Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-28/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 1(032)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin 1(032)-142/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35653363 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə, məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, mobil qurğunu silkələyəndə içindən səs gəldiyi müəyyən edilmiş, məhkum qurğunun yerə düşdüyünü bildirmişdir. Bu barədə tərtib edilmiş protokol məhkum tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə təyin edilmiş cəza müddəti başa çatdığı üçün elektron nəzarət vasitələri məhkum Cavabdeh üzərindən qeyri-işlək vəziyyətdə təhvil götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol məhkum tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən məhkum Cavabdeh götürülmüş elektron nəzarət vasitələrinin yoxlanması zamanı “ Attenti” markalı mobil nəzarət qurğusunun ana platada radioelektron antenanın pininin zədələndiyi, təkrar qaynağının mümkün olmadığı istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə komputer-texniki ekspertizaları təyin edilmiş, xx.xx.2025-ci il tarixdə ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə daxil olmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15.30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçınə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh iddia ərizəsində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-28/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-28/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver