Məhkəmə qərarları › İş №2(032)-1499/2024

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-1499/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1499/2024 03.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 1640 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlıqları Şirvan şəhəri, Şirvan küçəsində yerləşən maşınların yuyulması sexində olmuşdur. Belə ki, cavabdeh həmin sexdə yuyucu işləyirdi və o, mütəmadi olaraq avtomobilini həmin sexdə cavabdehə yuduzdurmuşdur. Cavabdehin hər dəfə avtomobilini vaxtında təmiz yuyaraq ona təhvil verməsi və ona qarşı olan münasibəti, onda ona qarşı etibar və etimad doğrultmuşdur. Cavabdeh bir neçə dəfə ondan xırda 100-200 manat borc pul almış və vaxtında da qaytarmışdır. Bu səbəbdən də cavabdehin onda ona qarşı etibar yaranmışdır. Cavabdeh təxminən 2021-ci ilin sentyabr ayında onun yaşadığı ünvana gələrək oğlunun ad gününün keçirilməsi üçün ondan 1000 (min) manat borc pul istəmiş və tezliklə qaytarcağını deyərək xahiş etmişdir. Cavabdehin olan münasibətini və etibarına inanaraq ona 1000 (min) manat borc pul vermişdir. Lakin təxminən 2021-ci ilin oktyabr ayında cavabdeh yenidən ona müraciət edərək anasının pensiya işi üçün 800 (səkkiz yüz) manat lazım olduğunu və ümumilikdə ona olan 1800 (min səkkiz yüz) manat borcunu, anasının pensiya işi düzəldikdən sonra pensiya kartını alan kimi "xxxx" ASC-nin Şirvan şəhər filialından 5000 (beş min) manat kredit götürərək ona olan borcunu verəcəkdir. Cavabdehə ilk olaraq anasının pensiya işi düzəlmədiyi halda və bundan savayı onun 1000 (min) manat borcu olduğunu və ikinci dəfə də ondan 800 (səkkiz yüz) manat borc pul istəməsi və belə olan halda borcun çox olacağı təqdirdə necə qaytaracağını bildirdikdə, cavabdeh anasının pensiyasını düzəldən adamın yaxın olduğunu və düzəldəcəyinə vəd verdiyini, əgər olmayacağı halda idarə etdiyi VAZ 07 markalı avtomobili banka girov qoyaraq kredit götürüb verəcəyini deyərək, 3 ay ərzində qaytarcağını vəd verərək, borc verməsini xahiş etmişdir. Beləliklə də cavabdeh onda inam yaratdığından, cavabdehə 800 (səkkiz yüz) manat borc pulu vermiş, lakin cavabdehin özünün deməsinə görə anasının pensiyasısının düzəlməsinə baxmayaraq, anasına bankdan kredit verməkdən imtina etmişlər. Buna səbəb kimi anasının pensiyasının az olduğunu bildirmişlər. Cavabdeh 3 ay bitdikdən sonra verdiyi vədini tutmadığından, ondan borc pulunu istəsə də, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, işlədiyi yerdən çıxdığını və işsiz olduğundan pulu olmadığını bildirmişdir. Lakin iş tapdığı halda borcunu qaytarcağını demişdir. Beləliklə cavabdehin ona borcu qaytarmadığını görüb ona zəng edərək görüşüb sonucu dəfə ondan aldığı borcunu qaytarmasını bildirmişdir. Cavabdeh ailəsində də probleminin olduğunu və anasının əməliyyatı olduğuna görə borca girdiklərini və səbəbdən də ona olan borcunu hal-hazırda qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra o cavabdehə borc aldığını və özünün dediyi kimi 3 ay ərzində qaytarcağı bildirərək, ona sadə qəbz yazmasını və həmçinin şəxsiyyət vəsiqəsinin surətinin də qəbzə əlavə etməsini bildirmiş, cavabdeh razılaşaraq öz xətt ilə ondan 2021-ci ilin sentyabr ayında 1000 (min) manat və sonrada oktyabr ayında 800 (səkkiz yüz) manat, ümumilikdə 1800 manat borc pul aldığını və borcunu 3 ay ərzində qaytarcağını vəd verməsi barədə xx.xx.2021-ci il tarixli sadə qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Cavabdeh təxminən 2023-cü ilin noyabr ayında 100 (yüz) manat və 2024cü ilin fevral ayında 100 (yüz) manat borcundan qaytarmışdır. Lakin cavabdehin iddiaçıdan borc aldığı 1300 (min səkkiz yüz) manat puldan ona 200 (iki yüz) manat qaytardıqdan sonra yerdə qaldığı borcdan 1600 (min altı yüz) manat qaytarmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək cavabdehin məhkəmə iclasına gəlmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2021-ci il tarixli yazılı qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 2021-ci ilin sentyabr ayında müraciət edərək borc pul istədim. İlk olaraq 1000 (min) manat və sonra sentyabr ayında 800 (səkkiz yüz) manat borc aldım. Həmin məbləği 3 ay ərzində qaytarmağı vəd verirəm.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından və iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh götürmüş olduğu 1800 manat borcdan ancaq 200 (iki yüz) manatı geri qaytarılmış, qalan hissəsi, yəni 1600 manat borc isə geri qaytarılmamışdır. Cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat olmaqla, ümumilikdə 1640 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar