Məhkəmə qərarları › İş №2(032)-232/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-232/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-232/2023 05.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının cəlb edilməsi ilə oğlu X1 xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı oğlu xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X2 uzun illərdir ki, anadangəlmə “H35.3 Arxa qütbün və ləkənin degeneresiyası, Miopik xorioretinal distrofiya, Miopik makulodegenerasiya, Torlu qişanın qopması (Cərrahi əməliyyatdan sonrakı vəziyyət. VİS” OD=0,2k/i03 (onda üç), VİS” =0 (sıfır) H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV dərəcəli neyrosensor tipli ağıreşitmə, nitqin pozulması ilə F70.1 qulluq və müalicı tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularından əziyyət çəkir və o, Şirvan şəhəri Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin qeydiyyatındadır. Qeyd edilən xəstəliklə bağlı oğluna l qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Hal-hazırda oğluna bəzi sənədlərin alınmasında və ona təyin edilmiş müavinətlə bağlı bir sıra çətinliklər yaranmışdır. Oğlu hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəmə müraciət etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ərizəni müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş maraqlı tərəfin Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ekspertiza rəyini, işə əlavə olunmuş sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə verilmiş ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron arayışında göstərilir ki, X2 xx.xx.2022-ci il tarixdə müayinə edilərək “H35.3 Arxa qütbün və ləkənin degenerasiyası, Miopik xorioretinal distrofiya. Miopik makulodegenerasiya. Torlu qişanın qopması (Cərrahi əməliyyatdan sonrakı vəziyyət. VİS” OD=0,2k/i03. VİS”=0 H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli İV dərəcəli neyrosensor tipli ağıreşitmə. Nitqin pozulması ilə F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1138 saylı ekspertiza rəyindən görünür ki, X2 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə formasında psixi pozuntudan əziyyət çəkir.Yoxlanılan şəxsdə aşkar edilən göz xəstəliyi ilə yanaşı psixi pozuntu diaqnozu ilə ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2004-cü il təvəllüdlü X2 onda aşkar edilən psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyatı olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tələbin xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparmaq üçün və xx.xx.2004-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar