Məhkəmə qərarları › İş №2(032)-1720/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1720/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1720/2024 17.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 87,90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 218,30 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 65 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan Hacıyeva Aynurə ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 21 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0980N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0980N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Beləliklə də yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvana 0980N saylı akt tərtib edilənədək son baxışının keçirdiyi xx.xx.2013-cü il tarixdən qanunsuz qoşulma barədə faktı aşkar edildiyi xx.xx.2014-cü il tarixədək olan müddət 293 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 87 manat 90 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (bir yüz əlli) manat pul ödəyir. Şirvan şəhər Məhkəməsinin 2(032)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)- 206/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1720/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-206/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, özü Şirvan şəhər orta məktəbində müəllimə işləmiş, hal-hazırda təqaüdçüdür. Ümumiyyətlə nə onun, nə də ki, ailə üzvlərinə məxsus Bakı şəhərində mənzil olmamışdır. Borcun hansı əsaslarla ona aid edilməsinə dair məlumatı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 04 iyun 2014-cü il tarixli aktdan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxış keçirilən zaman həmin binanın 10 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Bununla bağlı aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış, qonşu qapını açan xanım həmin mənzildə yaşayış olduğunu demiş, aktın surətini mənzilin qapısına qoymuşdurlar. İş materiallarına əlavə edilmiş 20 avqust 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Hacıyeva Aynurə arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2013-cü il tarixədək isə son ödəməni etmişdir, xx.xx.2013-cü il tarixdə 21 manat borcla şəbəkədən ayrılmışdır. İş materiallarında olan 65 saylı MKİS-nin xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 15, mənzil 10 nömrəli mənzilində qeydiyyatdadır və mənzilin sahibidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 100 manat hüquqi xidmət haqqı ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-4241/2024 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh mülkiyyətində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv məlumatlarına əsasən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cavadxan küçəsi, ev 15, mənzil 10 ünvanı xx.xx.2006-cı il tarixli, 000165 saylı çıxarışa əsasən X3 mülkiyyətinə verilmişdir. X1 xx.xx.2009-cu ildə göstərilən ünvana qeydiyyata düşmüşdür. xx.xx.2016-cı ildə ölümü ilə əlaqədar Qeydiyyatdan silinmişdir. Nəsimi rayon 65 saylı MKİS-də olan şəxsi hesab vərəqəsinə əsasən verilib. Hal-hazırda ********** saylı, xx.xx.2020-ci ildə verilmiş çıxarışa əsasən həmin ünvanın şəxsi mülkiyyətiçisi X5r. Məktubda Cavabdeh kimi qeyd olunan şəxs 65 saylı MKİS-in şəxsi hesab vərəqəsində X2 qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-14351/2024 nömrəli cavab məktubundan görünür ki, Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən qeyd edilən ünvanda (ünvan 6ilin Cavabdeh adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 87,90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 218,30 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)- 206/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmiş və Şirvan şəhər Məhkəməsinin 2(032)- 1720/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-206/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cavadxan küçəsi, ev 15, mənzil 10 ünvanında yerləşən mənzilin Cavabdeh adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cavadxan küçəsi, ev 15, mənzil 10 ünvanı xx.xx.2006-cı il tarixli, 000165 saylı çıxarışa əsasən X3 mülkiyyətinə verilmişdir. X6 xx.xx.2009-cu ildə göstərilən ünvana qeydiyyata düşmüşdür. ünvan 7azırda həmin əmlak X4 mülkiyyətindədir. Məktubda Cavabdeh kimi qeyd olunan şəxs 65 saylı MKİS-in şəxsi hesab vərəqəsində X2 qeydiyyata alınmışdır. Hazırda İddiaçı MMC Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 87,90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 218,30 manat məbləğində pulun tutulmalı olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi öhdəlik zərər vurulması, əsassız varlanma və müqavilə münasibətləri nəticəsində yaranır. Hazırda İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində ona zərər dəymiş olduğunu və həmin zərərin cavabdehdən tutulmalı olduğunu iddia edir. Qanunvericiliyin tələblərinə əsasən isə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi ilkin olaraq tələb etmə hüququ ilə, tələb etmə hüququ mövcud olduqda isə zərərin əvəzinin ödənilməsi qanunda və ya müqavilədə nəzərədə tutulduğu hallarda mümkün olması ilə məhdudlaşdırılmışdır. Hazırkı halda iddiaçının tələb etmə hüququ mövcud olsa da, Cavabdeh zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnun qanunla və ya müqavilə ilə mövcud olması müəyyən edilməmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi hazırkı mülki iş üzrə cavabdehin qanunsuz olaraq şəbəkəyə qoşulmuş olan ünvan 8 ünvanı ilə heç bir bağlılığı yoxdur və əvvəllər mövcud olması halı da müəyyən edilməmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 87,90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 218,30 manat məbləğində pulun alınması barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar