Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-220/2023 03.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Mediasiya Şurasına Maraqlı şəxs qarşı faktiki nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmalarından üçün hər ay hər bir uşağa 50 manat, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə müraciət etmişdir. 29 dekabr 2022-ci il tarixdə keçirilmiş mediasiya prosesində onlar qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti ona ödəməyinə dair öhdəlik götürmüşdür və o da, həmin aliment məbləği ilə razılaşmışdır. Lakin barışıq sazişinin imzalandığı vaxtdan, yəni 29 dekabr 2022-ci il tarixdən 10 gündən çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü sürətdə icra edilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının qanunu 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçi X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Həmçinin barışıq sazişinin təsdiq edilməsinə etirazı olmaması ilə bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 062427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 fevral 2018-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 489518 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 avqust 2020-ci il təvəllüdlü X6 atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan Şirvan şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 214554 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 iyul 2016-cı il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan 00923 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi (vəkili Vəkil) Maraqlı şəxs ilə aralarında bağlanmış nikah qeydinin pozulmasına razıdır, Maraqlı şəxs Ərizəçi ilə aralarında bağlanmış nikah qeydinin pozulmasına razıdır, nikah pozulduqdan sonra hər iki tərəfin könüllü razılaşmasına əsasən xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-cil təvəlüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 Gültəkin Sakit qızının himayəsində qalacaqlar, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-cil təvəlüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi verməyi öz öhdəsinə götürüb, Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-cı il təvəlüdlü X6 atası Maraqlı şəxs ilə istənilən vaxt görüşməsinə icazə verir və öhdəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 29 dekabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X9,xx.xx.2018-cil təvəlüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 29 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 50 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 29 dekabr 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 00923 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-cil təvəlüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 00923 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-220/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-220/2023
03.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver