Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1783/2024 01.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə qarşı “hakimin hərəkətlərinin qanunsuz hesab edəcək müvafiq məhkəmə qərarını məhkəmə nəzarəti qaydasında ciddi araşdırmaların təmin edilib ədalətli məhkəmə aktının qəbul edilməsi, müvafiq məhkəmə məhkəmə aktının konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını təmin etmək məqsədi ilə məhkəmə qaydasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, hakim barəsində müvafiq xüsusi qərardadın çıxarılaraq haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə qarşı “hakimin (Şirvan Apellyasiya Məhkəməsinin hakimi X1) hərəkətlərinin qanunsuz hesab edəcək müvafiq məhkəmə qərarını məhkəmə nəzarəti qaydasında ciddi araşdırmaların təmin edilib ədalətli məhkəmə aktının qəbul edilməsi, müvafiq məhkəmə məhkəmə aktının (Şirvan Apellyasiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarının) konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını təmin etmək məqsədi ilə məhkəmə qaydasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, hakim (Şirvan Apellyasiya Məhkəməsinin hakimi X2) barəsində müvafiq xüsusi qərardadın çıxarılaraq haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsi” tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə 31 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mətnindən və mahiyyətindən müəyyən olunur ki, bu iddia hakimin hakimlik fəaliyyəti ilə bağlı olan iddiadır. Azərbaycan Respublikası Konstitusiyasının 128 və 129-cu maddələrinə görə hakimlər toxunulmazdırlar. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 18ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur. Həmin Qanunun 98-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlər bu Qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər. Hakimlər müstəqillik, dəyişməzlik, toxunulmazlıq, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına malikdirlər. Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər: qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək; qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək; ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar almaq; intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət etmək; öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək. Hakimlər Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara da malikdirlər. Dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinə yetirməyə borcludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Qanunun 100-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 13.6-cı maddəsinə əsasən, icraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə qarşı “hakimin hərəkətlərinin qanunsuz hesab edəcək müvafiq məhkəmə qərarını məhkəmə nəzarəti qaydasında ciddi araşdırmaların təmin edilib ədalətli məhkəmə aktının qəbul edilməsi, müvafiq məhkəmə məhkəmə aktının konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını təmin etmək məqsədi ilə məhkəmə qaydasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, hakim barəsində müvafiq xüsusi qərardadın çıxarılaraq haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsi” barədə iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1783/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1783/2024
01.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver