Məhkəmə qərarları › İş №2(032)-211/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-211/2023

23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-211/2023 23.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Kreditor X2 borclular Cavabdeh və X1 qarşı borcun ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Kreditor X4 borclular Cavabdeh və X1 qarşı borcun ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan 590 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kreditor borcun ödənilməsi barədə borclulara xəbərdarlıq göndərmiş, lakin çatması barədə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verə bilər. Belə ki, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydasında yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb cavabdeh tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud iddia ərizəsi üzrə qətnamə qəbul etmək mümkün olmadığından kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Sadalanan xüsusiyyətlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən iddia ərizəsinin qəbulundan imtina olunmaqla iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Azərbaycan Respublikası MPM-in 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət rüsumundan görünür ki, X4 tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizə verilərkən ödənilmiş dövlət rüsumu X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, kreditor X2 borclular Cavabdeh və X1 qarşı borcun ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi geri qaytarıldığından, kreditor X4 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor X2 borclular Cavabdeh və X1 qarşı 590 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. “Kapital bank” ödəniş tarixi xx.xx.2023-cü il saat 11:51, qəbz nömrəsi 27729, əməliyyat İD ********* terminal K0141011 100 (bir yüz) manat dövlət rüsumu kreditor X3 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar