Məhkəmə qərarları › İş №2(032)-160/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-160/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-160/2023 04.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, iddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi və otaqların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi və otaqların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otaqdan Cavabdeh Nəzər qızının hüququnun ləğv edilməsi və otaqların təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sonrada iddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi iddia tələbində dəqiqləşdirmə aparmaqla Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otağın kirayəçisi Cavabdeh Nəzər qızı ilə 18 mart 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və həmin otağın iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otaq, 12,8 kv.m olmaqla yataqxananın 2-ci girişin 2-ci mərtəbəsində yerləşir. Yataqxananın 164 saylı otaqında Cavabdeh Nəzər qızı 2020-ci ildən bu günə kimi həmin otaqlarda yaşamır, hal-hazırda Şirvan şəhərində ba.qa ünvanda yaşayır. xx.xx.2020-ci ildə Cavabdeh Nəzər qızı ilə bağlanmış olan kirayə müqaviləsinin 5.3 və 5.4.2 bəndlərini pozur. Onların müraciətinə baxmayaraq, otaqları təhvil vermir. Buna dair Mənzil Təsərrüfatı İdarəsinin komissiyası əsasında akt tərtib olunmuşdur. Cavabdeh Nəzər qızına verilmiş otaqların qapısı bağlı qalmış və otağın təhvil verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Nəzər qızına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 18 mart 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi kirayəçi Cavabdeh Nəzər qızı və onun ailə üzvlərinə Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otaq müvəqqəti yaşamaq üçün müddətsiz kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Təhvil-Qəbul Aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131 “s”No-li 03 iyun 2013-cü il tarixli sərəncamına, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 51№-li 17 iyul 2013-cü il tarixli sərəncamına, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 №-li 07 iyun 2013-cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin 15N№-li 12 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Şirvan şəhəri, 8№-li Mənzil İstismar Sahəsinin balansında olan Keçmiş uşaq bağçasının Şirvan şəhər İcra hakimiyyətinin balansına, 436 yerlik yataqxananın Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına qəbul edilməsi ilə aşağıdakı tərkibdə imza edən komissiya üzvləri: bir tərəfdən Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 müavini Samid Abıyev - komissiyanın sədri, komissiyanın üzvləri Gülməmməd Abasov -Ərazi İdarəetmə və yerli özünüldarəetmə orqanları ilə iş " şöbəsinin böyük məsləhətçisi, Tahirə Mahmudova -İcra Hakimiyyətinin Baş mühasibi, Eyyub Gülməmmədov — Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi, Şəfahət Eyvazov - Şəhər Mənzil Təsərrüfatı İdarəsinin baş mühasibi, digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin rəis müavini M.C.Cəfərov — komissiyanın sədri, komissiya sədrinin müavini F.K.İbişov - SXİ-nin baş mühasibi, komissiyanın üzvləri S.İ.İmanverdiyeva - SXİ-nin mühasibi, M.A.Mirzəyev - SXİ-nin aparıcı mühəndisi, N.R.Bağırova - SXİ-nin KX-nin aparıcı mühəndisi, A.S.Quliyev – 8№-li MİS-in yataqxana müdiri - maddi-məsul şəxs ilə birlikdə obyektlərə vizual baxış keçirilərək texniki vəziyyəti, qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə əsasən obyektlər siyahı üzrə təhvil götürülür. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin balansında olan, ünvan 3 ünvanda yerləşən, ümumi balans dəyəri 18289 manat 00 qəpik (on səkkiz min iki yüz səksən səkkiz manat), qalıq dəyəri 10444 manat 92 qəpik (on min dörd yüz qırx dörd manat 32 qəpik) olan keçmiş uşaq bağçası əvəzsiz olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin balansından ünvan 4 ünvanda yerləşən, ümumi balans dəyəri 77806 manat 00qəpik (yetmiş yeddi min səkkiz yüz altı manat), qalıq dəyəri 47621 manat 71 qəpik (qırx yeddi min altı yüz iyirmi bir manat 71 qəpik) olan 436 yerlik yataqxana əvəzsiz olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin balansından Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilməsini və bu aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli, “akt”dan görünür ki, Mənzil Təsərrüfatı İdarəsinin H.Əİiyev-1 “Telemexanika” yataqxanasının müdiri Nümayəndə, 7 saylı MİS-nin rəisi S.N.Calalov, MTİ-nin briqadiri İ.Ə.Atayeva, 3 saylı MİS-nin nəzarətçikassiri E.Ə.Qafarov, “Telemexanika” yataqxanasının dalandarı Y.S.Ataşova adları X1, X4, Cavabdeh Nəzər qızı, X3, Cavabdeh Nəzər qızı -yataqxana sakinləri onlara yataqxanada növbəlik əsasında verilən otaqlarda yaşamırlar. 2020-ci il mart-aprel aylarında bağlanmış kirayə müqaviləsinin şərtlərini pozmalarına dair aktı tərtib etmişlər. İş materiallarında olan Şirvan SKİ-nin arayışından görünür ki, X1, X4, Cavabdeh Nəzər qızı, X3, Qulamzadə X5 Sukanal İdarəsinin bazasında qeydiyyatda deyil. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 13 mart 2023-cü il tarixli, 40 saylı məktubundan görünür ki, yataqxana sakinləri 88, 89 saylı otaqların sahibi X8, 164 saylı otağın sahibi Cavabdeh Nəzər qızı 2020-ci ilin mart ayından 13 fevral 2023-cü ilə kimi kommunal xidmət haqqı ödəməmişlər. İş materiallarında olan 18 mart 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi mənzil qanunvericiliyinə görə xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İşin faktiki hallarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh Nəzər qızı ailə üzvləri ilə birlikdə faktiki olaraq Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otağında yaşamamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə,bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh Nəzər qızı ailə üzvləri ilə birlikdə faktiki olaraq xüsusi təyinatlı yaşayış sahəsində yaşamadığından 18 mart 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otağı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinə təhvil verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi ilə Cavabdeh Nəzər qızı arasında Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otağına dair bağlanmış 18 mart 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Şirvan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən yataqxananın 164 saylı otağı Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar