Məhkəmə qərarları › İş №2(032)-243/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-243/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-243/2023 17.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı Baxışəli oğlunun iştirakı ilə, İddiaçı Baxışəli oğlunun cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Baxışəli oğlu cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X4 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsini, həmin akt əsasında hesablanmış 172 manat 80 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 oktyabr 2022-ci il tarixdə X11 Sahəsinin əməkdaşları mərhum atası X3 məxsus olan Şirvan şəhəri, Hacıqəhramanlı qəsəbəsi yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən bildirdilər ki, “qazın hesablama mexanizimi keçən qazın həcmini qeyd etmir” Qaz idarəsinin əməkdaşları onun yanında sayağacı çıxardıb heç bir müdaxilənin olmadığını bildirib, yenisi ilə əvəz etmişlər. Bir müddət keçdikdən sonra onun evinə akt və cərimə gəlmişdir. O vaxtı-vaxtında ödənişlərini ödəyir, heç bir borcu yoxdur. Qaz sayğacı atası X3 məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. O bu barədə qaz istismar sahəsinin əməkdaşlarına bildirdikdə onlar bildirmişlər ki, sayğaca cavabdeh şəxs odur və onun təqsiri ucbatından sayğac sıradan çıxmışdır, halbuki, heç vaxt o qaz sayğacına müdaxilə etməmişdir. Komisiyya üzvləri tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktla sayğacın nasaz olması və dəymiş ziyanın mənim tərəfimdən ödənilməsi qeyd edilmişdir. X1 bildirmişlər ki, yeni sayğac quraşdırılmalıdır və həmin sayğacın dəyəri onun tərəfindən ödənilməlidir. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç vaxt heç bir müdaxilə edilməmiş, çünki qaz sayğacı ona məxsus həyətyanı sahədən kənarda quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Baxışəli oğlu iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 may 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 yaşadığı Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verirş Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan “təbii X7nın pozulması haqqında” 14 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 10 oktyabr 2022-ci il tarixli 29/1710-03122-1 saylı rəyinə əsasən çıxarılan 4421341-lı qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X3 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 14 oktyabr 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, X2 Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il oktyabr ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 noyabr 2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 14 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən iddiaçının abonenti olduğu Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsində yerləşən atasına məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdə olması aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X7”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 172 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 14 oktyabr 2022-ci il tarixli ******* saylı aktda sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın ləğvi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 14 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 172 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı Baxışəli oğlunun abunə hesabından silinsin. İddia aktın ləğv edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar