Məhkəmə qərarları › İş №2(032)-1452/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1452/2025

21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1452/2025 21.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 manat vurmuş olduğu ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, aralarında olan razılığa əsasən Cavabdeh “X3 112 CDİ minik” markalı ** EX *** qeydiyyat nişanlı avtomobilini 20.000 manata ondan almalı idi. Hətta Cavabdeh 10 gün vaxt istəmişdir ki, idarəetmək üçün alsın və 10 gündən sonra pulu omna verəcəkdir. Bu barədə aralarında razılıq da olmuşdur. Bundan savayı idarə etmək üçün 10 günlüyünə cavabdehə etibarnamə də vermişdir. Cavabdeh verdiyi vədə əməl etməmiş və 1 ay 15 gün keçəndən sonra cavabdehi Masallı rayon stasionar nəzarət məntəqəsində saxlamışdırlar. Bundan sonra cavabdeh avtomobili orada saxlayaraq çıxıb getmişdir. O, avtomobili Masallı rayon inzibati ərazi vahidinə daxil olarkən nəzarət buraxılış məntəqəsindən götürərkən avtomobilə cavabdeh tərəfindən, yəni Cavid Qaımov tərəfindən 3000 (üç) manat ziyan dəydiyi müəyyən edilmişdir. Bundan sora Cavabdeh öz xətti ilə qəbz yazaraq bildirmişdir ki, avtomobilə 3000 manat ziyan vurmuş və həmin ziyanı 1 ay müddətinə yəni, 10 iyun 2023-cü il tarixədək ödəyəcəkdir. Hətta aralarında olan danışıqları razılıqlarına əsasən elektron daşıyıcıya yazılmışdır. Bütün bunlara baxmayaraq aradan xeyli vaxt keçsə də Cavabdeh verdiyi vədə bəhanələrlə əməl etməmiş və vurduğu ziyanı ödəməmişdir. İddiaçı nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə, Astara rayonu, Rüdəkənar kənd sakini İddiaçı maşınına 3.000 manat zərər vurmuş, pulu 1 ay müddətində yəni, xx.xx.2023-cü il tarixə qədər ödəyəcəyinə dair şəxsiyyə\t vəsiqəsinin surətinin əks olunduğu kağızada yazılı iltizam vermişdir. İş materiallarına əlavə edilmiş dvd diskdən görünür ki, Cavabdeh iddiaçının qarşısında etiraf edərək bildirmişdir ki, o, İddiaçı ilə apardığı danışıq zamanı ona məxsus “X3 112 CDİ minik” markalı ** EX *** qeydiyyat nişanlı avtomobilini idarə etdiyini və həmin avtomobilə 3000 manat məbləğində ziyan vurduğunu etiraf etməklə həmin pulun qaytarılmasına vəd vermişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında yaranmış mübahisə İddiaçı məxsus “X3 112 CDİ” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən idarə olunması zamanı vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. İddia materiallarına əlavə edilmiş sənədlərdən, qəbzdən, elektron daşıyıcıya yazılmış səs və video görüntülərindən məlum olur ki, tərəflər arasında avtomobilin 20.000 manat müqabilində satılması barədə ilkin razılaşma mövcud olmuş, cavabdeh avtomobili 10 gün müddətinə idarə etmək üçün ondan götürmüş, bununla bağlı etibarnamə də rəsmiləşdirilmişdir. Lakin cavabdeh verilən vədə əməl etməmiş, avtomobili Masallı rayon stasionar nəzarət-buraxılış məntəqəsində saxlayaraq oranı tərk etmiş, nəqliyyat vasitəsi iddiaçı tərəfindən götürülərkən ona 3000 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən və iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı məxsus avtomobilə 3000 manat məbləğində ziyan vurduğunu açıq şəkildə etiraf etmiş, bu məbləği ən geci 10 iyun 2023-cü il tarixədək ödəyəcəyini yazılı qaydada öz üzərinə öhdəlik kimi götürmüşdür. Məhkəmə tərəfindən baxılan elektron daşıyıcıdakı video və audio materiallarda da cavabdeh öz iradəsi ilə həmin məbləğdə ziyan vurduğunu etiraf etmiş, bu ziyanı ödəməyə dair vəd vermiş, beləliklə, həm yazılı, həm də şifahi formada öz öhdəliyinin mövcudluğunu təsdiq etmişdir. Cavabdeh uzun müddət ərzində müxtəlif bəhanələrlə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçıya vurulan real zərərin ödənilməsi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, real zərər – hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi və ya məhrum edilməsidir. Tədqiq edilmiş sübutların məcmusundan görünür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə faktiki olaraq 3000 manat məbləğində maddi ziyan dəymiş, bu zərərin məbləği cavabdehin həm yazılı qəbzdə, həm də videomaterialda açıq etirafı ilə subut olunmuşdur. Həmin etiraf Mülki Məcəllənin 882.1-ci maddəsinin hüquqi mahiyyətinə tam uyğundur; belə ki, borcun mövcudluğu yazılı şəkildə və etiraf edilmiş formada təsdiq edildiyindən, həmin öhdəlik hüquqi qüvvəyə malikdir və borclu tərəfindən icrası məcburidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkət etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan həmin vəzifənin icrasını tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qiymətləndirilmiş, 77.1-ci maddəyə əsasən iddianın əsasını təşkil edən hallar iddiaçı tərəfindən yetərli dərəcədə sübuta yetirilmiş, cavabdeh tərəfindən isə bu halları təkzib edən hər hansı sübut təqdim edilməmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara söykənə bilər və bu iş üzrə həmin tələblər tam təmin edilmişdir. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə uyğun olaraq iddianın təmin olunmuş hissəsinə müvafiq şəkildə cavabdehin üzərinə qoyulmalıdır. Tədqiq edilmiş bütün sübutlar, tərəflərin izahları, yazılı öhdəlik, videomateriallar, ziyanın məbləği və öhdəliyin etiraf edilməsi birlikdə qiymətləndirildikdə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı məxsus nəqliyyat vasitəsinə 3000 manat məbləğində maddi ziyan vurmuş, bu ziyanı ödəməyi yazılı qaydada etiraf etmiş, lakin öhdəliyini icra etməmişdir. İddiaçı tərəfindən tələb edilən ziyanın məbləği sübutlarla tam təsdiq olunduğundan və cavabdeh tərəfindən hər hansı etibarlı əks-sübut təqdim edilmədiyindən iddianın təmin edilməsi üçün bütün hüquqi və faktiki əsaslar mövcuddur. Məhkəmə xərcləri ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3.000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar