Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-277/2025 11.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 8850 manat pulun və tərəfindən ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi xeyli müddətdir ki, yaxından tanıyır, bir-birilərinə həmişə hörmətlə yanaşmışlar. Cavabdeh ona nağd pul lazım olduğunu və təcili öz problemi üçün ondan borc pul köməkliyi etməyini xahiş etmişdir. Cavabdehi tanıdığından o onu inandıra bilmişdir. Bundan sonra 2 il bundan əvvəl Bank Respublikanın Şirvan filialından 8850 manat kredit götürüb pulu cavabdehə vermişdir. Cavabdeh ondan almış olduğu pulu qısa müddətə qaytaracağına dair ona söz vermişdir. Lakin həmin vaxtdan etibarən hal-hazıradək cavabdeh ona borcunu geri qaytarmamışdır. Cavabdehdən pulun alınması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət əsasında Şirvan şəhər Polis şöbəsində araşdırma aparılmış və Şirvan şəhər Polis şöbəsindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda şikayətinin mülki xarakterli olması əsas gətirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Adı çəkilən araşdırma barədə materiallar ona təqdim edilməmiş və ona bildirilmişdir ki, sorğu əsasında yalnız məhkəməyə təqdim edilə bilər. Qeyd etdiyi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin qanunsuz istifadəsində olan pul məbləği onun xüsusi mülkiyyətinə aiddir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında iddiaçının ona qarşı olan iddia tələbini qəbul etdiyini, ondan iddiaçının xeyrinə 8850 manat pulun tutulmasına etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin 12 may 2024-cü il tarixli, 3- 13-111/2-R-11994 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətində göstərmiş olduğu xüsusatlar üzrə tərəflərindən araşdırma aparılmış, araşdırma zamanı həmin xüsusatların mülki xarakterli olmaqla məhkəmə aidiyyəti olması müəyyən edilmişdir. Buna görə də İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə 0******* olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə Əli Bayramlı (indiki ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini etiraf etməklə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 8850 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 109 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8850 manat və dövlət rüsumuna görə ödənilmiş 109 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-277/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-277/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver