Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-235/2024 17.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özü İİ dərəcəli Qarabağ müharibəsi əlilidir. Şirvan şəhəridə Qarabağ Əlilləri Cəmiyyətinin üzvüdür. Onun müharibə iştirakçısı kimi pensiyasında yaranmış problemlə əlaqədar olaraq cəmiyyətin sədri vəzifəsində çalışan Cavabdeh ona demişdir ki, “sənin pensiyanı həll edə bilərəm”. Həmin Cəmiyyətin üzvü olduğuna və Aqşinin də sədr olmasına əsasən ona inam və etibar göstərmişdir. Aqşin onun ona olan inam və etibarından sui-istifadə edərək pensiya düzəltmək vədi ilə ondan 2021-ci ilin oktyabr ayında 4000 manat pul almışdır. Pulu ona öz şəxsi avtomobilində vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Aqşin onun pensiyasını düzəltməmişdir. Sonda isə ona bildirmişdir ki, iş alınmır. Həmin vaxt Aqşinə demişdir ki, əgər iş alınmırsa o zaman verdiyi pulu geri qaytar. Aqşin 2022-ci ilin aprel ayında ona pulun 2000 manatını qaytardı. Lakin qalan 2000 manatı isə hal-hazıra qədər qaytarmayıb. O, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytaracağına vədlər versə də pulu qaytarmadı. O, 2023-cü ilin yazından sonra isə ümumiyyətlə onun telefon zənglərinə cavab vermir. Bundan sonra naəlac qalaraq Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsi Şirvan şəhər Polis şöbəsinin İB-də araşdırıldıqdan sonra 17 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbu edildi. Həmin qərardad onun məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin qərarda cavabdeh həqiqətən ondan 4000 manat pul almasını və qalan 2000 manat məbləğin isə ona qaytarılmadığını etiraf etmişdir. Cavabdehin pulunu qaytarmaması səbəbindən o hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Şirvan şəhərində Qarabağ Əlillər Cəmiyyətinin sədridir, iddaçı İddiaçı isə həmin cəmiyyətin üzvüdür. O iddiaçının verdiyi 4000 manat məbləğində pulu İddiaçı təqaüdünün düzəldilməsi üçün Amid Əliyevə vermişdir. Amid Əliyev söz vermişdir ki, onun təqaüdünü düzəldəcək, lakin sözünə əməl etməmişdir. Həmin puldan 2000 manatını qaytarmış, qalan 2000 manatı isə hal-hazırda ödəmək iqtidarında deyil. Sonda məhkəmədən iddianın təmin olunması məsələsini məhkəməsinin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əli Bayramlı (indiki Şirvan) şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 121613 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ dərəcəli əlildir. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da qeyd edilmişdir ki, “İddiaçı xx.xx.2023-cü il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında o, İddiaçı adlı şəxsi 3 ilə yaxındır ki, tanıdığını, münasibətlərinin normal olmasını, aralarında ədavət və dava-dalaş olmadığını, 2021-ci ildə Zakir ilə ünsiyyət quran zaman Zakirin pensiyasının kəsilməsi barədə ona deməsini, bu zaman ona köməklik edə biləcəyini söyləməsini, sonradan Bakı şəhərində yaşayan Amid adlı tanışı ilə bu məsələ haqqında danışmasını, Amidin ona bu məsələni həll edə biləcəyini deməsini və bunun üçün 4000 manat pul lazım olmasını bildirməsini, sonradan Zakirə bu məsələnin həlli üçün 4000 manat pul lazım olduğunu deyən zaman Zakirin Amid ilə görüşərək ona 4000 manat pul verməsini, Zakirdən pulu götürdükdən sonra Amid ilə Şirvan şəhər ərazisində görüşməsini və 4000 manat pulu ona verməsini, Amidin ona “Təxminən 1 aya bu məsələni yoluna qoyacam” deməsini, üstündən 1 ay keçdikdən sonra Zakirin onunla görüşərək ona “mənə imtina məktubu gəlib, mənim pulumu qaytarın” deməsini, bununla bağlı Amidə deyən zaman Amidin ona 1000 manat verməsini, sonra həmin pulun üstünə 1000 manat da qoyaraq Zakirə qaytarmasını, Amid ilə sonuncu dəfə 3-4 ay əvvəl münasibət qurmasını, 2021-ci ildə Zakir adlı şəxsdən peniyasını düzəldəcəyi vədi ilə 4000 manat pulu Şirvan şəhər ərazisində almasını etiraf etmişdir.” Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ilin may ayında əlilliyi ilə əlaqədar aldığı təqaüdü kəsilmiş, məsələ ilə bağlı Qarabağ Əlillər Cəmiyyətinin sədri olan Aqşindən soruşan zaman o, məsələdə köməklik edəcəyini demiş, təqaüdün bərpa olunması üçün 4000 manat pul istəmiş, İddiaçı ona 4000 manat pul vermiş, lakin məsələnin həll edilmədiyini görüb pulunun geri qaytarılmasını tələb etmiş, sonuncu ona həmin məbləğdən 2000 manatını qaytarsa da, hazırda 2000 manat borcu qalmışdır, qalan məbləği tez bir zamanda ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Məhkəmə iclasında cavabdeh həmin pul məbləğini Amid Əliyevə verdiyini, lakin qaytarılmayan 2000 manatı ondan ala bilmədiyini bildirsə də məhkəmə bu izahatı mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının qeyd etdiyi mövqeyə uyğun olaraq cavabdeh Şirvan şəhər Polis şöbəsində vermiş olduğu yazılı izahatında da İddiaçı təqaüdünün həll edilməsi məsələsi üçün ondan 4000 manat pul aldığını, 2000 manatını qaytardığını bildirmişdir. Eyni zamanda həmin pul məbləğinin Amid Əliyevdə olmasını cavabdeh bildirsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 2000 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul və ödənilmiş 40 manat dövlət rüsumui alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-235/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-235/2024
17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver