Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-15/2024 01.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə qiyabi icraat qaydasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş 1700 manat maddi ziyanın, 500 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Wolkswagen Bora” markalı minik maşının mühərriki 2023-cü ilin fevral ayının əvvəlində sıradan çıxdı. Maşının salonunda qırmızı xəbərdarlıq işığı fasiləsiz yanırdı. Maşının mühərrikini təmir etdirmək üçün iddia ərizəsində göstərdiyi cavabdeh şəxslər ustalar Vüqar və Nəcməddinə müraciət etdi. Onlar avtomobili sexə aparmağı istədilər. Avtomobili evakuatorla sexə Şirvan şəhərində yerləşən “Çıraq Petrol” avtomobil təmiri servisinə aparmışdır. Ustalar mühərrikin sıradan çıxdığını dedilər. Mühərriki yenidən yığmaq lazım olduğunu dedilər. Şifahi razılaşma ilə ustaların bütün göstərişlərini yerinə yetirdi. Yeni alınan ehtiyat hissələrinin alınması və əmək haqqı daxil ustalara 1700 manata pul verdi. Bir neçə gündən sonra ustalar bildirdilər ki, mühərriki təmir ediblər. Avtomobili sürərək evə gətirəndə hələ yolda mühərrik işləmədi. Qoşqu vasitəsi ilə maşını evə gətirdi. Qırmızı xəbərdarlıq işığı yenə də fasiləsiz yanırdı. Ustalara vəziyyəti danışdı. Onu söyüb hədələdilər. DİN-in 102 qaynar xəttinə zəng edərək kömək istəmiş, heç bir kömək etmədilər. Sonra təkrar 102 Qaynar xəttinə zəng edib şikayətlərini bildirdilər. Şirvan şəhər Polis Şöbəsinin tədqiqatçıları cavabdeh şəxslərlə görüşmüş və onların izahatlarını almışlar. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, o cümlədən işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının siyahı kimi təqdim etdiyi avtomobil ehtiyyat hissələrinin alınmalı olmasını o bildirmiş və iddiaçı onları almış, o isə öz növbəsində həmin ehtiyyat hissələrini maşına yığmışdır. İddiaçı özü ona bildirmişdir ki, maşını birtəhər düzəlt onsuzda satacağam. O, üzərinə düşən bütün işi görmüş, tam saz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Avtomobilin təmir işini iddiaçı onunla danışmış, Cavabdeh1 isə sadəcə onun köməkçisi olmuş, avtomobilin təmirinə məsul olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 “Çıraq” petrol adlanan yerdə avtomobil təmirində usta Cavabdeh2 yanında köməkçisi işləyir. İddiaçı həmin təmir yerinə yaxınlaşaraq avtomobilinin mühərrikində yaranmış nasazlığı aradan qaldırmaq istədiyini demiş, Elxan usta avtomobilə baxıb nələr alınmalıdırsa iddiaçıya demiş, iddiaçı da siyahıda göstərilənləri alıb ona və ustaya təhvil vermişdir. Usta Elxan isə bütün işləri görərək avtomobili tam saz vəziyyətə gətirmişdir. Sonradan iddiaçı heç bir əsas olmadan gəlib onlarla dava etmişdir. iddianı qəbul etmir. Avtomobili Cavabdeh2 təmir etmişdir. iddiaçının aldığı bütün ehtiyyat hissələri avtomobilinə yığılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan iddiası qiyabi qətnamə ilə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı məhkəməyə təqdim etdiyi siyahıda onun aldığı ehtiyyat hissələri: kolsa standart 120 manat, vkladış şatun 35 manat, vkladış kornevoy 35 manat, qolovka prokladka 50 manat, üst krişka prokladka 25 manat, klapan salnikləri 30 manat, germetika 35 manat, arxa salnik 35 manat, ön salnik 10 manat, zaqluşkalar 18 manat, hava kollektorunun prokladkası 15 manat, isparitel prokladkası 25 manat, pompa 48 manat, yağ 55 manat, cəmi 536 manat; Əlavə aldığı ehtiyyat hissələri qolovka 1 ədəd 250 manat, şatun 2 ədəd 80 manat, şamlar 4 ədəd 40 manat, stəkan 5 manat, cəmi 405 manat; Ustalara verdiyi pul blokun yonulması 40 manat, val yonulması 70 manat, blok yataqlarının yonulması 100 manat, moyka 3 manat, giliz vurulması 200 manat, yol pulu 20 manat, ustalara zəhmət haqqı 350 manat təşkil etdiyi göstərilir. Göstərilən siyahı cavabdehlərə elan edilmiş onlar da adları çəkilən avtomobil ehtiyyat hissələrinin alınmalı olmasını özlərinin iddiaçıya dediklərini bildirmişlər. Məhkəmə iddiaçının izahatını yoxlamaq məqsədilə və cavabdehlərin hazırki ziyanın məbləğini mübahislələndirməsi ilə əlaqədar eləcədə, mülki işlə bağlı bütün məsələləri tam, obyektiv və hərtərəfli araşdırmaq üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin 2(032)-724/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 8/2193-9/5692 saylı rəyində göstərilmişdir ki, qərardadın Baxışa təqdim olunmuş “Wolkswagen Bora” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki istisna olmaqla texniki cəhətdən saz vəziyyətdədir. Lakin mühərrikdə olan nasazlığın nədən ibarət olmasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Avtomobilin mühərrikindı nasazlığın müəyyən edilməsi üçün avtomobil ixtisaslaşdırılmış sevis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Qərardadın 4-ci və 6-cı sulları üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Cavabdeh2 tərəfindən yazılmış izahatdakı məlumatlara əsasən “Wolkswagen Bora” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1311 manat müəyyən edilir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə iddia tələbinin yönəldiyi şəxslərin iddiaya cavab verməli olan şəxslər olubolmamasına qiymət verməyi zəruri bilir. Belə ki, işin hallardından, tərəflər arasında polis qurumu tərəfindən aparılmış araşdırmadan, tərəflərin özlərinin izahatlarından da belə müəyyən olunur ki, sözügedən avtomobil iddiaçı tərəfindən məhz Cavabdeh2 verilmiş və onun tərəfindən təmir olunmağına dair şifahi razılaşma əldə edilmişdir. Digər cavabdeh isə sadəcə usta kimi Cavabdeh2 köməkçisi olmuş onun göstərişlərini icra etmişdir. Hazırda iddiaçı da ona vurulmuş ziyanı faktiki olaraq Cavabdeh2 tələb edir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia hansı həcmdə əsaslıdırsa məhz həmin hissədə də Cavabdeh2 qarşı yönəlməsi və pulun da ziyan kimi ondan tutulması qanunamüvafiqdir. Məhkəmə ekspertiza rəyinə, işdə olan sübutlara, o cümlədən cavabdehlərin adı çəkilən etiyyat hissələrinin həqiqətən də iddiaçı tərəfindən alınmasını təsdiq etmələrinə dair mülahizəsinə qiymət verərək belə nəticəyə gəlir ki, adı çəkilən avtomobil ehtiyyat hissələrinin ekspertiza rəyində göstərilən qiymətlər çərçivəsində (hesablanan məbləğ iddia edilən məbləğdən aşağı olduğu üçün) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli 8/2193-9/5692 saylı rəyi ilə razılaşmağı ağlabatandır və iddiaçıya dəyən ziyan 1311 manat müəyyən olunmalıdır. O ki, qaldı mənəvi ziyana görə 500 manat pulun alınması hissəsinə, bu hissədə iddiaçı tərəf öz tələblərini əsaslandırdığı hallara dair hər hansı sənəd əlavə etməmiş, məhkəmə iclasında da bununla bağlı sübut təqdim etməmişdir. Halbuki, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə xərclər iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdan ibarətdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edildiyi hissədə Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh2 1311 (bir min üç yüz on bir) manat dəymiş maddi ziyan və ödənilmiş 33 (otuz üç) manat manat 0.11 (on bir) qəpik dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh2 200 (iki yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-15/2024
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-15/2024
01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver