Məhkəmə qərarları › İş №2(032)-228/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-228/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-228/2023 25.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh X1 qarşı qəza yerinə baxış keçirilməsi, avtomobilin qarşı tərəfin sığortası hesabına təmir etdirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı qəza yerinə baxış keçirilməsi, avtomobilin qarşı tərəfin sığortası hesabına təmir etdirilməsi tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbi baxımından hazırki iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən məlum olmuşdur ki, iddiaçı cavabdeh Şirvan Şəhəri Yol patrul Xidmətinin Baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarı mübahisələndirir, həmin qərarın düzgün tərtib edilməməsini, həmçinin avtomobilinə vurulmuş ziyanı sığorta hesabına ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qanunun qeyd olunan maddəsinin məzmunundan aydın olduğu kimi, səlahiyyətli vəzifəli şəxsin inzibati xətaya dair şikayət verilməsinə dair ayrıca mülki iddia icraatı qaydasında tələb irəli sürmək formasında deyil, həmin qərardan şikayət vermək yolu ilə bu və ya digər formada mübahisələndirilməsinin imperativ norması nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə, hazırki ərizənin mülki icraat formasında baxılmasını mümkün hesab etmir və iddiaçının yuxarıda göstərilən qanunun tələbini rəhbər tutmaqla müvafiq qaydada inzibati xətaya dair qəbul edilmiş qərardan şikayət verilməsi yolu ilə müvafiq məhkəməyə müraciət etməsini qanunamüvafiq hesab edir. Bundan əlavə, ərizənin məzmunundan da göründüyü kimi iddiaçı yuxarıda göstərilən inzibati qərarı mübahisələndirməklə bərabər həmçinin avtomobilinə vurulmuş ziyanın da ödənilməsini tələb edir, lakin tələbin kimə yönəlməsini, hansı məbləğdə olmasını qanunvericilikdə nəzərdə tutulduğu kimi konkret olaraq göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə İddiaçı cavabdeh X1 qarşı qəza yerinə baxış keçirilməsi, avtomobilin qarşı tərəfin sığortası hesabına təmir etdirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. İddiaçıya mübahisələndirdiyi qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı qəza yerinə baxış keçirilməsi, avtomobilin qarşı tərəfin sığortası hesabına təmir etdirilməsi tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. İddiaçıya izah olunsun ki, mübahisələndirdiyi inzibati xəta haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova 2(032)-228/2023 Məhkəmə iclasının protokolu xx.xx.2023-cü il Şirvan şəhəri Şirvan şəhər Məhkəməsi Azərbaycan Respublikası Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh X1 qarşı qəza yerinə baxış keçirilməsi, avtomobilin qarşı tərəfin sığortası hesabına təmir etdirilməsi barədə iddia ərizəsinə xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində məhkəmənin binasında baxaraq məhkəmə iclasıdan kənar ayrıca prosessual hərəkət etdi. Prosesual hərəkət başladı saat 11:55-də. Hakim daxil olmuş olmuş iddia ərizəsinin prosessual qaydalarına uyğun qaydada verilib verilməməsini yoxladı və müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-ci maddələrinin tələblərinə riayyət olunmamaqla verilib. Prosessual hərəkət qurtardı xx.xx.2023-cü ildə. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar