Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-164/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakıları ilə, İddiaçı cavabdeh “X3”ASC-nə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X3”ASC-nə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3”ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş 13689 manat 60 qəpik ziyanın, 240 manat hər aylıq ödəncin ödənilməsini vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-ci il tarixində X3 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80% itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödəniş edilmiş, sonra DSMF tərəfindən “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçısinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq ona 80%-lə 1 noyabr 2008-ci il tarixdən 60 manat, 1 fevral 2016-cı il tarixdən 66 manat, 1 yanvar 2022-cı il tarixdən 240 manat müavinət ödənilmişdir. Həmin müavinətin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində olan Dövlət Sosial Mudafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Dayadırmanının səbəbi kımi xx.xx.2014-cü il tarixdən "Quruda Neft və Qazçıxarma” İB-nin Əli X10 bazasının özələşdirılməsi başa çatması göstərilmişdir. Bundan başqa məktubda xx.xx.2014-cü il tarixindən xx.xx.2022-cı il tarixinədək 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq (ödəmə müəyyən edildiyi, həmin artıq ödəmənin onun pensiyasından tutulması haqqında Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərar qəbul edildiyi göstərilmişdir. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 saylı məktubunda isə göstərilir ki, 16 06.2022-ci ıl tarixli 108950 nömrəli Qərara əsasən müavinət işi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq ödənmiş vəsait əlilliyə gorə əmək pensiyasından aylıq 53 manat 47 qəpik olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulma aparılır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üzrinə düşən vəzifələri yerinə yetirib vaxtında müəssisənin özəlləşdirilməsi başa çatdığı barədə ona məlumat verilsəydi, o da aylıq ödənci cavabdeh müəssisədən tələb edə bilərdi. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək minimum aylıq əmək haqqının 80 faizi olan 13689 manat 60 qəpik məbləğində pul ödəməli idi. 2006-2018-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikası: 2006-cı ilin oktyabrından - 30 AZN, 2007-ci ilin fevralından - 50 AZN, 2008-ci ilin yanvarından - 60 AZN, 2008-ci ilin avqustundan - 75 AZN, 2010-cu ilin sentyabrından - 85 AZN, 2011-ci ilin dekabrından - 93,50 AZN, 2013-cü ilin sentyabrından - 105 AZN, 2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN, 2019-cu ilin martından - 180 AZN, 2019-cu ilin sentyabrından - 250 AZN, 2022-ci il yanvarın 1-dən - 300 AZN. Özəlləşdirmə prosesində dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış "Əli X10" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının 29 noyabr 1996-cı fl tarixli, 208-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Dovlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən çevrilən müəssisə Əli X10 bazasının hüquqi varisi sayılır. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dovlət reyestrinə daxıl edilmiş məlumatdan gorünur ki, “X17 Alətləri" Açıq Səhmdar Cəmiyyəti 25 dekabr 2001-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Fəaliyyətinin dayındırılması barədə heç bir məlumat qeyd edilməmişdir. Cavabdehə istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş 6738 (altı min yeddi yüz otuz səkkiz manat) manat zıyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçun sağlamlığına dəymiş ziyanın ödənilməsi barədə müraciət olunsa da nəticəsi olmamışdır. Tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gələn mübahisələr olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5-cı maddəsinin tələbinə əsasən və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-cı maddəsinə uyğun olaraq tərəfindən Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində iştirak etmək üçün cavabdehə bildiriş göndərilsə də cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Bununla bağlı mediator X2 xx.xx.2022-ci il tarixli, MŞS/1/00579 nömrəli Arayışı iddıa ərizəsinə əlavə olunur. Cavabdehin hərəkətsiz qalması səbəbindən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 (altı min yeddi yüz otuz səkkiz) manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1104 (bir min bir yüz dörd) manat (minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləği) istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş zərərin cavabdeh “Əli X10” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdeh “X3”ASC-nin yerləşdiyi hüquqi ünvana göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 bildirdi ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, işciyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və teşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X10 bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X10 bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-cl İl tarixədək davam etdirilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. İddiaçı pensiyasından xx.xx.2022-ci il tarixdən 53,4761 manat məbləğində pənsiya ödənişinin xx.xx.2032-ci il tarixədək tutulması qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB nin Əli X10 bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. Məlumat üçün qeyd edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “artıq ödənilmə ilə bağlı qərarın ləğvi” tələbinə dair 2- 1(120)-2936/2022 nömrəli inzibati iş vardır. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixil 108950 nömrəli qərarının qanunsuz olduğunu iddia edərək, iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il tarixli 108950 nömrəli artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin əmək pensiyasından tutulması haqqında qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2936/2022 nömrəli qərarı ilə ilə iddia tələbi qismən təmin edilmişdir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin (müəssisənin) vəzifəsi kimi müəyyən olunmuşdur. İşin hallarından isə aydın olur ki, Dövlət Sosial Müdafiə Fondu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X10 bazasının hüquqi varisi olan Əli X10 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. Müəssisənin fəaliyyətinin dayandırılması onun ləğv olunması kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs nümayəndələrinin izahatlarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmədiklərindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 28 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X1 Sosial Müdafiə Föndünun Sosial Ödənişlərin Təyinatı uzrə Mərkəzi Filialın “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli 108950 nömrəli Qərarına əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçısinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənişi müəssisənin özəlləşdirilməsi prosesı başa çatdığı üçün xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Qeyd edilən xx.xx.2022-ci il tarixli 108950 nömrəli Qərara əsasən müavinət işi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş 6738,00 (altı min yeddi yüz otuz səkkiz manat 00 qəpik) manat mabləğında artıq alınmış vəsait əlilliyə görə əmək pensiyasından aylıq 53 manat 47 qəpik (əlli üç manat 47 qəpik) olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 sentyabr 2022-ci il tarixli məktundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə— minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. xx.xx.2010-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə va himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixindən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma İB-nın Əl X10 bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X18 Alətlən bazasının xx.xx.2014-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6738 manat məbləğində artıq ödəmə muəyyən edilmişdir. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nın Əli X10 bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinin elektron çıxarışından görünür ki, “X3”ASC-nin hüquqi ünvani Şirvan şəhəri X14, qanuni təmsilçisi X4r. İş materiallarında olan 410928 nömrəli vəsiqəsən görünür ki, İddiaçı İİ qrup əliliyi ilə əlaqədar pensiya təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 dekabr 2022-ci il tarixli məktundan görünür ki, Keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 16 noyabr 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Quruda Neft və Qazçıxarma” X6 X10 Bazasının əsasında “Əli X10” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq 25 noyabr 2014-cü il tarixində “Əli X10” ASC-nin səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmin tarixdən səhmdar cəmiyyəti tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, “Əli X10" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını xx.xx.2019-cu il tarixdən xx.xx.2024-oü il tarixədək dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Dövlət reyesirində olan məlumatlara esasən adıçəkilən vergi ödəyicisinin hüquqi ünvanı Şirvan şəhəri, X9. Vergi ödəyicisinin mülkiyyətində olan əmlak barədə məlumatın verilməsi vergi orqanlarının səlahiyyətinə ald edilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 15(120)-16/2022 saylı, 10 noyabr 2022-ci il tarixli Qərardadına əsasən ərizəçi İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə”ərizəsi təmin edilmişdir. Ərizəçi İddiaçı tərəfindən qaldırılmış iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, Ağayev Zöhrab oğlunun pensiya məbləğindən hər hansı məbləğin tutulması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına və digər şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər departamentinə İddiaçı sosial müavinət ödənişi barədə Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialın xidməti məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyındə X13 Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzində Şirvan şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(032)-164/2023 saylı mülki iş üə əlaqədar sorgusuna baxılmışdır. Məlumnat üçün bildiririk ki, müvafiq alt sistemlərinin məlumat bazalarına əsasən xx.xx.1964-cü ü təvəllüdlü İddiaçı (iş Ng 720034, Salyan rayonu) özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisının asə üzvlənmə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət üzrə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6738,00 (altı min yeddi yüz otuz ” səkkiz) manat məbləğində vəsait ödənilmiş və ərizəsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına Sosial ödənişlər departamentinin xitməti məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün ödənilir. Həmin Qaydaların 2021-ci il yanvarın 1-dək qüvvədə olan 3.1-ci bəndinə uyğun olaraq, bu Qaydaların İl bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə —33 manat, peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə — 44 manat, peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə — 55 manat, peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə —66 manat, həlak olduqda —77 manat məbləğində aylıq müavinətin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, sözügedən Qaydalarda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1550 nömrəli Fərmanı ilə edilən dəyişikliklərə əsasən 1 yanvar 2022-ci il tarixindən peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda isə minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinətin verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinə əsasən ) sə işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır, Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Həmin Qaydalar, şərtlər və məbləğin 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində dəymiş zərərə görə aylıq ödəncin məbləği zərərçəkənin xəsarət almazdan və yaxud hə, peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin əyil xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin azalma faizi miqdarında müəyyən edilir. İş materiallarında olan 15 may 2023-cü il tarixli "xxxx" MMC-nin arayışından görünür ki, Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı nəzərə alınmaqla minimum əmək haqqının 80 faiz şərti ilə xx.xx.1964-cü il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan aylıq ödənc məbləğin mütəxxəsis tərəfindən hesablanaraq rəy verilməsi barədə müraciətinizə cavab olaraq bildirmək istəyirik ki, 2006-2023-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikasını nəzərə alaraq xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək minimum aylıq əmək haqqının 80 faizi olan cəmi 15117,60 (on beş min bir yüz on yeddi manat 60 qəpik) manat məbləğində aylıq ödənc təşkil edir. Bundan xx.xx.2014-ci ildən xx.xx.2016-cı ildək olan aylıq ödənc 2100 (iki min bir yüz) manat (minimum əmək haqqı 105”8096-84 manat), xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan aylıq ödənc 1113.60 (bir min bir yüz on üç manat 60 qəpik) manat (minimum əmək haqqı 116“8076- 92.80 manat), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 1456 (bir min dörd yüz əlli altı) manat (minimum əmək haqqı 130“8096--104 manat), xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 864 (səkkiz yüz altmış dörd) manat (minimum əmək haqqı 180”8096-144 manat), xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan aylıq ödənc 5600 (beş min altı yüz) manat (minimum əmək haqqı 250”8096-200 manat), xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan aylıq ödənc 2880 (iki min səkkiz yüz səksən) manat (minimum əmək haqqı 300”8076-240 manat) və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan aylıq ödənc 1104 (bir min bir yüz dörd) manat (minimum əmək haqqı 345“8096-276 manat) təşkil edir. İş materiallarında olan “X3”ASC-nin nizamnaməsinə əsasən “X3”ASC-i Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” X7 X10 bazasının çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Həmin Məcəllənin 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.11-ci bəndinə əsasən Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1990-ci il tarixində X3 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80 %-ni itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. Əvvəl, işlədiyi müəssisə tərəfindən, 2008-ci il tarixdən xx.xx.2022ci il tarixədək isə DSMF tərəfindən iddiaçıya müavinət ödənilmiş və bundan sonra “Quruda Neft və Qazçıxarma” İB-nin Əli X10 bazasının özələşdirılməsinin xx.xx.2014-cü il tarixdə başa çatması əsası ilə müavinətin verilməsi dayandırılmışdır. Bununla yanaşı iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək zərərin əvəzi üzrə 6738 manat ödəniş edilmişdir. Ödəncin məbləği xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 1600 manat, xx.xx.2023-cü il tarixədən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə isə 1104 manat olmaqla, cəmi 2704 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2014cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə ödənilmiş 6738,00 manat vəsaitin qaytarılması qaydasında iddiaçının əlilliyə görə əmək pensiyasından aylıq 53,47 manatın 2022-ci ilin iyul ayından etibarən tutulması barədə qərar qəbul etsə də, Şirvan İnzibati Məhkəməsi 15(120)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddiaçının pensiya məbləğindən hər hansı məbləğin tutulmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına və digər şəxslərə qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə dəymiş zərərin əvəzini bütövlükdə ödəməli olduğundan, hüquqi şəxs yenidən təşkil edildiyi halda isə müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıdığından, cavabdeh ləğv olunmadığından, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması onu işçiyə dəymiş zərərin əvəzini ödəmək öhdəliyindən azad etmədiyindən, cavabdeh “Əli X10” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq İddiaçı verilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə 6738,00 manat Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ödənildiyindən və həmin vəsaitin qaytarılması qaydasında iddiaçının əlilliyə görə əmək pensiyasından aylıq tutmaların edilməsi məhkəmə tərəfindən qadağan edildiyindən, iddia tələbi eyni vəsaitin təkrar olaraq cavabdehdən də tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Əli X10”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-164/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-164/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver