Məhkəmə qərarları › İş №2(032)-158/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-158/2023

06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-158/2023 06.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yataqxanasının 94 nömrəli otağından cavabdehin istifadə hüquqlarının xitam edilməsini və otağı Mənzil Təsərrüfatı idarəsinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yataqxanasının 94 nömrəli otağından cavabdehin istifadə hüquqlarının xitam edilməsini və otağı Mənzil Təsərrüfatı idarəsinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsini onunla əsalandırmışdır ki, ünvan 1 saylı binada yerləşən yataqxananın 94 saylı 1 otaq, 12,4 kv.m olmaqla yataqxananın 3-cü giriş 5-ci mərtəbəsində yerləşir. Yataqxananın 94 saylı otağında Cavabdeh 2020-ci ildən bu günə kimi həmin otaqda yaşamamış, hal-hazırda Bakı şəhərində yaşayır. xx.xx.2020-ci ildə Cavabdeh ilə bağlanmış olan kirayə müqaviləsinin 5.3 və 5.4.2-ci bəndlərini pozur. Onların müraciətlərinə baxmayaraq otağı təhvil vermir. Bu haqda Mənzil Təsərrüfatı İdarəsinin komissiyası əsasında akt tərtib olunmuşdur. Cavabdeh verilmiş otağın qapısı bağlı qalmış və otağın təhvil verilməsindən imtina etmişdir. İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh elektron məhkəmə portalı vasitəsilə SMS xəbərdarlıq göndərilmiş, məlum olan son yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hər tərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhəri, H.Əliyev 1 küçəsi Telemexanika yataqxanasının müdiri V.M.Əliyev, 7 saylı MİS-nin rəisi S.N.Calalov, MTİ-nin briqadiri İ.Ə.Atayeva, 3 saylı MİS-nin nəzarətçi-kassiri E.Ə.Qafarov, “Telemexanika” yataqxanasının dalandarı Y.S.Ataşova akt tərtib edərək yataqxana sakinləri X1, X6, X8, Cavabdeh və X4, onlara yataqxanada növbəlik əsasında verilən otaqlarda yaşamırlar. 2020-ci il mart-aprel aylarında bağlanmış kirayə müqaviləsinin şərtlərini pozurlar. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh Ağarza qızı arasında müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə Şirvan şəhəri, H.Əliyev pr 25 küçəsi, 1 nömrəli evdə 94 nömrəli mənzildə yerləşən ümumi sahəsi 12.8 kv.m-dən ibarət 1 otaqlı mənzil verilmişdir. X12 idarəsi tərəfindən verilmiş arayın surətindən görünür ki, Cavabdeh Ağarza qızı bazada sudan istifadə edən abonent kimi qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş aktdan görünür ki, imza edən yataqxana sakinləri Cavabdeh Ağarza qızının ona növbəlilik əsasında verilmiş mənzildə yaşamır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1- xidməti yaşayış sahələri; 91.1.2- yataqxanalarda yaşayış sahələri; 91.1.3 manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Məcəllənin 93.2-ci maddəsinə görə yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yaşamaq üçün istifadəsinə və sahibliyinə verilmiş yataqxananın 94 saylı otağından istifadə etmir, bu isə onun yaşayış sahəsinə ehtiyacının olmadığını göstərir, belə olan vəziyyətdə isə cavabdeh mübahisəli otağdan çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh H.Əliyev küçəsi 1 saylı binada yerləşən yataqxananın 94 saylı otağından çıxarılmalı və otaq Mənzil Təsərrüfatı İdarəsinə təhvil verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh H.Əliyev küçəsi 1 saylı binada yerləşən yataqxananın 94 saylı otağından çıxarılsın və otaq Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinə təhvil verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar