Məhkəmə qərarları › İş №2(032)-1609/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1609/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1609/2024 16.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3442 manat 60 qəpik pulun və ödənilmiş 55 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2 il bundan qabaq kənd ərazisində yas mərasimində tanış olmuşdur. Sonradan cavabdeh onunla telefon əlaqəsi yaratmaqla müxtəlif vaxtlarda ünsiyyətdə olmuşlar. Cavabdeh ona bildirmişdir ki, kart hesabında 10 000 manat pul olmasını, hesab üzərindən pulu çıxara bilmir. İİ qrup əlilliyi olduğundan, onun adına kredit götürməklə kredit məbləğini hər ay özü ödəyəcəyi barədə onun inandırmışdır. “Kapital Bankın” Hacıqabul filialından kredit müqaviləsi rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaq lazımdır. Onlar xx.xx.2024-cü il tarixdə “Kapital Bankın” Hacıqabul filialına yaxınlaşmışlar. Kredit mütəxəssisinə Cavabdeh götürəcəyi kredit məbləğini səhhəti ilə əlaqədar ödəmə qabiliyyətinin olmamasını bildirmişdir. Sonradan öyrənmişdir ki, cavabdehin bacısı “Kapital Bankın” Hacıqabul filialında çalışır. Kredit götürdükdən sonra “Kapital Bankın” Hacıqabul filialının qarşısında 2900 manat pulu Cavabdeh Əlixram oğluna vermişdir. Hazırda kredit məbləği üzrə 3442.60 manat borc hesablanmışdır. Cavabdeh kredit müddəti ərzində cədvəl üzrə müəyyən edilmiş ödəniş günü heç bir ödəniş etmədiyindən onun səhhəti ilə əlaqədar ödənilən müavinətdən hər ay kredit ödənişi tutulur. O, dəfələrlə Cavabdeh borclu olduğu məbləğin qaytarılmasını tələb etsə də cavabdeh pulun ödənilməsindən imtina edir, müxtəlif bəhanələrlə ondan qaçır. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmiş, ərizə göndərərək cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ExpressPay ödəniş sistemi vasitəsi ilə 55 (əlli beş) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ExpressPay ödəniş sistemi vasitəsi ilə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar