Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-167/2025 13.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X14 “İri şəhərlərin X21 Xidməti” X23 Şirvan şəhər Sukanal İdarəsinin nümayəndəsi və X1 və X11 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Dövlət X14 “İri şəhərlərin X21 Xidməti” X23 Şirvan şəhər Sukanal İdarəsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək ünvan 4 barak evə yazılmış 890 (səkkiz yüz doxsan) manat 45 (qırx beş) qəpik borcun silinməsini tələb etmişdir. Tələb onunla əsaslandırılmışlar ki, Şirvan şəhəri, Nizami küçəsi, 26 saylı barak tipli evə ona məxsusdur. Həmin ev uzun müddətdir ki qəzalı vəziyyətdədir və yaşayış üçün yararlı deyildir. O ailə üzvləri ilə birlikdə xx.xx.2012-ci il tarixdən həmin evdən köçüb getmişdir. Həmin vaxtdan bakı şəhərində yaşamışdır . Ev qəzalı vəziyyətdə olduğu üçün və özü də Bakı şəhərində yaşadığı üçün evin heç bir kommunallarından istifadə etməmişlər və bütün xidmətləri bağlatdırmışdır. xx.xx.2012-ci il tarixdən halhazıra kimi həmin mənzildə heç kim yaşamamışdır. Artıq Bakı şəhərindən qayıdıb Şirvan şəhərinə gəlmiş və həmin evi təmir etdirib yaşamaq istəyir. Lakin kommunal xidmətlərin fəaliyyətini bərpa etmək üçün müvafiq orqanlara müraciət etsə də Şirvan Sukanal İdarəsindən ona bildirmişlər ki, 2011-ci ildən 2020-ci ildə daxil olmaqla 890 (səkkiz yüz doxsan) manat 45 (qırx beş) qəpik manat borcu vardır. Halbuki o və ailə üzvləri 2012-ci ildə həmin evdə yaşamamışlar, Bakı şəhərində yaşamışlar. Bundan başqa da həmin ev qəzalı vəziyyətdədir və yaşayışa yararsızdır. Onun və digər şəxslərin həmin evdə yaşamamaqları, həmin evin kommunal xidmətlərindən istifadə etmədikləri bir halda ona necə su pulu yazıla bilərdi. Onun həmin evə görə olan digər kommunal xidmətlərə görə heç bir borcu yoxdur. Ona görə də Şirvan Sukanal İdarəsi tərəfindən Şirvan şəhəri, Nizami küçəsi, 26 saylı barak tipli evə yazılmış borcu əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Dövlət X14 “İri şəhərlərin X21 Xidməti” X23 Şirvan şəhər Sukanal İdarəsinə su çəkilməsi üçün müraciət etdiyi zaman ona məlum olmuşdur ki, əsassız olaraq 890 (səkkiz yüz doxsan) manat 45 (qırx beş) qəpik borc yazılmışdır. Məhkəmə iclasında iştiak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X20 iddianı qismən etiraf etdi və izahat verərək bildirdi ki, abonent onlara müraciət edərək həmin ünvanda yaşayış olmadığını göstərmişdir. Digər ödənişlərdən (qaz, işıq) də görmək olur ki, İddiaçı həmin ünvanda 2011-ci ildə 11 ay, 2012-ci ildə 6 ay, 2014-cü ildə 8 ay yaşamamışdır. Abonent tərəfindən ailə tərkibi haqqında arayış təqdim edilmədiyindən Nazirlər Kabinentinin qərarına əsasən ailə tərkibi minimum dörd nəfər götürülməklə abonentin hesabına borc hesablanmışdır. Borcun hesablanmasında olan fərqli qiymətlər həmin dövrdə suyun qiymətinin qalxması ilə əlaqədar olmuşdur. İddianın qismən təmin edilməsini xahiş etdi . Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Abonent kartından görünür ki, Azərbaycan Dövlət X14 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su xidmətinin göstərilməsi ilə əlaqədar 34531882 saylı müqavilə bağlanmışdır (Abonent kodu: **********150 :********). Eyni zamanda müəyyən olunur ki, 2016-cı il üzrə iddiaçının ümumi sərfiyyatı 11 m3; 2017-ci il üzrə ümumi sərfiyyat 241 m3; 2018-ci il üzrə ümumi sərfiyyat 245 m3; 2018-ci il üzrə ümumi sərfiyyat 245 m3; 2019-cu il üzrə ümumi sərfiyyat 241 m3; 2020-ci il üzrə 227 m3 hesablanmış, İddiaçı qeyd olunan tarixlər üzrə hesablanmış 890 manat 45 qəpik borc qalıq qalımışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə anadan olmuş İddiaçı atası X5, anası X3r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki , X7 xx.xx.2011-ci ildə qan dövranı çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 191 nömrə ilə qeyd edilmişdir. ünvan 4 barak evdə yaşayanlar X8, X6, X13, X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 4 barak evdə yaşayan qonşuları İddiaçı göstərilən ünvanda yaşanılması mümkün olmayan evindən xx.xx.2012-ci il tarixdən çıxmış və hal-hazıra kimi yaşamır. Abonentin saldosu sənədindən görünür ki, İddiaçı ünvan 3 ünvanına quraşdırılmış 4 gözlü qaz plitələri (PQ-4)(1/2), samovar (1/1), qızdırıcı radiator peçi (1/1) üzrə qalıq və aktlar qrafası üzrə 2014-cü il üzrə sərfiyyat 941 m3 , 2015-ci il üzrə sərfiyyat 232 m3, 2016-cı il üzrə 0 m3, 2017-ci il üzrə 0 m3 , 2018-ci il üzrə 0 m3 , 2019-cu il üzrə 0 m3 , 2020-ci il üzrə 0 m3, 2021-ci il üzrə 0 m3 , 2022-ci il üzrə 0 m3 , 2023-cü il üzrə 0 m3 , 2024-cü il üzrə 0 m3 hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətiniehtiva edir. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydalarıın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən də göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında İddiaçı 2014-cü ildən həmin ünvanda yaşamadığını, abonent tərəfindən ailə tərkibi haqqında arayış təqdim edilmədiyi üçün Nazirlər Kabinentinin müvafiq qərarına əsasən ailə tərkibi minimum dörd nəfər götürülməklə abonentin hesabına borc hesablanması, 2011-ci ildən 2014-cü ilədək ödənilməmiş qalan 129 (yüz iyirmi doqquz) manat 65 (altmış beş) qəpik məbləğində borc məbləğinin iddiaçıdan tutulmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı 2014-2020-ci illər ərzində həmin ünvanda yaşamamışdır. Lakin Azərbaycan Dövlət X14 “İri şəhərlərin X21 Xidməti” X23 Şirvan şəhər Sukanal İdarəsi tərəfindən həmin müddət ərzində ünvan 4 ünvanda yerləşən iddiaçıya məxsus barak tipli evə su xidmətinin göstərilməsi ilə əlaqədar borc hesablanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hesablanmış 890 manat 45 qəpik məbləğində borcdan iddiaçının istifadə edə biləcəyi xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək müddətdə 1 il, 2012-ci il üçün 6 ay, 2014-cü il üçün 8 ay müddətində iddiaçı tərəfindən ödənilməmiş qalan borc, yəni 129 (yüz iyirmi doqquz) manat 65 (altmış beş) qəpik çıxılmalı, əsassız olaraq hesablanmış 760 (yeddi yüz altmış) manat 80 (səksən) qəpik borc məbləği silinməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı X2 məxsus olan ünvan 4 barak tipli evə sərf edilmiş suya görə əsassız hesablanmış 760 (yeddi yüz altmış) manat 80 (səksən) qəpik borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, bununla da iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan şəhəri Nizami küçəsi ünvanında yerləşən 26 saylı barak tipli evə (abonent kodu: **********27) ünvanına əsassız hesablanmış 760 (yeddi yüz altmış) manat 80 (səksən) qəpik məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi cavabdeh Azərbaycan Dövlət X14 “İri şəhərlərin X21 Xidməti” X23 Şirvan şəhər Sukanal İdarəsinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-167/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-167/2025
13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver