Məhkəmə qərarları › İş №2(032)-190/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-190/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-190/2024 13.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan mənzil ona qədər 1970-1980-ci illərdə X4 xüsusi mülkiyyətində olmuş, daha sonra həmin mənzili X18 adlı bir qadına satmışdır. Daha sonra həmin qadından bu mənzili xx.xx.2015-ci il tarixdə, 02/3 nömrəli qeydiyyat vəsiqəsi əsasında qııznın mülkiyyətinə keçmişdir. Daha sonra qızı X10 12 dekabr 2009-cu ildə Cavabdeh ilə rəsmi nikah münasibətlərinə girərək evlənmişlər. Həmin mənzildə həyat yoldaşı və qızı qeydiyyatda olduqları bir vaxtda, yəni xx.xx.2013-cü il tarixdə İbrahimova (Əliyeva) X11 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 16 ünvanında yerləşən mənzili ona notarial qaydada bağışlamışdır. Daha sonra iş üzrə Cavabdeh qızı İbrahimova (Əliyeva) Pərvin Rasim qızı ilə rəsmi nikahda olduğu üçün, Şirvan şəhərində torpaq sahəsi almaq üçün xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Cavabdeh qızı İbrahimova (Əliyeva) Pərvin Rasim qızı ilə 12 dekabr 2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə girəndən sonra Cavabdeh tutulana kimi Bakı şəhərində kirayədə yaşamışlar. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 10 il azadlıq məhrum edilmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh ümumiyyətlə bu mənzildə yaşamamışdır. Cavabdeh formal olaraq qeydiyyatda olmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh cəza çəkdiyi 10 saylı CÇM-dən məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmənin qəbul etdiyi qərarın qanuni hesab etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə xitam verilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə məhkəmə tərəfindən baxılmış və müvafiq məhkəmə aktı qəbul olunmuşdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Şahid arasında nikah Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə, 429 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-198/2023 nömrəli məktubunda göstərilmişdir ki, X12 və Cavabdeh ünvan 1 ünvanında yaşayırlar. Şirvan şəhər Qeydiyyat Şöbəsinin 29 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ilə X4, Cavabdeh yaxın qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. Şirvan şəhər Polis Şöbəsinin 31 mart 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, adı göstərilən şəxslərin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 1 ünvanında 2003-cü il tarixdən qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki,İbrahimova (Əliyeva) X11 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 3 saylı evin 16 saylı ünvanda yerləşən 4 otaqlı, yaşayış sahəsi 60,6 kv.m, yardımçı sahəsi 22,7 kv.m, ümumi sahəsi 83,3 kv.metrdən ibarət mənzili anası İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-198/2023 nömrəli məktubunda göstərilmişdir ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 16 ünvanında yaşamır. Cavabdeh hal-hazırda həbsdədir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1635/2023 saylı qərarı ilə, İddiaçı cavabdeh Şirvan şəhər Polis Şöbəsinə qarşı X4 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, üçüncü şəxs X12 iddiaçıya məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Şirvan şəhər Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsinin 02/3 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 saylı binanın, ümumi sahəsi 82,4 kv.m, yaşayış sahəsi 61,18 kv.m, 4 otaqdan ibarət 16 saylı mənzili X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-54/2024 nömrəli məktubunda göstərilmişdir ki, hal-hazırda ünvan 1 ünvanında Şahid, X13, X6, İddiaçı, Nümayəndə yaşayırlar. Nümayəndəlikdə olan məlumata əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdən yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin möhür və imzası ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh ünvan 3 binanın 16 saylı mənzilində rəsmi qeydiyyatda olub, lakin heç bir vaxt yaşamamışlar və həbs olunana qədər Bakı şəhərində işləyərək ailəsi Şahid ilə birlikdə kirayə yaşamışlar. Həyat yoldaşı Şahid həmçinin, Bakı şəhəri Səbət Marketlər şəbəkəsində işləmişdir. Yaşadığı müddət ərzində iki azyaşlı övladları X14 və X7 onlarla birlikdə yaşamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-1206/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı ünvan 3 evin 16 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2020-ci ildə İddiaçı eyni məzmunda iddia ilə məhkəməyə müraciət etmiş, lakin bu iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və belə olan vəziyyətdə təkrar məhkəməyə baxılmasına yol verilmir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261,263,264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) İddiaçı qaytarılsın. Tərəflərə izah olunsun ki,işin icraatına xitam verildikdə ,eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar