Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-27/2025 18.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respubluikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277.40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçınə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iclasında Cavabdehizahatında işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf göstərilən tarixdə məhkəməyə gəlməməklə, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidməti İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-27/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-27/2025
18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver