Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1566/2025 20.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X10 ilə qeyri rəsmi olaraq birlikdə yaşamış, oğlu onun qalmağa yeri olmadığı üçün ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra Cavabdeh onu zorla özünə məxsus yaşadığı evdən çıxarmış, evinin giriş qapısının kilidini dəyişdirərək onu faktiki mülkiyyət hüququndan məhrum etmişdir. Həyətdə olan istifadə olunmayan əşyaların yığılması üçün tikilmiş yarimtikilidə yaşamağa məcbur olmuşdur. Cavabdeh Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayədə qalır. Cavabdeh bəzən 5-10 gün qəsdən evin bütün işıqlarını yanılı qoyaraq evdə olan bütün elektrik avadanlıqlarını elektrik naqilinə qoşaraq işlək vəziyyətdə saxlayaraq Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayədə qaldığı mənzildə qalır. Evinin açarları onda olmadığından, evin işıqlarını söndürə, o cümlədən, fasiləsiz işlək vəziyyətdə olan elektrik avadanlıqlarını elektrik naqilindən ayıra bilmir. Evin bütün işıqlarının günlərlə fasiləsiz yanılı olması, o cümlədən. Elektrik avadanlıqlarının günlərlə fasiləsiz və nəzarətsiz işləməsi səbəbindən evinin hər an elektrik naqillərinin qısaqapanmasından yana biləcəyi qorxusu ilə yaşayır. Bundan başqa bu hal ona hər ay həddən artıq kommunal ödənişi ödəməyinə səbəb olur. Şirvan Mənzil Kommunal İdarəsində süpürgəçi işləyir. Aylıq gəliri 376 manatdır. Özü xəstəlikdən əziyyət çəkir, aldığı nəvacibin böyük hissəsi dərmanlarına xərclənir. Artıq kommunal xərcləri də ödədikdən sonra dolanmaq üçün pulu qalmır. İşdən sonra qonşu evlərdə həyət işlərini görməklə gündəlik dolanışığını təmin edir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçının X17 ilə uzun müddət birgə yaşamış, faktiki ailə münasibətlərində olmuş və faktiki nikahlarından uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddət ərzində Şirvan şəhəri, T.Həsənov küçəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Fuad Şahgəldiyevin vəfatından sonra cavabdeh həmin ünvanda yaşamağa davam etmişdir. Orada yaşadığı müddətdə təhülkəsizliyini təmin etmək üçün qapının kilidini dəyişmişdir. Cavabdeh faktiki olaraq hazırda orada yaşayır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 30A, Yeni qaydalarla AZ 1812, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2025-cı il tarixdə qeydə alınmış, 1/6 hissə X3 adına, 1/6 hissədə isə açıq saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 30A, Yeni qaydalarla AZ 1812, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında X4 (xx.xx.2014-cü il təvəllüdlü) adına xx.xx.2025-cı il tarixdə 1/12 hissədə, 1/12 hissədə isə X5 (xx.xx.2016-cı il təvəllüdlü) adına qeydə alınmışdır. Şirvan şəhər 1 saylı Notariat kontoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi vərəsəlik hüququnun adına rəsmiləşdirilməmiş xx.xx.2021-ci ildə vəfat edən X7r. X6 vərəsələri isə ünvan 2 ünvanında qeydiyyatda olan X11 və X8r və onlar miras əmlakın 1/6 hissəsindən bərabər hissələrdə pay almalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 X1 xüsusi mülkiyyətində olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və ondan miras qalmış ünvan 2 ünvanı vərəsəlik hüququ adına rəsmiləşdirilməmiş xx.xx.2021-ci ildə vəfat etmiş X10 olmuşdur. X6 vərəsələri isə X11 və X12 tanınmış və 1/6 hissədə payları müəyyən edilmiş və sonunculara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüquqları qeydə alındığından və mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Hazırkı mülki iş üzrə cavabdehlərin mübahisəli mənzilə hüquqlarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehin Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev 30A, Yeni qaydalarla AZ 1812, ünvan 3 saylı fərdi yaşayış evində istifadə hüquqları mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə qanuni və əsaslı müdaxilələri istisna etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan RespublikasıMülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR qanunu Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları hərtərəfli və obyektiv tədqiq etməklə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi əsassızdır və təmin edilməməlidir. İş üzrə təqdim edilmiş hüquqi sənədlərdən aydın olunur ki, mübahisəli ünvanda yerləşən yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmaqla yanaşı, həmin əmlakın 1/6 hissəsi mərhum X17in azyaşlı övladları – X11 və X5 payına düşən vərəsəlik hüququ əsasında onların adına xx.xx.2025-ci il tarixdən dövlət reyestrində rəsmiləşdirilmişdir. Beləliklə, Cavabdeh həmin evdə yaşamasının hüquqi əsası onun şəxsi mülkiyyət hüququ deyil, azyaşlı övladlarının həmin əmlaka dair qanuni mülkiyyət payı və valideynlik hüququndan irəli gələn onların mənzildə yaşama haqqının təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət toxunulmazdır, lakin bu hüquq digər şəxslərin hüquqları, xüsusilə azyaşlı uşaqların yaşayış yeri seçmək, yaşayış sahəsindən istifadə etmək, ailədə böyümək, valideyn himayəsi və sosial müdafiə hüquqları ilə məhdudlaşa bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 70 və 84-cü maddələrinə uyğun olaraq valideynlərin əsas vəzifəsi uşaqları saxlamaq, onlara yaşayış yeri təmin etmək, təhlükəsiz və şəraitli mühit yaratmaqdır. Cavabdehin azyaşlı övladları həm ailə üzvü, həm də əmlakın qanuni mülkiyyətçiləri olduğundan, həmin mənzildən çıxarılmaları onların hüquqlarının pozulması, “Uşaq hüquqları haqqında” Qanunun 10, 11 və 13-cü maddələrinin tələblərinə zidd olardı. Mülkiyyət hüququ mütləq və sərhədsiz xarakter daşımır. Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə görə mülkiyyətçi öz əmlakına sahib olmaq və istifadə etmək hüququna malik olsa da, bu hüququ həyata keçirərkən digər şəxslərin qanuni hüquq və maraqlarını, xüsusilə azyaşlıların yaşayış hüququnu pozmamalıdır. Əmlakın bir hissəsinin cavabdehin uşaqlarının adına rəsmiləşdirilməsi onların həm sahibliyini, həm də faktiki yaşayış hüququnu təsdiqləyir. Bu şəraitdə cavabdehin həmin evdə yaşaması qanunsuz müdaxilə yox, mülkiyyətçilər olan azyaşlıların qanuni himayəçisi kimi həmin əmlakdan birgə istifadə etmək hüququnun təzahürüdür. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mərhum Fuad Şahgəldiyevlə uzun müddət faktiki nikah münasibətində yaşamış, bu münasibətdən doğulan uşaqlar halhazırda onun himayəsindədir və yaşayış üçün başqa şəraiti yoxdur. Azyaşlıların qeydiyyatda olduğu, mülkiyyət payının mövcudluğu, yaşayış yeri faktı və hüquqi mənsubiyyətləri nəzərə alınmadan onların evdən çıxarılması Konstitusiyanın 17-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına zidd hesab olunur. Bu hallar cavabdehin həmin evdə yaşamasını və uşaqların ana ilə birgə yaşayış hüququnu hüquqi əsaslarla müdafiə edən mühüm faktlardır. Nəticə olaraq, iş üzrə sübutlar, cavabdehin uşaqlarının qeydiyyat sənədləri, əmlak reyestri çıxarışları, vərəsəlik şəhadətnamələri və mövcud ailə münasibətləri təsdiq edir ki, iddiaçının mülkiyyətçi kimi subyektiv hüququ tanınmaqla yanaşı, cavabdehin və onun azyaşlı uşaqlarının həmin mənzildə yaşamaq hüququ qanunla qorunan hüquqdur. Bu səbəbdən yalnız mülkiyyət hüququnun formal ifadəsinə əsaslanaraq uşaqların yaşayış hüququnu və cavabdehin valideynlik borcunu ləğv edən qərar qəbul edilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı Cavabdeh mübahisəli evdən çıxarılması barədə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycn Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin MİÜMK-na apelyasiya şikayəti verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1566/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1566/2025
20.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver