Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-183/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 248-də yaşayan Cavabdeh onun avtomobilinə vurduğu 2095 manat maddi zərərin və ödədiyi 41 manat dövlət rüsumunun ümumilikdə 2136 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 21:20 -də “Toyota Prius” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İ.Qayıbov küçəsi ilə hərəkət edən Cavabdeh idarə etdiyi “Hyundai i40” markalı avtomobil ilə onun hərəkət etdiyi zolağa çıxaraq ötmə etməyə cəhd etmiş, ilk olaraq onun avtomobili ilə, sonra isə “VAZ 2106” markalı avtomobillə toqquşmuşdur. Nəticədə onun avtomobilinə 2095 manat ziyan dəymişdir. Cavabdeh idarə etdiyi “Hyundai i40” markalı avtomobilinin sığortası olmadığı üçün sığorta ödənişini də ala bilmir. Zərərvuran şəxs dəymiş zərəri ödəməmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Həmçinin həmin qərardan görünür ki, tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 21:20-də sərxoş vəziyyətdə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə “Bağlar” istiqamətində “Hyundai i40” minik markalı, TO300TU minik markalı avtomobillə hərəkət edən zaman idarə etdiyi ötmə əməliyyatı həyata keçirmək üçün əks istiqamətli hərəkət zolağına keçmiş, həmin zolaqda qarşıdan hərəkət edən “Toyota Prius” minik markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. İşə əlavə edilmiş “X1 Servis” mərkəzi tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 2095 manat məbləğində ziyan dəymişdir. Məhkəmə bu hissədə sübutlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə İddiaçı idarə etdiyi “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Hyundai i40” markalı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində dəymiş olan maddi ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, hadisə ilə bağlı Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, “Toyota Prius” minik markalı, **-DR-*** avtomobilinə ümumilikdə 2095 manat məbləğində ziyan dəymişdir. İşin faktiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan əmlaka zərər dəymişdir. Həmin zərər məbləği tərtib edilmiş ödəniş qəbzi ilə ümumilikdə 2095 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya vurduğu ziyanı könüllü qaydada ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş olan 41 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “Toyota Prius” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2095 manat (iki min doxsan beş) manat məbləğində pul və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-183/2025
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-183/2025
29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver