Məhkəmə qərarları › İş №2(032)-1573/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1573/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1573/2024 15.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərər tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində mənzilinə dəymiş 1000 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onula əsaslandırılmışdır ki, yaşadığı mənzil yuxarı mərtəbədə yaşayan iş üzrə Cavabdeh tərəfindən çoxlu miqdarda su buraxıldığından yararsız vəziyyətə düşmüşdür. Belə ki, suyun yuxarı mərtəbədən axması nəticəsində mənzilin divarları, bir otağın döşəməsi və tavanı demək olar ki, tam şəkildə yararsız olmuşdur. Cavabdeh öz mənzilində qanunsuz olaraq hamamla mətbəxin yerinin dəyişdirərək orda tikinti işlərinin aparılması nəticəsində mərtəbələrarası su-kanalizasiya borusu deşilmiş və cavabdehin təmir etdirdiyi mətbəx və hamamın döşəməsinin altında qalmışdır. Həmin hissədən isə borunun sındırılmasına görə su onun mənzilinə daima axaraq zərər vurmaqdadır. Bununla əlaqədar olaraq Cavabdeh məlumət vermiş, o, mənzilə dəymiş zərəri özü də baxaraq görmüşdür. Lakin cavabdeh həmin zərəri ödəmək məqsədində deyildir. Belə ki, o, qəti olaraq bildirir ki, “get hara şikayət edirsən et, dəymiş zərəri ödəməyəcəm.” Bu səbəbdən də dəymiş zərərin hesablanması üçün Şirvan şəhəri İH-nin Mənzil Təsərrüfat İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq Mənzil Təsərrüfat darəsi tərəfindən 16 iyul 2024cü il tarixində müvafiq akt və smeta tərtib edilmişdir. Aktdan görünür ki, Cavabdeh hərəkəti nəticəsində mənzilin 25,40 m2 divar, 16,50 m2 tavan hissəsi tam yararsız hala düşmüşdür. Bunun nəticəsin də smetadan göründüyü kimi mənzilə 363,29 manat zərər dəymişdir. Bundan əlavə aktdanda göründüyü kimi mənzilin bir otağının tavanı və döşəməsi tamamilə sıradan çıxmışdır. Divarların təmiri zamanı elektrik naqilləri yenilənəcək, əlavə elektrik yuvaları və işıq söndürüclər alınacaq, otağın tavan hissəsi tamamilə dəyişiləcək, yeni çilçıraq alınacaqdır. Adı çəkilən bütün elektrik avadanlıqları su sızmasına görə qısa qapanma nəticəsində partlayaraq sıradan çıxmışdır. Bu fakt ərizəsinə əlavə edilmiş fotoşəkillərdə öz əksini tapmışdır. Bundan əlavə isə mərtəbələrarası hissədə qalmış sınıq su borusunun çıxarılaraq əyişdiriləcəyinə əsasən mənzilin hamamının tavan hissəsi sökülməli və əlavə inşaat materialları alınmalıdır. Bütün bunların isə usta işi nəticəsində olacağını nəzərə alaraq hesablasaq görərik ona cavabdeh tərəfindən külli miqdarda maddi ziyan vurulmuşdur. Usta tərəfindən keçirilmiş baxış nəticəsində mənzildə aparılacaq təmir bərpa işlərinə görə 1000 (bir min) manat məbləğində vəsait tələb olunduğu bildirilmişdir. Cavabdeh bu gün mənzilinə dəymiş zərəri ödəməkdən qəti olaraq imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbi üzrə Cavabdeh qeydiyyat ünvanının ünvan 1i üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Saatlı rayon Məhkəməsinə göndərilməli olduğu izah edilir. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Saatlı rayonu, Şirinbəyli Ərazi Dairəsi, Şirinbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Saatlı rayon Məhkəməsinə inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı zərər tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar