Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-21/2025 08.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı , Cavabdeh2 MMC-nin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-nin "xxxx" MMC-yə qarşı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbinə dair Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şirvan şəhəri Naxçıvan küçəsi 420 ünvanı üzrə yerləşən 0,015 ha torpaq sahəsi üzrəindən cavabdeh "xxxx" MMC-yə məxsus yüksək gərginlikli elektrik xəttinin cavadehin vəsaiti hesabına çıxarılması, həmçinin, ödənilmiş dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Naxçıvan küçəsi 420 ünvanı üzrə mülkiyyətində 0.015 ha torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsi üzərində onun İddiaçı Şirvan Bələdiyyəsinin mülkiyyətindən Şirvan torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin qalibi hesab edilməklə ********** nömrəli xx.xx.2013-cü il tarixli şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Şirvan Bələdiyyəsi ilə aralarında xx.xx.2013-cü il tarixli torpaqların alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərindən müvafiq qaydada razılaşdırılmadan yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Elektrik xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etdikdə məlum olmuşdur ki, sözügüdək elektrik xətti Cavabdeh2 MMC-yə məxsusdur. Hazırda Cavabdeh2 MMC tərəfindən çəkilmiş elektrik xətti torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaradır. Elektrik xəttinin çıxarılması ilə əlaqədar Cavabdeh2 MMC-yə müraciətim cavabsız qalmışdır. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonradan İddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-yə (VÖEN **********) və Cavabdeh1 ASC-nin "xxxx" MMCyə qarşı (maraqlı tərəf Şirvan şəhər Bələdiyyəsi) mülkiyyətində olan Şirvan şəhəri Naxçıvan küçəsi 420 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi üzərindən Cavabdeh2 MMC-yə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin, ödənilmiş dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Kamil Quliyev cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verdiyindən cavabdeh "xxxx" MMC Cavabdeh2 MMC ilə əvəz olunmuşdur. Məhkəmə iddia tələbi üzrə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisəyə aid olub-olmaması ilə bağlı tərəflərə münasibət bildirməyi təklif edir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iş üzrə mübahisənin mülki xarakterli olması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə işə Şirvan Şəhər Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi X6 iş üzrə mübahisənin mülki xarakterli olması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə işə Şirvan Şəhər Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 ASC-nin "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Naxçıvan küçəsi 420 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi şəhdaətnamənin surətindən görünür ki, İddiaçı Şirvan şəhərində yerləşən Şirvan Bələdiyyəsinin mülkiyyətində olan 150,0 kv.m torpaq sahəsi mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında , müsabiqədə 465 (dörd yüz altmış beş) manata mülkiyyətə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan torpaq hərrac və komissiyasında xx.xx.2013-cü il tarixdə 142 nömrə ilə qeydiyyata alınmaqla hərracın və ya müsabiqənin qalibinə verilir. xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı satıcı Şirvan şəhəri X5 şəhəri ünvan 1 ünvanda yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 0,015 ha torpaq sahəsini 465 (dörd yüz altmış beş) manata alıcı İddiaçı satmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-13/2-2/06-H-162- 5/2024 saylı məktubdan görünür ki, Şirvan şəhəri Naxçıvan küçəsində gərginlikli elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi barədə müraciətə baxılmışdır. Qeyd olunan ərazidən keçən yüksək gərginlikli elektrik veriliş xətti Cavabdeh2 MMC-yə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır . Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı, cavabdehlər Cavabdeh2 MMC və həmçinin təbii inhisar subyekti olmaqla fəaliyyəti həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh1 ASC-nin "xxxx" MMC vergi ödəyicisidir. İddiaçı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbini irəli sürdüyü torpaq sahəsi X5 şəhəri ünvan 1 ünvanda yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 0,015 ha torpaq sahəsidir. Həmin torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin çəkilməsi iddia ərizəsində qeyd olunduğu və məhkəmə iclasında iddiaçının bildirdiyi kimi iddiaçının torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaradır. Qeyd olunanlara əsasən, mübahisə fərdi sahibkar statusuna malik şəxsin kommersiya xarakterli fəaliyyətlərindən irəli gəldiyindən mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Şirvan Şəhəri kommersiya mübahisləri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. MPM-in 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Habelə 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-nin "xxxx" MMC-yə qarşı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-21/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-21/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver