Məhkəmə qərarları › İş №2(032)-21/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-21/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-21/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri nəticəsində mülkiyyətində olan “Mercedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı miniki avtomobilinə dəymiş 15360 manat məbləğndə maddi ziyanın, ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun və 500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Audi A5» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə mülkiyyətində olan «Mersedes Benz E220 CDİ» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq, avtomobilini zədələmiş, nəticədə cavabdeh TP5157769 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə olunmuş “avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısı” barədə mütəxəssis rəyindən göründüyü kimi, avtomobilinə 20360 manat məbləğində maddi ziyan dəyib. Üstəlik, həmin məbləğə elektrik xərcləri daxil deyil. Bu məbləğdən 5000 manat sığorta şirkəti tərəfindən qarşılanıb. Lakin avtomobilinin təmiri üçün lazım olan məbləğin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq şəxs avtomobilinə dəymiş maddi ziyanı ödəməkdən yayınır. Bu səbəbdən, maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi Vəkil2 iddianı etiraf etməyərək bildirdi ki, iddiaçı ona dəymiş maddi zərərin miqdarını müəyyən edərkən “DELUXE PRO” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısına əsaslanmışdır. İddiaçı ümumiyyətlə məhkəməyə həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı bir çek, qəbz, kassa mədaxil orderi, bank çıxarışı təqdim etməyib. Azərbaycan Respublikasında pul vəsaitinin ödənilməsini təsdiq edən yeganə sənəd qanunvericiliklə müəyyən edilmiş məlumatları özündə əks etdirən bank çıxarışı, çek, qəbzdir. Hesab edir ki, dəymiş zərərin məbləği çox şişirdilib, real bazar qiymətlərini əks etmir. Həmin xərclər siyahısında iddiaçıya məxsus nəqliyyat vasitəsinin təmiri üçün həqiqətəndə aktda qeyd olunan 20360 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödəniliməsini təsdiq edən bir qeyd yoxdur. Belə ki, “DELUXE PRO” avtoservisinin sahibi fərdi sahibkar X9 (VÖEN:**********) tərəfindən onun sorğusuna verilmiş cavab məktubundan göründüyü kimi X9 fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərkən fəaliyyət kodu 4520011-avtomobillərə cari xidmətdir, yəni həmin şəxs qiymətləndirmə fəaliyyəti aparmaq səlahiyyətinə malik deyil. Həmçinin qeyd edilən məktubda münahisəli nəqliyyat vasitəsinin təmirinin “DELUXE PRO” avtoservisində aparılmadığı qeyd olunub. Bundan əlavə məhkəmə gedişatında iddiaçı məhkəməyə sübut qismində “X12” MMC tərəfindən iddiaçının vəkilinin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli, 085/23 saylı məktubu və ona əlavə edilmiş qoşmanı təqdim edərək, mübahisəli nəqliyyat vasitəsinə ehtiyyat hissələrinin xx.xx.2023-cü il tarixinə olan 59013,04 manat məbləğindəki qiymətlərini təqdim etmişlər. Qiymətlər xx.xx.2023-cü il tarixinə, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsindən düz 1 il sonra olan qiymətlərdir. Və ən əsası da ehtiyyat hissələrinin siyahısı bilvasitə iş materiallarında iş üzrə yeganə qüsur aktı olan sığorta şirkətinin əməkdaşlıq etdiyi “AutoBox” avtomobil servis tərəfindən tərtib edilmiş qüsur aktındakı iş və xidmətlərinin siyahısına uyğun deyil. Həmçinin "xxxx" MMC tərəfindən sorğularına cavab olaraq verdiyi №084/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubda sözügedən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2022-ci il tarixindən bu günədək "xxxx" MMC tərəfindən hər hansı bir ehtiyyat hissəsi satılmadığı qeyd edilmişdir. “AutoBox” avtomobil servisi tərəfindən tərtib edilən № 2558 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı üzrə avtomobilin ehtiyat hissələri və təmir xərcləri isə ümumilikdə 10000 manat təşkil etmişdir. İddiaçı sığorta hadisəsi zamanı dəymiş zərərin məbləğini və həcmini müəyyənləşdirilən zaman həmin qüsur aktına etiraz etməmiş, onu mübahisələndirməmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və eksert qarşısında aşağdakı suallar qoyulmuşdur: “Mercedes Benz E220 CDİ” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə dəymiş maddi zərərin miqdarı müəyyən edilsin.” İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı cavabdehə təqdim edilməmişdir. İş materialları ekspertiza idarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ekspert rəyi xx.xx.2022-ci il tarixdə hazırlanmışdır. 14 gün içində tələm tələsik rəyin verilməsi şəxsən onun neçə illik vəkillik təcrübəsində ilk dəfə gördüyü bir haldır. AR ƏN-nin MEM-nin xx.xx.2022-ci il tarixli, 9/7000 saylı rəyinə əsasən, iddiaçıya dəymiş maddi zərər ehtiyyat hissələri üzrə 13710 manat, işçilik üzrə 5300 manat olmaqla 19010 manat müəyyən edilmişdir. Qiymətləndirmə “DELUXE PRO” avtoservisi tərəfindən tərtib edilmiş siyahı əsasında aparılmşdır. Təqdim edilmiş rəylə bağlı əsaslı etirazları və təkrar məhkəmə əmtəəşünaslıq-ekspertizasının keçirilməsinə dair vəsatəti oldu. Bundan əlavə məhkəməyə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azəerekspertiza” Birliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 211 saylı müstəqil ekspert rəyi təqdim edilmiş və nəqliyyat vasitəsinin təmir prosesində əvəz olunmalı hissələrin və təmir-xidmət işlərinin bazar dəyəri 9420 (doqquz min dörd yüz iyirmi) manat müəyyən edilmişdir. Məhkəmə əlavə ekpertiza təyin edərək AR ƏN-nin MEM-nin xx.xx.2023-cü il tarixli, 9/9453 saylı əlavə ekspert rəyində ekspert qarşısında aşağıdakı sualı qoyulmuşdur: “2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmi və dəymiş ziyanın real bazar qiyməti müəyyənləşdirilsin.” Ekspertdən dəymiş ziyanın həcmini dəqiqləşdirmək tələb olunmuşdur. Bunun üçün də ekspert tərəfindən nəqliyyat vasitəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün təqdim edilməsinə dair vəsatəti verməli idi. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün nəqliyyat vasitəsinin təqdim edilməsi ilə bağlı ekspert tərəfindən məhkəməyə hər hansı müraciət daxil olmamış, dəymiş ziyanın müəyyən edilməsi üçün əsas-nəqliyyat vasitəsi olmadan dəymiş ziyanın həcmi müəyyənləşdirilmişdir. Əvəzində ekspert 3 müxtəlif qiymət çıxardaraq, “DELUXE PRO” avtoservisinin qiymətlər siyahısına, “AutoBox” avtomobil servisi tərəfindən verilmiş qüsur aktına və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azəerekspertiza” Birliyi tərəfindən verilimş ekspert rəyinə əsasən təmir-bərpa xərclərinin müqayisəli qiymətləndirməsi aparılmışdır. Halbuki bu siyahılarda olan ehtiyyat hssələrinin siyahısında müxtəliflik var. Həmçinin ekspert qarşısında 3 sənəd əsasında qiymətləndirilmənin aparılmasına dair sual qoyulmamışdır. Bu da qeyd edilən ekspert rəyinin sübut kimi əsaslılığını şübhə altına alınmasına səbəb olur. Bundan əlavə rəydə Bakı şəhəri avtohissələr satış bazarında və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatladan və qiymtlərdən istifadə olunduğu bildirsə də konkret hansı ehtiyyat hissəsinin qiyməti hansı mağazadan götürülüyü əsaslandırlmamışdır. Hesab edirik ki, həm “DELUXE PRO” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısı, həm AR ƏN-nin MEM-nin xx.xx.2022-ci il tarixli, 9/7000 saylı rəyi, həm də AR ƏN-nin MEM-nin xx.xx.2023-cü il tarixli, 9/9453 saylı əlavə ekspert rəyi sübut kimi qiymətləndirilə bilməz və sübutlar siyahısından çıxardılmalıdır. AR DİN Bakı şəhəri Sabunçu RPİ tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-49/2-30279/2023 nömrəli cavabdehin vəkilinin sorğusuna verilən cavab məktubunda qeyd edilir ki, iddiaçı barəsəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində EQ15215702 saylı və xx.xx.2023-cü il tarixdə EQ15756490 saylı inzibati protokollar tərtib edilmişdir. Bu da onu göstərir ki, “Mercedes Benz E220 CDİ” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararlı vəziyyətdədir, cavabdeh tərəfindən istismar edilir. Deməli nəqliyyat vasitəsi təmir edilib. Belə olan təqdirdə iddiaçı faktiki təmir üçün çəkdiyi xərcləri təqdim edərək iddiasının əsasını sübut etməlidir. Əgər bununu sübuta yetirə bilmirsə iddia rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndəsi və vəkillərinin izahatını dinləyib, ekspertiza rəylərini nəzərdən keçirib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X5r. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Audi A5” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Cavabdehdır. İşə əlavə edilmiş 26 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş “Deluxe Pro” tərəfindən avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki,”Mercedes-Benz E class” minik markalı avtomobilin qəza zamanı cəmi 6450 manat ümumilikdə 20360 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2558 saylı qiymətləndirmə aktında “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilə 1110 manat məbləğində işçilik haqqı daxil olmaqla, 8890 manat məbləğində ehtiyyat hissələrini qiymətləndirilməklə dəymiş maddi zərərin ümumi məbləği 10000 (on min) manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli, 211 saylı ekpert rəyindən görünür ki, 10- VAZ-600 dövlət qeydiyyat nişanlı, ”Mercedes-Benz E220 CDİ” minik markalı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsinin təmir prosesində əvəz olunmalı hissələrin və təmit-xdimət işlərini bazar dəyəri 9420 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş “Deluxe Pro” avtoservisin sahibi X3 “Kredo” Vəkil bürosuna ünvanladığı məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində servisləri tərəfindən qiymətləndirmə həyata keçirilmişdir. Avtomobil ağır qəza keçrimişdir, zəruri olan bütün ehtiyat hissələrin yenisi ilə əvəz olunması şərti ilə qiymət çıxarılmışdır. Təmir işlərin qiymətləndirilməsi servisin peşəkar ustaları tərəfindən həyata keçirilmişdir. Ancaq əfsuslar olsun ki, avtomobil qiymətləndirilmədən sonra evakuatora yüklənərək servisi tərk etmişdir. Əlavə olaraq qeyd edir ki, ehtiyyat hissələrinin qiymətləndirilməsi rəsmi servis “Mersedes Benz”, “Autostar Kaukasos GMBH” olan ehtiyyat hissələrinin satış qiymətidir. Çünki səbəb müştərinin istəyi yeni və orginal ehtiyyat hissələrinin əvəz olunma arzusu idi. Avtoservisin fəaliyyət kodu: ******* avtomobillərə cari xidmətdir. Mülki işlə bağlı bütün məsələləri tam, obyektiv və hərtərəfli araşdırmaq üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin 2-(032)- 1387/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7000 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Banz E220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 19010 manat müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatətinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-1387/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməəmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/9453 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Banz E220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16710.0 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti 13710.0 manat; təmir-bərpa işlərinin qiyməti 3000.0 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14310,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 11310,0 manat, təmir-bərpa işlərinin qiyməti — 3000,0 manat. 3. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 14620,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 11620.0 manat, təmir-bərpa işlərinin qiyməti 3000.0 manatdır. İş üzrə zərurət yarandığına görə Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalası şöbəsinin baş eksperti X6 məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında dindirilmiş X11 izahatında bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadı mərkəzə daxil olmuşdur. Avtomobilin zədələnmiş hissəsini ekpert təyin etmir, o, yalnız qüsur aktı nəticəsində dəymiş ziyanı müəyyən edir. Avtomobilin zədəli hissəsinə servislərdə baxılır və hər servisdə müxtəlif qiymət olur. Ekspertdə servislərdən müəyyən edilmiş qiymətlər əsasında orta qiyməti götürür. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini və mülki iş materiallarına araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Audi A5» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə iddiaçının mülkiyyətində olan «Mersedes Benz E220 CDİ» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, hadisənin törədliməsi nəticədə cavabdeh TP5157769 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin baş vermiş olan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəymişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilə 1110 manat məbləğində işçilik haqqı daxil olmaqla, 8890 manat məbləğində ehtiyyat hissələrini qiymətləndirilməklə dəymiş maddi zərərin ümumi məbləği 10000 (on min) manat məbləğində müəyyən edilmişdir. Həmçinin “DELUXE PRO” tərəfindən tərtib edilmiş “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı xərclər ümumilikdə 13910 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7000 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Banz E220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 19010 manat müəyyən edilmişdir. Həmçinin sevisin rəhbərliyinin vəkil sorğusu əsasında vermiş olduğu ərizədən müəyyən edilmişdir ki, zəruri olan bütün ehtiyat hissələrin yenisi ilə əvəz olunması şərti ilə qiymət çıxarılmış, təmir işlərin qiymətləndirilməsi həyata keçirilmiş, lakin sonradan təmir işləri aparılmamış avtomobil servisdən aparılmışdır. “Deluxe Pro” servisinin fəaliyyət istiqaməti isə avtomobillərə cari xidmətdir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7000 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Banz E220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 19010 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9453 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Banz E220 CDİ” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16710.0 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti 13710.0 manat; təmir-bərpa işlərinin qiyməti 3000.0 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14310,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 11310,0 manat, təmirbərpa işlərinin qiyməti — 3000,0 manat. 3. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220 CDİ” markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 14620,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 11620.0 manat, təmir-bərpa işlərinin qiyməti 3000.0 manatdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilə zərər dəyməsi və həmin zərərin cavabdeh X10 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İş üzrə aparılmış olan ekspertiza tədqiqatlarının nəticəsi olaraq “Deluxe Pro”, "xxxx" və “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş qüsur aktı və ekspert rəyləri əsasında “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər müəyyənləşdirilmişdir. Həmçinin qeyd edilən qüsur aktları və ekspert rəyləri arasında avtomobilə dəymiş zərərin təmir və bərpa xərcləri arasında ziddiyyət mövcuddur. Belə ki, “Deluxe Pro” servisi tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 16710.0 manat, "xxxx" tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14310,0 manat, “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlar əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14620,0 manat müəyyən edilmişdir. Məhkəmə, “Deluxe Pro” servisi tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş 16710.0 manat pula münasibətdə hesab edir ki, qeyd edilən qüsur aktı əsasında cavabdehdən pulun tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş olan “Deluxe Pro” servis mərkəzinin vermiş olduğu məktubda servisin fəaliyyət istiqamətinin (fəaliyyət kodu 4520011) avtomobillərə cari xidmət göstərilməsindən ibarət olması aşkar edilir. Yəni qeyd edilən xidmətlə, həmin servisin qiymətləndirmə fəaliyyəti aparmaq səlahiyyətinə malik olmadığı aşkar olunur. Məhkəmə, "xxxx" tərəfindən verilmiş olan qüsur aktı əsasında və ekspertiza “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyi əsasında “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş xərcə münasibətdə isə hesab edir ki, "xxxx" tərəfindən verilmiş olan qüsur aktı əsasında müəyyən edilmiş qiymət əsas götürülməlidir. Belə ki, "xxxx" tərəfindən verilmiş olan qüsur aktı əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14310,0 manat, “Azərekspertiza Birliyi” tərəfindən tərtib edilmiş 211 nömrəli ekspert rəyindəki məlumatlar əsasında ekspertiza tərəfindən “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 14620,0 manat müəyyən edilmişdir və qiymətlər arasında fərq cüzidir. Həmçinin işin fakitiki hallarından göründüyü kimi avtomobilə dəymiş zərər üzrə ilkin olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2558 saylı qiymətləndirmə aktı əsasında "xxxx" tərəfindən aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci "xxxx" tərəfindən verilmiş olan qüsur aktı əsas götürülməklə ekspertiza tərəfindən müəyyən edilmiş qiymət müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh iddiaçı X4 avtomobilinə dəymiş zərərə görə 14310 manat pul tutulmalıdır. İddia tələbinin 500 manat vəkilə ödənilmiş xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə pul məbləği konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla tutula bilər. İddiaçı tərəfindən vəkilə ödənilmiş hüquqi xidmət haqqı olaraq 500 manat pulun tutulmalı olduğunu iddia etsə də, vəkil xidməti göstərilməsi ilə bağlı (hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə və xidmət haqqı barədə qəbz) hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ümumilikdə 151 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 151 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X7 məxsus “Mersedes Benz E 220 CDİ” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobil dəymiş zərərə görə 14310 manat pul, ödənilmiş 151 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar