Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-19/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, qonşusu Cavabdeh tərəfindən onun daşınmaz əmlakına dəymiş 870 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdən Əli Bayramlı (indiki ünvan 1 ünvanında tək yaşayır. 2021-ci ildən Cavabdeh ünvan 2 ünvanında atalığı və analığı ilə birlikdə köçdükdən sonra 9 dəfə sanitar qovşağından ağır və pis qoxulu çirkab suları ona ziyan vurmaq niyyəti ilə qəsdən yad əşyalarla birlikdə axıdaraq onun sanitar qovşağının tutulmasına və çirkab suların hətta mənzilinin dəhlizinə, mətbəx və otağına daşması ilə nəticələnən xoşagəlməz və arzuolunmaz fəsadları onun həyat və sağlamlığına mənfi təsir göstərmiş, bütün bunlar azmış kimi mənzilinin sanitar qovşağını yararsız hala salmış, yekunda kafel, metlax, su və kanalizasiya xətlərinin yararsız hala düşdüyündən onların təmiri üçün 870 (səkkiz yüz yetmiş) maddi maddi ziyan vurulmuşdur. Bununla yanaşı, gündüz, səhər, axşam və gecə vaxtlarında Gülsabahın mənzilindəki səs-küylə bağlı onun istirahət hüququm pozularaq ikinci qrup əlilliyinə əhəmiyyətli dərəcədə zərər vurulduğundan tənbehlə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, heç bir müsbət nəticə əldə edə edilməmişdir. Əli Bayramlı şəhər Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 4ə - 194 saylı reyestr üzrə alqı-satqı müqaviləsinə əsasən Əli Bayramlı şəhəri Heydər Əliyev küçəsində yerləşən 15 saylı binanın ümumi sahəsi 29,56 kv/m. yaşayış sahəsi, 17,16 kv/m. 1 (bir) otaqdan ibarət 8 saylı mənzil bütövlükdə ona satılmışdır. “Şirvan Sukanal” idarəsi tərəfindən verilən 27 mart 2023-cü il tarixli, 37 nömrəli Xidməti məlumatın surətindən görünür ki, ünvan 7-də yaşayan abonent Cavabdeh qarşı Heydər Əliyev prospekti, ev 15, mənzil 8-də yaşayan X5 tərəfindən dəfələrlə şikayət olunmuş və dəfələrlə şikayət olunan ünvana “Şirvan Sukanal” idarəsinin nümayəndələri tərəfindən baxış keçirilmiş, kanalizasiya xəttindən müxtəlif əşyalar çıxarılmış, Cavabdeh bu əşyalara görə xəbərdarlıq edilməsinə baxmayaraq o çirkin əməllərindən əl çəkməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı deyil, belə ki, sentyabr ayında evə baxış keçirilmiş, lakin ekspert dərindən bütün yerlərə baxmamışlar. Rəydə 470 manat zərərin dəyməsi qeyd edilmişdir, lakin evə 870 manat xərc çəkmişdir. Cavabdeh tərəf onun evini dəfələrlə suya vermiş, mətbəxin divar kağızını, tavanın üzlüyün dəyişdirmişdir. Həmçinin hamamda lambirin çıxartdırmış, yenidən sment vurdurmuş, kanalizasiya xəttini dəyişdirmiş, tavanı tamamilə sökdürmüşdür. Evə çəkilən təmirlə bağlı ustalarda şahiddir. Bu təmir işlərini gördürmək üçün bankdan pul götürmüşdür. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi videogörüntüyə əsasən verilmişdir. Onun tərəfindən heç bir zərər dəyməmişdir. Su idarəsinin əməkdaşları da gəlib baxıblar və bildiriblər ki, onun evi ilə bağlı problem yoxdur, ikinci mərtəbəsindəki evdə problem yaranmış, bu da İddiaçı evinə təsir etmişdir. İddiaçı özü evini təmir etdirib, zərəri onun üstünə atmaq fikrindədir. Su sızmasına görə ev təmir etdirməyib. Ona görə də, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 3003 nömrəli məktubundan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əli Bayramlı (indiki Şirvan) şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 14.06.205-ci il tarixli, 261983 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz İİ dərəcəli əlildir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 28 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq yaşayış binalarının daxili və xarici su kanalizasiya xətlərinə xidmətinin göstərilməsi 2012-ci ildən "xxxx" ASC-yə həvalə olunmuşdur. Qaldırdığı məsələ ilə bağlı sukanal idarəsinə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 789/2 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri H.Əliyev küçəsi 15 saylı binanın 8 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmıış və 18 nömrəli reyestr kitabına yazılmışdır. İş materiallarına əlavə edilmiş elektron məlumat sorğusundan görünür ki, **********70-05101-093008 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, H.Əliyev küçəsi ev 15 saylı binanın 11 saylı mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Şirvan Sukanal İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsinin rəisi Ramil Abdullayev, usta Səbuhi Muradov təmirçi çilingər Fuad Hüseynov, İlham Məmmədov, Mehman Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yaşayan vətəndaş Cavabdeh mürciətinə əsasən ona məxsus mənzilin su və kanalizasıya xətlərinə baxış keçirildi. Keçirilmiş baxış zamanı mənzildə su və kanalizasiya xətlərində və birləşmələrdə hər hansı axıntı və susızma qeydə alınmadı. Eyni zamanda ümumi kanalizasiyanın dik dayağına baxış keçirildi və məlum oludu ki, ikinci mərtəbədə uzun müddət yaşayış olmadığından boruda tutulma yaranmış və axıntının qarşısı qismən alınmışdır. İkinci mərtəbənin sakini ilə əlaqə saxlanıldı və mənzilin daxilindəkı kanalizasiya xətti təmir edildikdən sonra ümumi yaranmış vəziyyət aradan qaldırıldı. Yuxarıda adları qeyd olunan şəxslər aktın doğruluğunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “Şirvan Sukanal” İdarəsinin rəisi F.Hüseynova ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məlumatda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yaşayan X4 qarşı ünvan 8 ünvanında yaşayan X1 şikayəti olmuşdur. Tərəflərindən iş əmrinə əsasən dəfələrlə şikayət olunan ünvana baxış keçirilmiş və kanalizasiya xətindən müxtəlif əşyalar çıxartmışlar. Əşyalara görə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, o çirikn əməlindən əl çəkməmişdir. Xahiş edirik bu barədə lazımı orqanlara məlumat verəsiniz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5339 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə mülki iş materiallarının 15-ci səhifəsinə əlavə edilmiş, Şirvan Sukanal İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixli xidməti məlumat məktubuna əsasən 8 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Qərardadın üçüncü sualı üzrə Şirvan şəhəri, H.Əliyev prospekti, 15 saylı evin, 8 saylı mənzilə çirkab suların axıdılması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 470,00 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şirvan şəhəri H.Əliyev prospekti 15 saylı binanın 11 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri, H.Əliyev prospekti 15 saylı binanın 11 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şirvan Sukanal İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixli xidməti məlumat məktubuna əsasən 8 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Şirvan şəhəri, H.Əliyev prospekti, 15 saylı evin, 8 saylı mənzilə çirkab suların axıdılması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 470,00 manat təşkil edir. İddiaçı onun mənzilinə su axıdılması nəticəsində dəymiş zərərin 870 manat olduğunu iddia etsə də, buna dair zəruri sübut məhkəməyə təqdim edilməmişdir, əksinə təyin edilmiş ekspertiza tədqiatının nəticəsi olaraq su axıdılması nəticəsində dəymiş zərərinin 470 manat olduğu aşkar edilmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Bu cür pozuntu nəticəsinin zərərçəkmiş şəxsin hüquqla və ya qanunla müdafiə edilən hüquqlarının pozulması ilə nəticələnmiş olur. Bu hüquq pozuntusu nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərçəkmiş şəxs və zərərvuran şəxs iştirak edir. Mülki hüquq puzuntusu (delikt) törəmiş şəxs hüquqla və qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qanunvericiliyə əsasən mülki hüquq pozuntusunun tərkibinin mülki-hüquqi məsuliyyətin şərtləri olaraq: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi, zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması, hüquqpozanın təqsirinin olması. - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olmasına münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, ünvan 9 ünvanından 8 saylı mənzilə çirkab suları axıdılmışdır. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından görünür ki, axıdılmış çirkab suları nəticəsində ünvan 10 ünvanının mülkiyyətçisinə zərər dəymişdir və dəmiş zərər 470 manat müəyyən edilmişdir. - zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasına münasibətdə zərərin dəyməsinə səbəb məhz ünvan 9 ünvanının mülkiyyətçisinin sudan nəzarətsiz istifadə edilməsi, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlar, yararsız sanitar-texniki avadanlıqlarından istifadə edilməsi nəticəsində baş verməsi olmuşdur. - hüquqpozanın təqsirinin olmasına münasibətədə isə məhkəmə qeyd edir ki, hazırkı hərəkət və ya hərəkətsizlik təqsirə münasibətdə həm qəsdən, həm də etiyatsızlıqla törədilə bilən hüquqazidd əməldir. İşin faktiki hallarından isə əməlin qəsdən və ya etiyatsızlıqdan törədilməsini müəyyən edilməsi mümkün deyildir. Ancaq yuxarıda qeyd edilən şərtlər üzrə hazırkı mülki iş üzrə iddiaçıya zərərin dəyməsi üzrə təqsirinin olması və təqsirin də, məhz yuxarı mənzildən sudan nəzarətsiz istifadə edilməsi, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlar, yararsız sanitar-texniki avadanlıqlarından istifadə edilməsi nəticəsində baş verməsi nəticə olaraq hazırkı mülki iş üzrə cavabdehin təqsirli olması ilə nəticələnir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 470 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi, yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlaının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 470 manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-19/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-19/2024
06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver