Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-283/2024 08.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KHAZAR SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə birlikdə 1095 manat, lizinq müqaviləsi üçün ödədiyi 768 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 11 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsi istiqamətində hərəkətdə olarkən daxili lizinq müqaviləsinə əsasən idarə etdiyi (istifadəsində olan) “KHAZAR SD” minik markalı ** PX *** dövlət nömrə nişanlı avtomaşınını cavabdehin idarə etdiyi “KAMAZ” markalı ** AD *** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulmuş və nəticədə ona maddi ziyan dəymişdir. Şirvan ŞPŞ tərəfindən araşdırma aparılmış və xətanın “KAMAZ” markalı ** AD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsündə olması müəyyən olunmuşdur. “KHAZAR SD” minik markalı ** PX *** dovlət nömrə nişanlı avtomaşını xx.xx.2020-ci il razılaşma əsasında daxili lizinq müqaviləsinə əsasən 17% dərəcəsi ilə 48 ay müddətinə aylıq ödəniş 383.77 manat olmaqla almışdır. İndiyə qədər ödənişlər etmiş hadisə nəticəsində istifadəsində olan “KHAZAR SD” minik markalı ** PX *** dövlət nömrə nışanlı maşınına təmir xərcləri ilə birlikdə 1095 manat ziyan dəymiş və bu təmir işləri şəxsi vəsaiti hesabına aparılmışdır. Bundan başqa, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan nəticəsində avtomaşını idarə edə bilməsə də, müqaviləyə əsasən 2022-ci ilin sentyabr və oktyabr aylarında ödənilməsi nəzərdə tutulan aylıq 383.77 manatı ödəmişdir. Bu məbləğlər də, ona dəymiş ziyana aid edilməlidir. Mübahisə ilə əlaqədar məhkəmədə “KAMAZ” markalı ** AD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 qarşı iddia qaldırmış və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-506/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh X4 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 1399/2023 saylı qətnaməsinin əsasən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 506/2023 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə əsasən o şəxsə qarşı yox, müəssisəyə qarşı iddia qaldırmalıdır. Ona görə də məhkəməyə muraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həlli ilə bağlı müddət verilməsinə baxmayaraq mübahisənin həlli mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Saatlı rayonu, Məmmədabad kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, "xxxx" MMC “KHAZAR SD” minik markalı avtomobili 48 ay müddətinə, illik 17 % dərəcəsi olmaqla İddiaçı lizinqə vermişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, İddiaçı hər ay 383.77 manat lizinq ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2022-ci il tarixli rəy aktından görünür ki, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1095 manat ziyan dəymişdir. Şirvan şəhər Polis şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 305-27445-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 10:27-də Azərbaycan Respublikadı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək Şirvan şəhər ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə vermiş olduqları məlumata əsasən Sabirabad rayon sakini X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilmişdir. Həmin “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının olmaması ilə əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-506/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 1095 manat, vurulmuş zərərin əvəzi, 768 manat lizinq müqaviləsi üzrə ödənilmiş pulun əvəzi, 39 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1902 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1399/2023 saylı qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-506/2023 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 19.32 manat məbləğində pul vəsaiti İddiaçı tutulub X3 ödənilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində saat 11 radələrində hazırkı mülki iş üzrə İddiaçı daxili lizinq müqaviləsinə əsasən idarə etdiyi (istifadəsində olan) “KHAZAR SD” minik markalı ** PX *** dövlət nömrə nişanlı avtomobili ilə Şirvan şəhəri F.Eynullayev küçəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində idarə etdiyi avtomobilə ziyan dəymişdir. Hadisənin araşdırılması nəticəsində hadisənin Sabirabad rayon sakini X4 tərəfindən idarə edildiyi “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi aşkar edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kamaz” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 xx.xx.2014-cü il tarixdən əmək müqavliləsi üzrə Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi sahəsinin sürücüsü vəzifəsinə işə qəbul edilmiş və hadisə vaxtı idarə etdiyi “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin mülkiyyətindədir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1095 manat ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Bu cür pozuntu nəticəsinin zərərçəkmiş şəxsin hüquqla və ya qanunla müdafiə edilən hüquqlarının pozulması ilə nəticələnmiş olur. Bu hüquq pozuntusu nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərçəkmiş şəxs və zərərvuran şəxs iştirak edir. Mülki hüquq puzuntusu (delikt) törəmiş şəxs hüquqla və qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qanunvericiliyə əsasən mülki hüquq pozuntusunun tərkibinin mülki-hüquqi məsuliyyətin şərtləri olaraq: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi, zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması, hüquqpozanın təqsirinin olması. - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olmasına münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, yol nəqliyyat hadisəsi baş vermişdir və həmin yol nəqliyyat hadisəsi X4 tərəfindən idarə edilən Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi sahəsinin mülkiyyətində olan “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş və sonuncunun əməlində inzibati xəta tərkibi olduğundan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı daxili lizinq müqaviləsinə əsasən idarə etdiyi (istifadəsində olan) “KHAZAR SD” minik markalı ** PX *** dövlət nömrə nişanlı avtomobilə 1095 manat məbləğində zərər dəymişdir. - zərərvuranının hüquqazidd hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasına münasibətdə zərərin dəyməsinə səbəb məhz baş vermiş yol nəqliyyat hadisəsi olmuş və hadisə nəticəsində X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. - hüquqpozanın təqsirinin olmasına münasibətədə isə məhkəmə qeyd edir ki, hazırkı hərəkət və ya hərəkətsizlik təqsirə münasibətdə həm qəsdən, həm də etiyatsızlıqla törədilə bilən hüquqazidd əməldir. İşin faktiki hallarından isə əməlin qəsdən və ya etiyatsızlıqdan törədilməsini müəyyən edilməsi mümkün deyildir. Ancaq yuxarıda qeyd edilən şərtlər üzrə hazırkı mülki iş üzrə iddiaçıya zərərin dəyməsi üzrə təqsirinin olması və təqsirin də, məhz X4 tərəfindən idarə edilən Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi sahəsinin mülkiyyətində olan “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş olması nəticə olaraq hazırkı mülki iş üzrə cavabdehin təqsirli olması ilə nəticələnir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə münasibətdə qeyd edir ki, maddənin məzmunundan göründüyü kimi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şərh olunan maddədə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyətin subyektləri müəyyən edilmişdir. Belə ki, bu halda dəymiş zərərin əvəzini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs ödəməlidir. Digər qanuni əsaslarla yüksək təhlükə mənbəyinə sahib olan şəxs dedikdə, ona məsələn, icarə hüququ ilə, etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ ilə və s. əsaslarla sahib olan fiziki və hüquqi şəxslər anlaşılır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətlə məşğul olan müəssisənin fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini müəssisənin mülkiyyətçisi, icarəçisi və digər qanuni əsaslarla ondan istifadə edən fiziki və ya hüquqi şəxslər ödəməlidirlər. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı daxili lizinq müqaviləsinə əsasən idarə etdiyi (istifadəsində olan) “KHAZAR SD” minik markalı ** PX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər məhz hazırkı halda yüksək təhlükə mənbəyinin sahibi hesab olunan Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin sahibliyində olan avtonəqliyyat vasitəsi tərəfindən dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş zərər məhz yüksək təhlükə mənbəyinin sahibi tərəfindən də ödənilməlidir. İddiaçının iddia tələbinin lizinq müqaviləsi üçün ödədiyi 768 manat pulun cavabdeh Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə iddiasını onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan nəticəsində avtomaşını idarə edə bilməsə də, müqaviləyə əsasən 2022-ci ilin sentyabr və oktyabr aylarında ödənilməsi nəzərdə tutulan aylıq 383.77 manatı ödəmişdir. Bu məbləğlər də, ona dəymiş ziyana aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda sübutetmə yüklülüyü iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəfindən lizinq predmeti olan əmlakın idarə edilməməsi və bunun nəticəsində zərərə düşmüş olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Lizinq müqaviləsi üzrə ödənişin edilməsi isə iddiaçı ilə lizinq şirkəti arasında bağlanmış olan müqavilə üzrə hazırkı mülki iş üzrə iddiaçının öhdəliyidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən 1095 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı verilməlidir. İddia tələbinin ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30,95 (otuz manat 95 qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 9,05 (doqquz manat 05 qəpik) iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən “KHAZAR SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyana görə 1095 manat və ödənilmiş dövlət rüsumuna görə 30,95 (otuz manat 95 qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 9,05 (doqquz manat 05 qəpik) hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-283/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-283/2024
08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver