Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1423/2024 18.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X5 Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1003 (bir min üç) manat 66 (altmış altı) qəpik pul məbləği və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28 fevral 2023-cü il tarixdə Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi 199 saylı evin, 12 saylı mənzilini Cavabdeh alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili aldıqdan sonra 24 aprel 2023-cü il tarixdə mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Mənzili alarkən cavabdeh ona bildirmişdir ki, mənzilə dair heç bir kommunal borc yoxdur. Lakin mənzili aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdehin 2022-ci ildə daxil olmaqla sudan istifadəyə görə kommunal 1003 (bir min üç) manat 66 (altmış altı) qəpik borcu var. Şirvan sukanal idarəsinin əməkdaşları dəfələrlə yaşadığı ünvana gələrək borcu tələb edirlər, əks təqdirdə borcu ödəməsə suyu kəsəcəklərini bildirmişlər. O da məcbur qalıb həmin borcu ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, qanunları bilmədiyindən cavabdehlə ev alqı-satqısı edərəkən evin qiymətini 30.000 manat qiymətə razılaşmışlar, evin sahibi ona bildirmişdir ki, kommunal borc görə 1003 manat 66 qəpik borcu var, ona görə evi 29 000 manat qiymətə satacaq, qalan 1000 manat pulu kommunal xidmətə olan borcu ödəyər. Lakin daha sonra cavabdeh ondan qalan 1000 manat pulu da almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X5 Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi 199 saylı evin, 12 saylı mənzilinə dair ödənişlər 2022-ci ilədək edilmiş, 2022-ci ildən həmin evdə yaşayış olmamışdır. Həmin mənzilə dair kommunal ödənişləri Maşallah Cəbrayılovun adına 2011-ci ildən 2022-ci ilədək olmuşdur. İddiaçı alqı-satqı dövründə kommunal xidmətlərə görə borcun olmaması barədə təmizlik kağızı tələb etməli idi. İş materiallarında olan : xx.xx.2023-cü il tarixli , AN-İ №1095673 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən , ümumi sahəsi 69.4 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni alıcı İddiaçı 25000 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına tam pay xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 32 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 mənzilinin hüquq subyekti İddiaçıdır . Texniki pasport xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Abonent kartından (saldo) sənədindən görünür ki, ünvan 3 mənzili üzrə abonent Maşallah Cəbrayılova 2022-ci il tarixə 1003 manat 66 qəpik borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə iclasında İddiaçı cavabdeh X1 ünvan 3 mənzili 30000 (otuz min) manat qiymətə almasını bildirsə də , iş materiallarında olan xx.xx.2023-cü il tarixli , AN-İ №1095673 saylı alqısatqı müqaviləsinə əsasən 25000 (iyirmi beş min) manat qiymətə almışdır. Həmçinin, iddiaçı cavabdehlə aralarında evin sudan istifadəyə görə 1000 (bir min) manat kommunal borcunun evin 30000 (otuz min) manat olan satış qiymətinə daxil olduğunu və ev satılarkən həmin kommunal borca görə evin satış qyimətini 29000 manat barədə razılığa gəldiklərini, daha sonra cavabdeh tərəfindən 1000 (bir min) manat pulun ondan alınmasını bildirsə də, belə bir razılıq iş materiallarında öz əksini tapmamış və sözügedən iddianın öz-özlüyündə hüquqi əsası olmadığı məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, cavabdehin belə bir öhdəlik götürməsi və ya aralarında bu barədə hər hansı bir razılaşmanın olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, iddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan qarşılıqlı razılıq münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 1003 (bir min üç) manat 66 (altmış altı) qəpik pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1423/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1423/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver