Məhkəmə qərarları › İş №2(032)-238/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-238/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-238/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1014, 58 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, müqavilə şərtləri ilə **********030 saylı abonent kodu ilə "xxxx" ASC-nin su istehlakçısıdır. xx.xx.2011-ci ildən etibarən hər ay ailə tərkibi, 27 dekabr 2018-ci il tarixdən etibarən mexaniki su sayğacı vasitəsi ilə istifadə edilmiş suyun və kanalizasiya xidmətləri üzrə pulu köçürmüşdür. Son aylar ərzində adına daxil olan 1014,58 manat borc səbəbindən dəfələrlə şifahi olaraq borc məbləğinin yaranması barədə müraciətləri araşdırılmamışdır. Şirvan Sukanal İdarəsinə müraciəti əsasında məlum olmuşdur ki, 2018-ci il tarixədək yaşadığı ünvan üzrə 20 nəfər olmaqla ailə tərkibi hesablanmışdır. Yaşadığı ünvan 1 ünvanı onun mülkiyyətində olmuş, sonradan yəni xx.xx.2018-ci il tarixdə X5 ilə AN-0696406 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. X5 ƏMDK-nin yanında DƏDRXnin 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən 19 fevral 2019-cu il tarixli **********58-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış əldə etmişdir. Qeyd edilən çıxarışla X5 ilə aralarında xx.xx.2019-cu il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Onun mülkiyyətində olan mənzilin satılması vaxtı borc məbləği tərəfindən artıqlaması ilə ödənilmişdir. Mülkiyyətçi olduğu müddətdə də Şirvan Sukanal İdarəsi onunla su təchizatı və kanalizasiya xidmətləri göstərilməsi ilə əlaqədar müqavilə bağlamışdır. Qeyd edilən müqavilə bugünədək qüvvədədir. Dövlət yoxlamasından keçmiş sayğac müvafiq yerdə quraşdırıldıqdan və plomblandıqdan sonra istehlakçı, yaxud hər hansı bir kənar şəxs tərəfindən ona heç bir fiziki təsir olmamalıdır. Ayda bir dəfədən az olmayaraq Sukanal İdarəsinin nəzarətçisi abonentin sayğacına baxış keçirməli və onun göstəricisini qeydə almalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X9 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X3 şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 3 saylı ünvanda yerləşən mənzili İddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. İşə əlavə edilmiş 11 aprel 2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X3 şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 3 saylı ünvanda yerləşən mənzili X2 vermişdir. İşə əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş 34538242 nömrəli müqavilə üzrə abonent kartından müəyyən olunur ki, İddiaçı məxsus ünvan 3 ünvanda 2 nəfər şəxsin qeydiyyatda olması göstərilərək, həmin şəxslərin sayına uyğun su sərfiyyatına görə ümumi borcu 1014,58 manat hesablanmışdır. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ünvan 2 evin 3 saylı ünvanda yerləşən mənzili xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Həmin alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən “alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcun ödənilməsi öhdəliyi “satıcı”nın üzərinə düşür. Mövcud vəziyyət üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə hər hansı bir yuxarıda qeyd edilən xidmətlər üzrə öhdəlyin əvəzləşdirilməsi halı aşkar edilməmişdir. Bu da, belə bir qənaətə gəlməyə əsas verir ki, satıcı tərəfindən komunal xidmətlər üzrə olan borclar 2018-ci il tarixə ödənilmişdir. Bu halın əksini sübutetmə yüklülüyü isə cavabdehin üzərinə düşür. Lakin məhkəmə prosesslərində cavabdeh cəmiyyət tərəfindən bu hala dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən kirayə müqaviləsindən görünür ki, ünvan 2 evin 3 saylı ünvanda yerləşən mənzil xx.xx.2019-cu il tarixdə X2 verilmişdir. Bu da onu deməyə əsas verir ki, qeyd edilən mənzilin mülkiyyəçisinin dəyişməsi və həmin mənzilin sonradan (2019-cu il) kirayəyə verilməsi cavabdeh tərəfindən iddiaçıdan sudan istifadə ilə əlaqədar 2011-ci il tarixdən hesablanmaqla pulun istənilməsini əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəm hesab edir ki, iddiaçı yalnız ünvan 2 evin 3 saylı ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanıldığı tarixdən sonrakı dövr üzrə istifadə edilmiş olan su təhcizatı ilə əlaqədar məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğac üzrə 2019-cu il tarixə 131,30 manat, 2020-ci il tarixə 191,13 manat, 2021-ci il tarixə 170,70 manat, 2022-ci il tarixə 13,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı tələbindən qismən haqlıdı və ondan istifadə edilmiş su təhcizatına görə tutulacaq məbləğ 2011-ci ildən hesablanmaqla deyil, 2019-cu ildən hesablanmaqla tutulmalıdır. Abonent saldosu üzrə 2019-cu il tarixə 131,30 manat, 2020-ci il tarixə 191,13 manat, 2021-ci il tarixə 170,70 manat, 2022-ci il tarixə 13,20 manat borc hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanı üzrə İddiaçı adına (abunə kodu **********030) sudan istifadəyə görə 521,45 manat məbləğində əsassız hesablanmış borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar