Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-182/2023 26.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “WhatsApp” proqramında “X9” adlı qrupda iş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səsində “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadsız, pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin” və həmin qrupda saat 21:45də 0.09 saniyəlik səsində “Günel Bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun” sözləri onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, buna görə “X9” adlı qrupda təkzib olunması və Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin Cavabdehn üzərinə qoyulması, bu hərəkətlərə görə ona dəyən mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 6000 manat pul vəsaiti və 80,40 (səksən manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində X7 tədris-istehsalat işlər üzrə direktor müavini vəzifəsində işləyir. Cavabdeh Hüseynova X3 tabeliyində olan X8 Azərbycan dili və Ədəbiyyat dili müəllimi vəzifəsində işləyir. Bütün müəllim kollektivi olaraq “WhatsApp” proqramında iş üzrə Cavabdeh da olmaqla “X9” adlı qrupdayıq. Agentlik onun barəsində işə qəbul barədə verdiyi əmrdən sonra “X9” adlı qrupda olan bütün müəllim kollektivi onu həmin qrupda təbrik etdilər. İş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səs göndərərək bildirdi ki, “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadsız, pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızı ifrifə, Allah ona fürsət verməsin”. Daha sonra iş üzrə Cavabdeh həmin qrupda yenidən öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:45-də 0.09 saniyəlik səs göndərərək bildirdi ki, “Günel Bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun”. Bütün səs yazısını qrupda olan təxminən 66 nəfərdən ibarət olan bütün müəllim heyəti qulaq asmış, daha sonra isə hər kəs ondan bu barədə soruşduqdan sonra o da, həmin səsə qulaq asmış və iş üzrə cavabdehi şəxsən görmüş və onun bu səslərinə öz etirazını bildirmiş və onun nəzərinə çatdırmışdır ki, buna görə hüquq müstəvisində ona cavab verəcəksən. O, isə buna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ondan rüsvayedici və sair təhqiramiz şəkildə şikayət ərizələri yazmağa davam etdi. Həmin şikayət ərizələrinin araşdırılması üçün Nazirlik tərəfindən həmin ərizələr aidiyyəti üzrə Agentliyə göndərilmiş və Agentlik isə müvafiq araşdırma aparmışdır. İş üzrə Cavabdeh “WhatsApp” proqramında “X9” adlı qrupa göndərdiyi səs yazıları və daha sonra isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə onun barəsində göndərdiyi ərizələr həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar alınması və qrupda olan müəllim kollektivi arasında şərəfini, ləyaqətini, işgüzar nüfuzunu alçatmağı onda məvi sarsıntı yaratmışdır. Bundan sonra aidiyyəti üzrə xəstəxanaya müraciət etmiş və müvafiq müalicə aldıqdan sonra qərara gəlmişdir ki, aidiyyəti üzrə məhkəmə müraciət etsin. Daha sonra İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “WhatsApp” proqramında “X9” adlı qrupda iş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0,29 saniyəlik səsində “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadısız pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin” və həmin qrupda saat 21:45-də 0,09 saniyəlik səsində “Günel bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun” sözləri onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, buna görə “X9” adlı qrupda təkzib olunması və Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, bu hərəkətlərə görə ona dəyən mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 1400 manat olmaqla, ümumilikdə 6400 manat pul vəsaiti və 84.40 (səksən dörd manatı qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə əvvəllər mübahisələr olmuş, iddiaçı dəfələrlə öz mobil telefonunun “Whatsapp” proqramında onun ünvanına təhqiredici və alçaldıcı sözlərlə mimikalardan istifadə etmişdir. Lakin həmin vaxt cavabdehə öz iradını bildirsə də, ona qarşı hər hansı bir hüquqi müstəvidə iddia irəli sürməmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdikləri hallara dair münasibət olaraq, həmin sözlər o cavabdehin “Whatsapp” proqramında onunla birgə aparmış və şəxsi yazışmalar əsasında birgə işləyən və rəfiqəsinə atmışdır, lakin həmin sözlərin bir nəfər şəxs tərəfindən yayılaraq iddiaçıya göstərilməsi müəyyən olunduqda, “Whatsapp” proqramında məhz digər şəxsə atdığını və ona görə də üzr istədiyini yazaraq üzürxaqlıq etmişdir. İddiaçının hərəkətlərində verdiyi nöqsanlarla bağlı həmişə tənqidi olaraq öz mülahizəsində bildirmiş və bu da iddiaçı ilə onun arasında həmişə narazılığa gətirib çıxartmışdır. Lakin onun tərəfindən iddiaçının hər hansı bir formada təhqir etmə fikri, olmamışdır. Çünki belə bir hallar olsaydı, kollektiv arasında həmişə bu barədə sözsöhbəti, və iddiaçı tərəfindən bu günə kimi mübahisələndirilərdi. Bu səbəbdən də iddiaçının onun tərəfindən mobil telefonunda “Whatsapp” proqramında şəxsi yazışdığı iş yoldaşı, rəfiqəsi olmuşdur. Lakin onun ictimai formada yayılmasına özü yol verməmişdir. İddiaçı qəsdən iddia ərizəsində qrupda və 66 nəfərdən ibarət kollektiv göstərməsi ona qarşı irəli sürdüyü iddia tələbinə əsasən fikir ayrılığı yaratmaqdır. İddiaçı ilk olaraq onu sosial şəbəkədə və həmçinin öz “Whatsapp” proqramında ona qarşı qıcıq yaradıcı və təhqiramiz sözlərlə mimika ataraq etik qaydalardan kənar sözlərdən istifadə etmişdir. Lakin bütün bunlara baxmayaraq ona qarşı “Whatsapp” proqramında üzr istəmişdir və həmin mesajı digər qrupa atmış və səhvən bu qrupa düşdüyünü və bunun üçün üzürlü sayılması barədə mesajı yazılmışdır. Bu isə iddiaçı ilə cavabdeh əvvəlcədən öz aralarında etdikləri hərəkətsizliyin təzahürü olaraq bağışdanmasını keçirtməklə şəxsi mülahizə xarakerli olduğunu bildirmişdir və hesab edir ki, iki nəfər arasında hər hansı bir hərəkətsizlikdən irəli gələn hallar kütləvi forma daşımadığından şərəf ləyaqətin açalması kimi qəbul edilə bilməz. Bütün bu halların hardan qaynaqlanması məhkəmə araşdırması əsasında hesab edir ki, müəyyən edilməklə sübuta yetirilməlidir. Çünki iddiaçı ilk olaraq ona qarşı “Whatsapp” proqramında xx.xx.2022-ci il tarixdə məxsus 055 *** ** ** nömrəli mobil telefondan dəfələrlə alçaldıcı və təhqiramiz sözlərdən istifadə etməsi onun tərəfindən iddiaçıya qarşılıqlı olaraq cavab verilmişdir. İddia ərizəsində iddiaçı əvvəlcə cavabdeh tərəfindən “Whatsapp” proqramında “X9” adlı qrupa göndərdiyini və həmin qrupda onunda olduğundan bunu müəyyən etməsini göstərməsi, lakin sonradan həmin sözlərin müəllim kollektivinin qulaq asdığını və sonra ondan soruşduğunu qeyd etməsi onun tərəfindən qeyd edilənlərin bir daha sübutu əsası olaraq iddiaçı ilə onun arasında əvvəllər konfliktin olduğunu və şəxsi münasibətlərdən irəli gələrək onun tərəfindən işlə bağlı hərəkətsizliylərində nöqsan olduğunu tutmağı olmuşdur ki, bu da iddiaçı tərəfindən ona qarşı hər hansı bir atdığı addımdan irəli gəlmiş və nəticədə belə bir xoşagəlməz hallara gətirib çıxartmışdır. Ona görə də hesab ki, məhkəmə tərəfindən həmin hallar yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlər də deyil, iş üzrə tədqiq edilmiş sübutlarla araşdırılaraq hüquqi qiymət verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, K/4-106 nömrəli əmrindən görünür ki, İddiaçı 11 noyabr 2022-ci il tarixindən 1 il müddətinə X7 tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işlə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-182/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə linqvistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 4/716 saylı rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarında Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məhkəmə ilk növbədə birinci hala, yəni yayılmış məlumatın iddiaçının şərəf və ləyaqətini ləkələməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunmuşdur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il 7 nömrəli qərarından da görünüdüyü kimi bu yönümlü işlər üzrə məhkəmələr tərəfindən araşdırılacaq hallardan biri məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi halıdır. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq qeyd edilən hal müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunmalıdır. İddiaçının iddia tələbinin həmin ifadələrin “X9” adlı qrupda təkzib olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında qeyd edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Məhkəmə ilkin olaraq təkzib sözünün hərfi mənasını açıqlayaraq bildirir ki, “təkzib” dedikdə - bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama. Təkzib etmək – yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək kimi başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” ifadələrin təkzibi hüquqi və məntiqi baxımından mümkün olmadığından qeyd edilən hissədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən məlumatlar “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupda yayılmışdır. İşin materiallarında olan (iş v. 46) “Whatsapp” yazısından görünür ki, cavabdeh tərəfindən “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupda üzr mesajı atılmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X4 X1 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Lakin bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə, bu zaman şəxsin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfüzunun ləkələnməsi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mənəvi ziyan tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ifadələrin məzmun və mənasını, həmin ifadələrin açıq-aşkar iddiaçının şəxsiyyətinə uyğun olmadığını və onun ləyaqətini alçaltdığını qəbul etməklə hesab edir ki, cavabdeh həmin ifadələrlə iddiaçıya mənəvi sarsıntı və iztirab vermiş, qeyd olunan ifadələr iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması şübhəsiz olsa da dəymiş mənəvi zərərə görə tələb edilən məbləğ hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələməklə yayılan məlumatlara görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 300 manat məbləğində pul tutulması ağlabatandır. İddiaçının iddia tələbinin 1400 (bir min dörd yüz) manat maddi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İddiaçı 1400 manat maddi zərər vurulmuş olduğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş olan sübut yalnız İddiaçı tərəfindən Vəkil1 ödənilmiş olan 400 manatla bağlı ödəniş qəbzidir. Məhkəmə xatırladır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı halda isə sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı maddi zərərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 400 manat maddi zərər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 80.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 80.40 manat dövlət rüsumunun 60.40 manat hissəsi iddiaçıya aid edilməli, 20 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X9” adlı qrupda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab edilsin. Şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından Cavabdeh 400 manat məbləğində maddi və mənəvi zərərə görə 300 manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınun xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 60.40 (altmış manat qırx qəpik) hissəsi iddiaçıya aid edilsin. Ödənilmiş olan dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-182/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-182/2023
26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver