Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-16/2024 24.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 17701 manat 80 qəpik məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ekspeditor xidməti göstərən Cavabdeh mal satışından İddiaçı MMC-yə 17701 manat 80 qəpik borcu qalmışdır. Cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, Cavabdeh İddiaçındə xx.xx.2020-ci il tarixə əmək müqaviləsi üzrə ekspeditor fəaliyyətinə başlamış, müəyyən müddət etibar qazandıqdan sonra ona olan etibardan sui-istifadə edərək 17701 manat 80 qəpik məbləğində əmlakı sataraq pulu MMC-yə ödəməmişdir. Cavabdeh özü 11 iyul 2022-ci il tarixdə əlyazma şəklində vermiş olduğu iltizamda MMC-yə 17701 manat 80 qəpik məbləğində pulu qaytarmalı olduğunu da etiraf etmişdir. Cavabdeh işlədiyi dövr ərzində qəbzlərə imza etməklə külli miqdarda mal götürərək satmış və onun bir hissəsinin pullarını şirkətə ödəmişdir. Lakin götürdüyü malların böyük hissəsinin pullarını şirkətə ödəməkdən yayınmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu Cavabdeh iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, onun İddiaçı MMC-yə heç bir borcu yoxdur, ona verilmiş bütün malları mağazalara təhvil vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixindən sürücü ekspeditor vəzifəsinə müddətsiz qəbul olunmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “X3” haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sonuncu tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. Həmin müqavilənin 2-ci bəndinə əsasən işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə X3 daşıyır. Qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə 742.35 manat, xx.xx.2022-ci il tarixdə 1363.12 manat, xx.xx.2022-ci il tarixdə 622.77 manat, xx.xx.2022-ci il tarixdə 953.50 manat, xx.xx.2022-ci il tarixdə 375.09 manat, xx.xx.2022-ci il tarixdə 472.80 manat, xx.xx.2022-ci il tarixdə 510 manat,xx.xx.2022-ci il tarixdə 939.60 manat, xx.xx.2022-ci il tarixdə 408 manat, xx.xx.2022-ci il tarixdə 201.60 manat, xx.xx.2022-ci il tarixdə 204 manat, xx.xx.2022-ci il tarixdə 53.04 manat,xx.xx.2022-ci il tarixdə 258.60 manat, xx.xx.2022-ci il tarixdə 1499.40 manat,xx.xx.2022-ci il tarixdə 33.87 manat, xx.xx.2022-ci il tarixdə 340 manat, xx.xx.2022-ci il tarixdə 54.60 manat, xx.xx.2022-ci il tarixdə 472.50 manat, xx.xx.2022-ci il tarixdə 94.50 manat,xx.xx.2022-ci il tarixdə 204 manat, xx.xx.2022ci il tarixdə 204 manat, xx.xx.2022-ci il tarixdə 935.01 manat, xx.xx.2022-ci il tarixdə 144 manat, xx.xx.2022-ci il tarixdə 298.50 manat, xx.xx.2022-ci il tarixdə 652.20 manat, xx.xx.2022-ci il tarixdə 706.20 manat, xx.xx.2022-ci il tarixdə 502.20 manat,xx.xx.2022-ci il tarixdə 866.40 manat, xx.xx.2022-ci il tarixdə 204 manat, xx.xx.2022-ci il tarixdə 946.50 manat, xx.xx.2022-cil tarixdə 345.75 manat, xx.xx.2022-ci il tarixdə 72.27 manat, xx.xx.2022-ci il tarixdə 891.30 manat, xx.xx.2022-ci il tarixdə 537 manat, xx.xx.2022-ci il tarixdə 408 manat, xx.xx.2022-ci il tarixdə 204 manat məbləğində olmaqla cəmi 17720 manat 67 qəpik mal Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “Mən Cavabdeh ərazi borcu 15446 manat 80 qəpik, maşın borcu 2200 manat 55 qəpik, ümumi borc 17701 manat 80 qəpik təşkil edir. İşlədiyim müddətdə bağlanan marketlər silinmə, aksiyalar, borcdan əskiklər və problemli summalarla çıxardandan sonra ərazi borc məbləği olaraq 17701 manat 80 qəpik borcu təsdiqləyirəm”. xx.xx.2022-ci il il tarixli iltizamda qeyd edilmişdir ki, “Mən Cavabdeh "xxxx" MMC-də ekspeditor vəzifəsi tutaraq xx.xx.2022-ci il tarixə "xxxx" MMC-yə 29425 manat miqdarında borcumu təsdiq edirəm”. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnvertarlaşdırılmasına dair müstəqil auditor X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli auditor rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən anbar sayımı aparılıb. Təqdim olunan mühasibatlıq proqramının baza məlumatına və malların məxadil-məxaric qiymətlərinə əsasən anbarda faktiki malların qalığında 113608 manat 87 qəpik dəyərində mal yerində aşkar edilməmişdir. Mülki işlə bağlı iş materiallarında olan əlyazmaların cavabdeh tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-801/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1397 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 21-22-ci vərəqəsində olan 18 mart 2021-ci il tarixli X3 haqqında müqavilədə “İşçi” qrafasındalı imza və xx.xx.2022-ci il tarixli qəbzdəki (i.v.23) yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixindən sürücü ekspeditor vəzifəsinə müddətsiz qəbul olunmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “X3” haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sonuncu tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnvertarlaşdırılmasına dair xx.xx.2022-ci il tarixli auditor rəyinə əsasən xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən anbar sayımı aparılmış, təqdim olunan mühasibatlıq proqramının baza məlumatına və malların məxadil-məxaric qiymətlərinə əsasən anbarda faktiki malların qalığında 113608 manat 87 qəpik dəyərində mal yerində aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Cavabdeh tərəfindən 17720 manat 67 qəpik məbləğində mal götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdə iltizam yazaraq 17701 manat 80 qəpik məbləğində maddi ziyan vurmasını öz imza ilə təsdiq etmişdir. Bununla da İddiaçı MMC-i tərəfindən ziyan kimi iddia edilən həmin malların təhvil verilməsinə dair qaimələri, 17 fevral 2022-ci il tarixli və 11 iyul 2022-ci il tarixli cavabdehin iltizamlarını və xx.xx.2022-ci il tarixli auditor rəyini təqdim etmiş, bununla da ona dəymiş maddi ziyana dair halı sübuta yetirmişdir. Odur ki, iddia edilən ziyanın cavabdeh tərəfindən onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olması müəyyən edilmişdir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı MMC-yə vurulmuş maddi ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 17701 manat 80 qəpik (on yeddi min yeddi yüz bir manat səksən qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarında olan mədaxil qəbzindən və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə xərcləri 96 manat məbləğində ödənilmiş dövlət rüsumundan və 104 manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəm hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17701 manat 80 qəpik (on yeddi min yeddi yüz bir manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 96 manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 104 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-16/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-16/2024
24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver