Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-253/2023 14.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ona olan borcunu tam şəkildə ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı olan borcunu tam şəkildə ödəmişdir. Mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədə göstərilmişdir ki, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 3M- 79 reyestrlə İddiaçı adına rəsmiləşdirilmiş kredit müqaviləsini könüllü olaraq ləğv etmişlər.Həmin ləğv barədə müqavilə qarşılıqlı razılıqla bağlandı. Müqavilədə göstərilən 20.000 manat pulu borc alan Cavabdeh notariusun bankda olan depozit hesabı vasitəsi ilə İddiaçı geri qaytardı. Məhkəmə təqdim olunan ərizələri, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunarsa, hakim iş üzrə icaata xitam verir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq iddiaçının iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-253/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-253/2023
14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver