Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-13/2024 04.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmiş) 3 sotdan yuxarı torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmiş) 3 sotdan yuxarı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixində müraciət edərək zəbt olunmuş torpaq sahəsini könüllü olaraq Bələdiyyənin ehtiyat torpaq fonduna geri qaytaracaqlarını, iddia ərizəsinin Şirvan şəhər Bələdiyyəsi tərəfindən geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmiş) 3 sotdan yuxarı torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmiş) 3 sotdan yuxarı torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-13/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-13/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver