Məhkəmə qərarları › İş №2(032)-156/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-156/2023

03.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-156/2023 03.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.000 manat pulun və ödənilmiş 144 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-cı il aprel ayının 22-də Şirvan şəhərində ev almaq qərarına gəlmiş, bunun üçün ev alqı satqısı ilə məşğul olan kimisə axtarmağa başlamışlar, həmin vaxt o, Cavabdeh ilə tanış olmuş, Cavabdeh ona bildirmişdir ki, onun üçün ev tapa bilər. Bundan sonra o, Cavabdehla bir neçə evə baxmış, sonuncu dəfə şəhərin H.Əliyev prospektində olan mənzilə baxmışlar, mənzil 3 otaqlı olmuş, o da Cavabdeh bildirmişdir ki, onun mənzildən xoşu gəlmiş, həmin mənzili almaq istəyir, Rövşən də onunla razılaşmış və evin 47000 manata satıldığını bildirmiş, evin alqı-satqısının aparılması üçün beh olaraq 15000 manat verməli olduğunu demiş, o da Rövşənlə razılaşmış və sonuncuya ilkin olaraq Şirvan şəhərində ofisdə 10000 manat pul vermiş və Cavabdeh ona 10000 manat pulu almağı barədə qəbz vermişdir. Həmin ayın 24-də o, “Kapitalbank”ın Şirvan şəhərində yerləşən filialından 5000 manat pulu anası X1 adına götürərək, həmin 5000 manat pulu da Cavabdehla Şirvan şəhərində yerləşən ofisində görüşərək sonuncuya vermişdir. Həmin vaxt Cavabdeh ona alqı satqı ilə bağlı sənədləşmə işini özünün həll edəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə Rövşəndən evin alqı satqısının nə yerdə olduğunu soruşsa da, sonuncu ona müxtəlif bəhanələr gətirərək işinin tez zamanda həll olacağını bildirmişdir. Lakin, Cavabdeh həmin tarixdən tutulanadək ona yalan vədlər vermiş, verdiyi 15000 manat pulu istəsə də, pulunu verməkdən boyun qaçırmış və ona qarşı dələduzluq etmişdir. Cavabdeh etibarından sui-istifadə edərək 10 il müddətinə anası və onun ev almaq üçün topladığı pulları əlindən almışdır. Bu da Şirvan şəhər Polis Şöbəsində istintaq zamanı öz əksini və təsdiqini tapmışdır. Cavabdeh hal-hazırda ona qarşı törətmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 il azadlıqdan məhrum edilib. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X2 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında cəza cəkir. Məhkəmənin müvafiq sorğusuna əsasən həmin İstintaq Təcridxanasına iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibətini bildirməmişdir. Ona görə məhkəmə bu vəziyyətdə işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İttiham olunduğu cinayət əməli üzrə bir neçə epizodlarda təqsirli bilinmiş, hazırki mübahisə üzrə isə sözügedən hökmə əsasən Cavabdeh təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Hacıqabul rayon sakini İddiaçı ev almaq adı ilə yalan vədlər verib etibarından sui istifadə edərək, 2021-ci ilin aprel ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə İddiaçı Şirvan şəhərində 15000 (on beş min) manat pulu əldə edib xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cinayət işi üzrə Cavabdeh iddiaçıya vurulan ziyanla əlaqədar ifadəsində bildirmişdir ki, 2021-ci il aprel ayında Hacıqabul rayon sakini İddiaçı işlədiyi Şirvan şəhərində yerləşən ofisinə gəlmiş və Şirvan şəhərində ev almaq istədiyini bildirmiş, bundan sonra o, Tahirlə bir neçə evə baxmışlar, sonuncu dəfə şəhərin H.Əliyev prospektində olan mənzilə baxmışlar, mənzil 3 otaqlı olmuş, Tahirdə ona demişdir ki, sonuncu mənzildən xoşu gəlmiş, o da mənzilin 47000 manata satıldığını bildirmiş və evin alqı-satqısının aparılması üçün ona ilkin olaraq beh olaraq 15000 manat verməli olduğunu demiş, İddiaçı Şirvan şəhərində ona məxsus ofisdə 2021-ci ilin aprel ayında 10000 manat pul vermiş və o da həmin 10000 manat pulu İddiaçı almış və sonuncuya həmin 10000 manat pulu almaq barədə qəbz vermişdir. Sonra isə aprel ayının 24-də İddiaçıla Şirvan şəhərində yerləşən ofisində görüşəndə sonuncu ona əlavə olaraq 5000 manat pulu vermişdir. O, İddiaçı dediyi mənzilin sənədləşmə işin aparmış, lakin evin sənədləşmə işində problemlər olmuş, belə ki, evin ipoteka yolu ilə sənədləşmə işində bank əməliyyatlarında problemlər olmuş, buna görə də, evin alqı satqısına dair sənədləşmə işi alınmamışdır. O da İddiaçı ona verdiyi 15000 manat pulu öz şəxsi ehtiyaclarına və borclarına xərcləmiş, bu səbəbdən İddiaçı pulun qaytarıb verə bilməmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya cavabdeh tərəfindən 15000 manat məbləğində ziyanın vurulması müvafiq hökmlə təsdiq olunsa da, onun əlavə olaraq 3000 manat ziyan çəkməsi işin halları ilə sübuta yetmədiyindən, nə də ki, iddiaçı tələbinin bu hissəsində əsaslandığı hər hansı bir dəlili məhkəməyə təqdim eytmədiyindən, iddia qismən təmin olunmalı Cavabdeh 15.000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 144 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 144 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 144 manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənSəidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar