Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1248/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli **********15-10301 reyestr və 911-2/28934 inventar nömrəli, Şirvan şəhəri, Şirin Şükürov küçəsi ev 18 (yeni qaydalarla AZ1812, ünvan 1 ünvanına verilmiş fərdi yaşayış evinin texniki pasportunun dəyişdirilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli **********15-10301 reyestr və 911-2/28934 inventar nömrəli, Şirvan şəhəri, Şirin Şükürov küçəsi ev 18 (yeni qaydalarla AZ1812, ünvan 1 ünvanına verilmiş fərdi yaşayış evinin texniki pasportunun dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Şirin Şükürov küçəsi ev 20A saylı xüsusi yaşayış evini Şirvan şəhər sakini X3 notariat alqı-satqı müqaviləsi ilə almışdır. xx.xx.2022-ci iı tarixdə həmin yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair öz adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və X17 Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən “Texniki Pasport” və “Çıxarış” almışdır. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,06 ha faktiki sahə isə 0,09 ha göstərilmişdir. Texniki pasportda ştrixlənmiş hissə kimi 3 sot torpaq sahəsi vardır ki, burada darvaza və qaraj yerləşir. Bununla bərabər hasar da mövcuddur. Hazırki vaxtda cavabdeh fiziki şəxs Cavabdeh1 Şirvan Bələdiyyəsinə müraciət edərək rəsmi olaraq onun adlığı torpaq sahəsinin içərisində yerləşən qarajın özünə aid olduğunu iddia edərək onun istifadəsinə verilməsini tələb etmişdir. Həm də bu tələbini 2021-ci ildə artıq bu tarixdən 10 il qabaq vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun adına 13 saylı Şirvan Ərazi İdarəsindən aldığı saxtalaşdırılmış texniki pasportla əsaslandırır ki, bu sənəddə də eyni torpaq sahəsi, qaraj, daş hasar və qapı göstərilmişdir. Lakin ona münasibətdə satııcı olan X1 SSRİ dövründə atasının adına verilmiş texniki pasportu 1959-cu ilə aiddidr ki, bu da həmin sənədin daha mötəbər və həqiqi olduğunu təsdiq edir. Şikayəti əsasında Şirvan şəhər Prokurorluğunda yoxlama aparılarkən cavabdeh fiziki şəxsin, artıq qeyd etdiyi kimi bundan xeyli il əvvəl vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun texniki pasportunun icraçısı X12 izahatı alınmışdır. Cavabdeh hüquqi şəxsin iş üzrə cəlb olunan nümayəndəsi etiraf etmişdir ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 2 ünvanında yerləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcud olmuşdur. Həmin texniki səhvin necə yarandığını indi izah edə bilmir. Texniki pasportdan görünür ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş Şirvan şəhəri, Şirin Şükürov küçəsi 18 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda göstərilən “B” şərti ilə işarələnmiş qaraj xx.xx.2022-ci il tarixli İddiaçı adına verilmiş texniki pasportda hər ikisinin istifadəsində olan zəbt olunmuş ərazi kimi göstərilir. Lakin İddiaçı texniki pasportuna baxdıqda 1959-cu il tarixli sənədlər əsasında verildiyi məlum olur. Vəkil Muradovun adına verilmiş texniki pasportda qarajın nəyə görə onun istifadəsində olan ərazi kimi göstərildiyini izah edə bilmir. Bu texniki səhvin nəticəsində yaranmışdır və bu səhvi edərkən hər hansı tamah və ya sair şəxsi niyyəti olmamışdır. İddiaçı və nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən fərdi yaşayış evi üçün Reyestr nömrəli **********15-10301 ünvan ünvan 421-ci il invektor nömrəsi 911-2/8934T 13 saylı Şirvan Ərazi İdarəsindən fərdi yaşayış evi üçün texniki pasport almışdır. 29 yanvar 2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 5 ünvanında yerləşən xüsusi evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda göstərilən “B” şərti işarələnmiş qarac onların torpaq sahəsindədir. Həmin qaracı onun atası tikdirmişdir. Həmin qaracdan istifadə etmişlər, həmin qaracı atası tikdirməsini qonşular da təsdiq edər. Lazım gələrsə həmin qonşuları məhkəməyə dəvət edə bilər. Həmin qarac onların torpaq sahəsində olmaqla həmin qaracı atası Vəkil tikdirib, həmin qarac onların evlərinin pəncərəsinin yanında tikilib. Əvvəllər həmin qaracın yanından vətəndaşlar üçün yol olub, qonşular oradan gəlib gediblər. X8 aldığı ev qaracdan 200- 300 metrə irəlidə olub, ora ümumi yol olub sonradan oranın Zöhrabov Rafiq qapı ilə tutub. İddiaçı iddia ərizəsində göstərir ki, 2021-ci ildə artıq bu tarixdən 10 il qabaq vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun adına 13 saylı Şirvan Ərazi İdarəsindən saxta texniki pasport almışdır və həmin pasportda qaracda göstərilmişdir. Həmin saxta texniki pasportu necə almaq olar. Belə faktlar İddiaçı uydurmalarıdır. Bu barədə Şirvan Bələdiyyəsinə də müraciət etmişdir. Bələdiyyənin nümayəndələri gəlib həmin torpaq sahəsinə baxıblar və ona bildiriblər ki, “həmin qarac sizin torpaq sahənizdədir”. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcuddur. Bu onların sabiq əməkdaşının səhvi olmuşdur. Həmin səhvi aradan qaldırmaq və yeni texniki pasport vermək üçün vətəndaş müraciət etməmişdir. Nöqsan aradan qaldırılacaq. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi mübahisəli qarajın bələdiyyə mülkiyyətinə məxsus torpaqda yerləşməsini bildirərək, gələcəkdə bununla əlaqədar həmin tikilinin sökülməsi ilə əlaqədar iddia qaldıracaqlarını bildirmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata xitam verilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri, Şirin Şükürov küçəsi 20A saylı ünvanında yerləşən ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi ev 20A, yeni qaydalarla AZ 1812, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş Muradov Vəkil Miriş oğlunun vərəsələri Muradov Elman Vəkil oğlu, Məmmədova Xuraman Vəkil qızı və X9 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Muradov Elman Vəkil oğlu və Məmmədova Xuraman Vəkil qızı Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 2V-308 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən paylarını anaları X6 bağışladılar. X9 həmin bağışlanan payları övladları Muradov Elman Vəkil oğlu və Məmmədova Xuraman Vəkil qızından qəbul etmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№ qərarının 5.1-ci bəndində göstərilmişdir ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 16.3-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İşin faktiki hallarından məlum olur ki, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmədə izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcuddur. Bu onların sabiq əməkdaşının səhvi olmuşdur. Həmin səhvi aradan qaldırmaq və yeni texniki pasport vermək üçün vətəndaş müraciət etməmişdir. Nöqsan aradan qaldırılacaq. Qeyd olunanlar işin mülki icraat qaydasında deyil məhz inzibati icraat qaydasında həll oluna bilməsinə dəlalət etdiyindən və inzibati orqanın özünün səlahiyyətli nümayəndəsinin etirafı ilə də texniki pasport və çıxarışda göstərilən məlumatların məhz texniki səhv olması hazırki işə mülki icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hesab edir ki, inzibati orqanın sərəncamın etibarsız hesab edilməsinə İnzibati Prosessual qanunverciliyinin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxıldığından, iddiaçıya həmin tələb üzrə ilk öncə müvafiq inzibati orqana daha sonra isə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalı, icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 258,263,264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli **********15-10301 reyestr və 911-2/28934 inventar nömrəli, Şirvan şəhəri, Şirin Şükürov küçəsi ev 18 (yeni qaydalarla AZ1812, ünvan 1 ünvanına verilmiş fərdi yaşayış evinin texniki pasportunun dəyişdirilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı ilk öncə müvafiq inzibati orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə, müraciət təmin edilmədiyi halda isə Şirvan İnzibati Məhkəməsinə müraciət olunması izah olunsun. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə,eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1248/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1248/2023
02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver