Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1614/2023 21.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1180 (bir min yüz səksən) manat pulun və ödənilmiş 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeyyydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş üzrə Cavabdeh 05 may 2023-cü il tarixdə axşam saatlarında onun qeydiyyatda olduğu və yaşadığı evin saxlanc yerinə qanunsuz daxil olaraq, oradan ona məxsus 01 ədəd 200 manat dəyərində ot biçən aparatı, 09 may 2023-cü il tarixdə həmin tikilidən 01 ədəd 60 manat dəyərində drel aparatı, 01 ədəd 300 manat dəyərində qaynaq aparatı, 15 may 2023-cü il tarixdə həmin ərazidən təkrarən 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatı, 01 ədəd 200 manat dəyərində su matoru və 01 ədəd 100 manat dəyərində su matoru, 21 may 2023cü il tarixdə təkrarən həmin saxlanc yerində 01 ədəd 700 manat dəyərindən avtomobil qızdırıcı cihazını gizli olaraq talamışdır. Buna görə iş üzrə Cavabdeh CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ittiham edilmiş və baxılması üçün, Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)- 213/2023 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı qeyd edir ki, istintaq müddətində Cavabdeh 01 ədəd ot biçən aparatı, 01 ədəd qaynaq aparatını və 01 ədəd dreli ona geri qaytarmışdır. Lakin o, 01 ədəd 700 manat avtomobil qızdırıcı cihazı, 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatı, 02 ədəd ayrı-ayrılıqda dəyəri, 200 manat və 100 manat dəyərində su matorunu iddiaçıya geri qaytarmamışdır. Ümumilikdə, onun vurduğu ziyan 1180 manatdır. Hal-hazırda bu işlə bağlı hökm qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına məhkəmə bildirişi göndərilmiş, Cavabdeh iddia ərizəsinə qarşı mülahizələri xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Onun xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə görə iddia ərizəsi ilə tanış olduğunu və zərərçəkmiş şəxs İddiaçı 2023-cü ilin iyun ayında anası tərəfindən 1600 manat pul ödədiyini, lakin buna dair sübutu olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə görə isə iddia ərizəsi ilə tanış olduğunu, İddiaçı ərizəsi ilə tam razı olmadığını, dəymiş ziyanın 1740 manat olduğunu və həmin pulun 500 manatının ödənildiyini, 1180 manatın isə gələcəkdə ödəməyə hazır olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı psixi xəstədir və həkim nəzarətindədir, İddiaçı sübutları olmadığından iddia ərizəsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(032)-213/2023 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 04 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə maddi sübut olan 01 ədəd ot biçən aparatın, 01 ədəd qaynaq aparatının, 01 ədəd drelin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, zərərçəkmiş şəxsə 01 ədəd 700 manat avtomobil qızdırıcı cihazının və istixanadan 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatının, 02 ədəd ayrı-ayrılıqda dəyəri 200 manat və 100 manat dəyərində su matorlarının oğurlanması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(032)-213/2023 saylı hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində İddiaçı vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(032)-213/2023 saylı hökmü ilə maddi zərərin məhz 1180 manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 1180 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə xərcləri ödənilmiş 34 manat 40 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 34 manat 40 qəpik alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 1180 (bir min yüz səksən) manat məbləğində məbləğində pul və ödənilmiş 34 manat 40 qəpik məbləğində (otuz dörd manat manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1614/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1614/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver