Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-26/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçıd oğlunun iştirakı ilə, İddiaçıd oğlunun Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2613.45 manat pulun, mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qonşu olmaqla mulkiyyətində Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1A, 4 saylı mənzili vardır. Yaşadıqları müddət ərzində cavabdeh tərəfindən mənzilindən mülkiyyətində olan mənzilə su və kanalizasiya şəbəkəsindən axıdılan sular nəticəsində müəyyən miqdarda zərər vurulmuşdur. Bunların nəticəsi olaraq cavabdehlə dəfələrlə profilaktik söhbətlər aparılmışdır. Lakin 15xx.xx.2023-cü tarixdə cavabdeh tərəfindən bir daha yaşadığı mənzilə çirkab suları axıdılmaqla mənzildə yaşayış üçün təhlükə yaranmışdır. Belə ki, çirkab suların axıdılması nəticəsində tavan, divar və döşəmə yarasız hala düşmüşdür. Qeyd edilən ziyan nəticəsində mülkiyyətində olan mənzilə 2613.45 manat məbləğində zərər vurulmuşdur. Vurulmuş ziyan nəticəsində zərərin məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehlə heç bir razılığa gələ bilməmişlər. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiya prosesinin keçirilməsi üçün müvafiq qaydada müraciət etmişdir. Lakin cavabdeh bir daha razılaşmaya gəlməmişdir. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçıd oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 823-2 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1A, 4 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş smetasından görünür ki, Şirvan şəhəri H.Əliyev küçəsi 1A saylı binanın 1 saylı mənzilinə dəyən ziyanın məbləği 2613.45 manatdır. İş materiallarına əlavə edilmiş elektron məlumat sorğusundan görünür ki, **********35-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1 A, 4 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatını yoxlamaq məqsədi ilə eləcə də, mülki işlə bağlı bütün məsələləri tam, obyektiv və hərtərəfli araşdırmaq üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin 2(032)-1138/2023 saylı, 23 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/6996 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə Şirvan şəhəri, H.Əliyev küçəsi ev 1A-nın, 1 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və 07 iyun 2023-cü il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 1 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən suyun axıdılması müəyyən edlir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Qərardadın ikinci sualı üzrə Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən 1A saylı evin, 1 saylı mənzilində mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2723,00 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şirvan şəhəri H.Əliyev küçəsi 1A saylı binanın 4 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri H.Əliyev küçəsi 1A saylı binanın 4 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1A-nın, 1 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və 07 iyun 2023-cü il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 1 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Aparılan hesablamalar nəticəsində Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 1A saylı evin, 1 saylı mənzilində mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2723,00 məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Bu cür pozuntu nəticəsinin zərərçəkmiş şəxsin hüquqla və ya qanunla müdafiə edilən hüquqlarının pozulması ilə nəticələnmiş olur. Bu hüquq pozuntusu nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərçəkmiş şəxs və zərərvuran şəxs iştirak edir. Mülki hüquq puzuntusu (delikt) törəmiş şəxs hüquqla və qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qanunvericiliyə əsasən mülki hüquq pozuntusunun tərkibinin mülki-hüquqi məsuliyyətin şərtləri olaraq: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi, zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması, hüquqpozanın təqsirinin olması. - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olmasına münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanından 1 saylı mənzilə su axıdılmışdır. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından görünür ki, axıdılmış su nəticəsində ünvan 2 ünvanının mülkiyyətçisinə zərər dəymişdir. - zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasına münasibətdə zərərin dəyməsinə səbəb məhz ünvan 3 ünvanının mülkiyyətçisinin sudan nəzarətsiz istifadə edilməsi, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlar, yararsız sanitar-texniki avadanlıqlarından istifadə edilməsi nəticəsində baş verməsi olmuşdur. - hüquqpozanın təqsirinin olmasına münasibətədə isə məhkəmə qeyd edir ki, hazırkı hərəkət və ya hərəkətsizlik təqsirə münasibətdə həm qəsdən, həm də etiyatsızlıqla törədilə bilən hüquqazidd əməldir. İşin faktiki hallarından isə əməlin qəsdən və ya etiyatsızlıqdan törədilməsini müəyyən edilməsi mümkün deyildir. Ancaq yuxarıda qeyd edilən şərtlər üzrə hazırkı mülki iş üzrə iddiaçıya zərərin dəyməsi üzrə təqsirinin olması və təqsirin də, məhz yuxarı mənzildən sudan nəzarətsiz istifadə edilməsi, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlar, yararsız sanitar-texniki avadanlıqlarından istifadə edilməsi nəticəsində baş verməsi nəticə olaraq hazırkı mülki iş üzrə cavabdehin təqsirli olması ilə nəticələnir. Məhkəmə ekspertiza rəyinə, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin yaşadığı mənzilindən iddiaçının yaşadığı mənzilə suyun axıdılması və ziyanın dəyməsi öz təsdiqini tapmışdır. Dəymiş ziyanın dəyərinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mənzilə dəymiş zərər 2613,45 manat dəyərində, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq isə 2723 manat dəyərində müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfin vermiş olduğu iddia tələbi həcmində işə baxır. Hazırkı mülki iş üzrə iddiaçının ona dəymiş zərəri 2613.45 manat məbləğində dəyərləndirdiyindən məhkəmə hesab edir ki, dəymiş zərər olaraq ekspertiza tədqiqatının nəticəsi deyil, məhz iddiaçının tələbi əsas götürülməlidir. Beləliklə, məhkəmə iş üzrə yekun nəticəyə gələrək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2613.45 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçıd oğluna verilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 47 manat dövlət rüsumu və mediasiyaya müraciət edilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi, yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlaının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2613.45 manat pul tutularaq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş olan 47 (qırx yeddi) manat dövlət rüsumu və mediasiya xərci olaraq 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-26/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-26/2024
24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver