Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1625/2024 03.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3750 manat məbləğində pulun və ödənilmiş 57.50 manat dövlət rüsumunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Cahan” Holdingdə işlədiyindən işlətdiyi şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən mağazaya əmtəə malları gətirmiş, həmin vaxtlarda Ceyhunla aralarında əmtəə mallarının alışı və ya satışına dair heç bir narazılıq və ya anlaşılmazlıq olmamışdır. 2021-ci ilin iyun ayında Cavabdeh işlətdiyi “Zəhra” marketə gəlmiş və ona demişdir ki, “Cahan” Holdingdə kompaniya vardır, maya dəyərindən aşağı qiymətə əlavə hədiyyəsi ilə birlikdə tütün məhsulları və Redbull içkisi ilə təmin edə bilər. Onunla razılaşmış və təxminən 2-3 gün sonra Ceyhunla mağazasında görüşüb və ona 5500 manat pulu əlbəəl Ceyhuna vermişdir. O, pulu Ceyhuna verəndən bir müddət sonra Ceyhunla telefonla danışaraq ondan işin nə yerdə qaldığını soruşanda, sonuncu hər səfərində ona müxtəlif bəhanlər gətirərək, aldığı pulu öz şəxsi ehtiyaclarına xəclədiyini və yaxın vaxtlarda pulu qaytarıb verəcəyini bildirmişdir. Həmin vaxtdan indiyədək Ceyhun tərəfindən ona aldığı pul qaytarılmadığından o da onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Cavabdeh 5500 manat pulu 2021-ci ilin iyun ayında Şirvan şəhər G.Şıxabalaoğlu küçəsində yerləşən və ona məxsus olan “Zəhra” marketdə təkikdə vermiş, həmin vaxt yanlarında kimsə olmamışdır. Cavabdeh tərəfindən ona dəymiş 5500 manat məbləğində ziyanın 1750 manatı ödənilmiş, 3750 manatı halhazıra kimi ödənilməmişdir. Göstərilən hadisə ilə əlaqədar və digər şəxslərə qarşı da dələduzluq etdiyinə görə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndinlən şəxs qismində cəlb edilərək barəsində cinayət işi açılmışdır. Şirvan şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(032)-106/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona vurulmuş ziyan cinayət işi materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçının ona qarşı olan iddia tələbini qəbul etdiyini, ondan iddiaçının xeyrinə 3750 manat pulun tutulmasına etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-106/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-106/2023 saylı hökmündən görünür ki, zərərçəkmiş şəxs İddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim etməmişdir. Həmçinin görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini İddiaçı yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə tütün məmulatları satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən “Zəhra” mağazasında xeyli miqdarda, yəni 5500 (beş min beş yüz) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-106/2023 saylı hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 və 180.3cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırkı halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülki hüquq və vəzifələrin yaranma əsaslarından bir də, məhz əsassız varlanmadır. Digər hüquq münasibətlərindən fərqli olaraq isə əsassız varlanma haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İşin fakitiki hallarından da göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya digər öhdəlik hüquq münasibətləri yaranmamışdır. İddiaçının tələb hüququ isə hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh hüquqazidd əməlləri nəticəsində yaranmışdır. İşin fakitiki hallarından da göründüyü kimi Cavabdeh barəsində ittihamverici hökm çıxarılmış və həmin hökmdə Cavabdeh zərərçəkmiş şəxs İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə sonuncuya 3750 (üç min yeddiz yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmiş olduğu sübuta yetirilmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini etiraf etməklə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3750 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 57.50 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumuna görə 57.50 manat pul cavabdeh Soltanova Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3750 manat pul və dövlət rüsumuna görə ödənilmiş 57.50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1625/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1625/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver