən başqa heç kimi aldatmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 04 mart 2024-cü il tarixdə dəyəri 2500 (iki min beş yüz) manat məbləğində olan qızıl-zinət əşyasını ondan almasına və həmin qızıl-zinət əşyasına görə borcun olmasına dair Şirvan şəhər Polis Şöbəsində cavabdehin yazılı izahatı ilə təsdiq olunmuşdur. Lakin qızıl-zinət əşyasının və ya onun dəyərinin tam şəkildə qaytarılması və ya borcun daha az məbləğdə olması və ya faizlə götürülməsi barədə Cavabdeh hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə borcun qaytarılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh 2500 (iki min beş yüz) məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 45 (qırx beş) manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1246/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1246/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver