Məhkəmə qərarları › İş №2(032)-162/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-162/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-162/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Ərizəçi və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X7 16 nömrəli Tikinti İdarəsində ekskovator maşinisti vəzifəsində çalışdığına görə ünvan 1 ünvanı üzrə yaşayış sahəsinin ayrılmasına dair orderin verilməsi faktının müəyyən edilməsinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 16 nömrəli Tikinti İdarəsində ekskovator maşinisti vəzifəsində çalışdığına görə ünvan 1 ünvanı üzrə yaşayış sahəsinin ayrılmasına dair orderin verilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, X7 ilə 04 aprel 1969-cu il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 1963-cü il tarixdə Ələskər, 1966-cı il tarixdə Ələddin, 1969-cu il tarixdə Şəlalə, 1972-ci il tarixdə Yeganə və 1974-cü il tarixdə isə Təranə adlı beş övladları anadan olmuşdur. X7 16 nömrəli Tikinti İdarəsində ekskovator maşinisti vəzifəsində çalışdığına görə Şirvan şəhərində mənzil verilmişdir. Hazırda qeyd edilən mənzildə yəni, ünvan 1 ünvanında qeydiyyatda olmaqla övladı ilə yaşayır. X7 16 avqust 2006-cı il tarixdə ölmüşdür. Həyat yoldaşı X7 yaşadıqları evin sənədlərini müvafiq qaydada sənədləşdirilməsi üçün səhlənkarlığından müvafiq müraciətlər etməmişdir. Hazırda yaşadığı Şirvan şəhəri, T.Bağırov küçəsində yerləşən 6 saylı evin 3 saylı mənzilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınması zərurəti yarandığından müvafiq qaydada Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etdi. Lakin ona bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavilə dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 1943-cü il təvəllüdlü Əli-Bayramlı (indiki Şirvan) şəhərində yaşamış X3 16 nömrəli Tikinti İdarəsində çalışdığına görə Şirvan şəhərində mənzil verilməsinə əsas olmuş sənədlərin əldə edilməsi məqsədi ilə Azərbaycan respublikası Dövlət Arxivinə və X13 filialına müraciətlərinə, Şirvan şəhərində 16 nömrəli Tikinti İdarəsində çalışanlara mənzil verilməsi barədə sənədlərin arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən, mənzil verilməsi barədə sənədlərin aşkar edilməməsi bildirilmişdir. Ərizəçi və nümayəndəsi-vəkili Vəkil məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, icraata xitam verilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2022-ci il tarixli, 290 № arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli-Bayramlı ZDS İcraiyyə Komitəsinin 1967-1968-ci illərə aid protokollar kitabında mərhum həyat yoldaşı X3 adına mənzil verilməsi barədə qərar aşkar olunmadı. Təqdim edilən order 16№ Tikinti idarəsinin protokoluna əsasən verilib. 16№ Tikinti idarəsinin protokolları filiala təhvil verilməyib. Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1581 nömrəli məktubunda göstərilmişdir ki, 1943-cü il təvəllüdlü Əli-Bayramlı (indiki Şirvan) şəhərində yaşamış X3 16 nömrəli Tikinti İdarəsində çalışdığına görə Şirvan şəhərində mənzil verilməsinə əsas olmuş sənədlər Şirvan şəhər İcra Hakimiyyətində aşkar olunmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 oktyabr 2022-ci il tarixli, **********15 № Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişdə göstərilmişdir ki, Daşınmaz əmiakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Sizin təqdim etdiyiniz sənədlər toplusuna baxış keçirilən zaman müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderin və ya mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edilmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59-cu maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 62-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. tərəfinizdən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarını və yaşayış sahəsinin sosial kirayə müqaviləsi təqdim ediləcəyiniz təqdirdə sözügedən mənzil sahəsinə dair istifadə hüquqlarının dövlət qeydiyyatına alınması istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 08 ayının 16 günündə qeyd edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X12 arasında nikah Əli-Bayramlı şəhər VVAQ Şöbəsində xx.xx.1969-cu ildə 58 nömrə ilə qeydə alınmışdır. Orderin surətindən görünür ki, SU-16-da X7 16 nömrəli Tikinti İdarəsində ekskovator maşinisti vəzifəsində çalışdığına görə ona 32 kv.m olan mənzil verilmişdir. Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı (indiki Şirvan) şəhəri, T.Bağırov küçəsində yerləşən 4 № binanın, ümumi sahəsi 87,46 kv.m, yaşayış sahəsi 30,68 kv.m-dən ibarət 2 otaqlı mənzil X2 adına qeydiyyata alınmışdır. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 538 nömrəli sərəncamında H.Z.Tağıyev qəsəbəsi 4 nömrəli binanın 5 nömrəli mənzilinin qiymətinin 7921 manat 48 qəpik məbləğində müəyyən edilməsinə dair Dövlət fondunda olan mənzillərin alqı-satqı komissiyasının 29 may 1992-ci il tarixli qiymət aktının təsdiq edilməsi, müəllim işləyən X8 yaşadığı H.Z.Tağıyev qəsəbəsi 4 nömrəli binanın 5 nömrəli mənzili əvəzsiz qaydada ona bağışlanması, şəhər Mənzil İstismar Kontorunun rəhbərliyi tapşırılan mənzilin bağışlanması notariat qaydada rəsmiləşdirildikdən sonra həmin mənzilin MİK-nin balansından çıxarılmasının təmin edilməsi, şəhər Texniki inbentarlaşdırma bürosunun rəhbərliyinə tapşırılmaqla götürülməsi və texniki pasportla təmin edilməsi göstərilmişdir. xx.xx.1992-ci il tarixli Bəxşiş müqaviləsinin surətində göstərilmişdir ki, Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 538 nömrəli sərəncamı ilə Əli-Bayramlı (indiki Şirvan) şəhər, H.Z.Tağıyev küçəsi 4/5 nömrəli 1 otaqlı, ümumi sahəsi 38 kv.m olan mənzili müəllim X10 əvəzsiz qaydada bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, T.Bağırov küçəsində istifadədə olan 0.0403 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1,2-ci mərtəbəsində, 60.3 kv.m ümumi, 28.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-375/2023 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən sənədlər barədə Ərazi İdarəsinin mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı (indiki Şirvan) şəhəri, T.Bağırov küçəsində yerləşən 6 saylı binanın, ümumi sahəsi 91,44 kvşm, yaşayış sahəsi 32.4 kv.m, 2 otaqdan ibarət 4 saylı mənzili X1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№ qərarının 5.1-ci bəndində göstərilmişdir ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 16.3-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarına əlavə edilmiş orderin əslindən görünür ki, sözügedən sənəd ilə SU-16 saylı Tikinti İdarəsinin mənzil məsələlərinin həlli üzrə komissiyanın qərarına əsasən eskavatorçu vəzifəsində işləyən Mahmud Kərimova 78 nömrəli yataqxananın 2-ci mərtəbəsində olan, 2 otaqlı, 32 kv.m olan mənzilə yaşamaq hüququ verilmişdir. İddiaçı göstərilən sənədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, onun müvafiq mənzilə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. Hazırki tələb ilə əlaqədar məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi iş materiallarına əlavə edilmiş orderin əslindən məlum olur ki, ərizəçinin mərhum əri X5 yaşamaq üçün - işləmiş olduğu SU-16 saylı Tikinti İdarəsinin mənzil məsələlərinin həlli üzrə komissiyanın qərarına əsasən 78 nömrəli yataqxananın 2-ci mərtəbəsində olan, 2 otaqlı, 32 kv.m olan mənzil ayrılmışdır. Ərizəçinin məlum faktı təsdiq edən sənədi mövcud olduğundan tələb olunan faktın təkrarən məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müvafiq inzibati məhkəməyə müraciət etməklə inzibati orqanın imtinasını mübahisələndirməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsinə əsasən məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 258,263,264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X7 16 nömrəli Tikinti İdarəsində ekskovator maşinisti vəzifəsində çalışdığına görə ünvan 1 ünvanı üzrə yaşayış sahəsinin ayrılmasına dair orderin verilməsi faktının müəyyən edilməsinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçi müvafiq iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət olunması izah olunsun. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə,eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar