Məhkəmə qərarları › İş №2(032)-29/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-29/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-29/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində xəstəxanaya ödədiyi 15000 manat, müalicə və müayinə xərcləri üçün 5000 manat, sağlamlığına vurulmuş ziyan həcmi olaraq 10000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Qazı-Məmməd (hazırkı Hacıqabul rayonu) şəhərində anadan olmuşdur. Səhhətində yaranmış problemlə bağlı xx.xx.2023-cü ildə X3 Mərkəzində “Heriotomiya Hernioplastika” cərrahi əməliyyatı olunmuşdur. xx.xx.2023-cü ildə uğursuz əməliyyatın nəticəsi olan ağırlaşma “Peritonit. Daxili qanaxma” yaranmışdır. Cərrahi əməliyyatı aparmış cavabdeh cərrahın məsuliyyətsizliyi nəticəsində kritik ağır vəziyyətdə yaxın qohumlarımın iştirakı ilə təcili tibbi yardım vasitəsi ilə Bakı şəhərinə “X13” xəstəxanasına aparılmışdır. xx.xx.2023-cü ildə orada yenidən endotraxeal anesteziya altında “Reloparatomiya. Sanasiya. geniş sağ tərəfli Hemikoletomiya. İleotravsverozoanastomoz. qarın boşluğunun çoxsaylı drenajı” cərrahi əməliyyatı olunmuşdur. Cərrahi əməliyyat Rəşad Cəfərov tərəfindən uğurla icra olunmuş və ilkin cərrahi əməliyyatı icra etmiş cərrahın məsuliyyətsizliyi nəticəsində nazik bağırsağın və müsariqəsinin çoxsaylı zədələnmələri, peritonit daxili qanaxma halların olması müəyyən olunmuşdur. Məhz 2-ci cərrahi əməliyyatdan sonra o, həyata qayıtmış və bağırsağının 1 metrdən çoxu amputasiya olunmuşdur. Məhz bunun nəticəsidir ki, onun ifrazat problemi yaranmışdır və bu hal onda ömürlük davam edəcəkdir. Cərrahi əməliyyat zamanı uğursuzluğun olması stasionar xəstənin tibbi kartasından çıxarışda öz əksini tapmışdır. Belə ki, ******* nömrəli çıxarışda göstərilir ki, ...qarın boşluğunun KT müayinəsi zamanı qarın boşluğunda maye təsdiqləndi. Konsilium aparıldı relaparotamiya qərara alındı. Xəstə anestezioloq, kardioloq, müayinə olundu. Xəstənin qohumlarının təkidi ilə ixtisaslaşdırılmış müayinə və müalicə müəssisəsinə göndərildi. Beləliklə, cavabdeh cərrahın uğursuz əməliyyatı nəticəsində səhhətinə xəsarət yetirilmiş, orqanı amputasiya olunmuş, xərcləri çıxmış və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etdi. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2023-cü ildə X3 Mərkəzində “Heriotomiya Hernioplatika” cərrahi əməliyyatı olub. xx.xx.2023-cü ildə uğursuz əməliyyat nəticəsində ağırlaşma Peritonit Daxili qanaxma yaranmışdır. Cərrahi əməlliyatı aparmış cavabdeh cərrahın məsuliyyətsizliyi nəticəsində İddiaçı kritik ağır vəziyyətdə yaxın qohumlarının iştirakı ilə təcili tibbi yardım vasitəsi ilə Bakı şəhərində yerləşən “X13” xəstəxanasına aparılmışdır. xx.xx.2023-cü il tarixdə yenidən endotraxeal anesteziya altında “Reloparatomiya. Sanasiya. geniş sağ tərəfli Hemikoletomiya. İleotravsverozoanastomoz. qarın boşluğunun çoxsaylı drenajı” cərrahi əməliyyatı olunmuşdur. Cərrahi əməliyyat Rəşad Cəfərov tərəfindən uğurla icra olunmuş və ilkin cərrahi əməliyyat icra etmiş cərrahın məsuliyyətsizliyi nəticəsində nazik bağırsaq və müsariqəsinin çoxsaylı zədələnmələri, pertonit daxili qanaxma hallarının olması müəyyən olunmuşdur. Məhz cərrahın məsuliyyətsizliyi səbəbindən İddiaçı də ömürlük ifrazat problemi yaranmışdır. İddiaçı ikinci dəfə əməliyyat etmiş Rəşad Cəfərov da İddiaçı səhhətində baş vermiş problemin həkim səhvindən baş verdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı etiraf etməyərək izahatında bildirdi ki, təmsil etdiyi şəxs cərrah Cavabdeh tərəfindən əməliyyat uğurla həyata keçirilmişdir. İddiaçının nazik bağırsağında heç bir zədələnmə halı aşkar edilməmişdir. Məhkəmə tibbi-ekspertizasının rəyindən də aydın şəkildə görünür ki, İddiaçı səhhətində baş vermiş ağırlaşmanı ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı əməliyatından bir gün əvvəl Nəsib doktorun otağına getmiş, onunla danışmışdır. Nəsib doktor ona narahat olmamağı bildirmişdir. O, Nəsib doktora 300 manat pul vermiş, əməliyyatı yaxşı etməyi xahiş etmişdir. Onlar 3 saata yaxın qardaşının əməliyyatdan çıxmasını gözləmişdir. O, bütün prosesləri videoyazıya almışdır. Nəsib doktor əməliyyatı Oktay doktorla bir yerdə etmişdir. Qardaşını palataya yerləşdirdikdən sonra o, Oktay doktora yaxınlaşmış və qardaşının ağrılarının çox olduğunu, qarnında nə isə qaldığından şübhələndiyini bildirmişdir. Sonra onlar lazım olan dərmanları almaq üçün aptekə getmişlər. Daha sonra o, işə getmiş, işdən sonra qardaşına baş çəkməyə gəldikdə qardaşının yenə çox ağrındığını görmüşdür. Tibb bacısı ona ağrıkəsici dərman vurmuşdur. Axşam qardaşının vəziyyəti pisləşmiş, o qədər qusmuşdur ki, hətta ağzından nəcis gəlmişdir. Səhər saat 08:30da gəlinləri ilə birlikdə xəstəxanaya getmiş qardaşının qarnının şişdiyini görmüşdür. Həkimə qardaşının qarnının şişdiyini demiş və onun KT olunmasını tələb etmişdir. Nəsib doktor gəlmiş, Oktay doktorla öz aralarında nə isə danışmışlar. Oktay doktor ona narahat olmamağını, xəstəni KT edəcəklərini bildirmişdir. Qardaşı İddiaçı KT olunduqdan sonra onun qarnının içinin tamamilə qan olduğu görünmüşdür. Həkimlər İddiaçı yenidən əməliyyat etmək istəmiş, lakin onlar icazə verməmişlər. Təcili tibbi yardım çağırıb onu Bakı şəhərinə aparmışlar. Onlar Bakı şəhərinə gedərkən Oktay doktor İddiaçı həyat yoldaşını çağırıb onun verdiyi 300 manatı geri qaytarmışdır. Onlar Bakı şəhərinə çatdıqda doktor Rəşad Cəfərov onları qarşılamışdır. Rəşad Cəfərov onlara xəstəxanaya 15000 manat köçürmə etmələrini və xəstənin qarın boşluğunu açacağını, əgər qan xəstənin bağırsaqlarını tutubsa onluq bir şey olmadığını bildirmişdir. İddiaçı bağırsağından 2 metrə yaxın hissəsi kəsilib götürülmüşdür. Əməliyyatdan sonra İddiaçı 4 gün komada qalmışdır. Onu palataya köçürmək üçün xəstəxana 5000 manat ödəniş tələb etmişdir. Onlar Nəsib doktora müraciət etmiş, o da 10000 manat verəcəyini bildirmişdir. Palata xərci olan 5000 manatı Nəsib doktor Səfərov Fərhad doktorun vasitəsilə onlara vermişdir. Nəsib doktor 5000 manatı onlara verdikdən sonra o, Nəsib doktoru bir daha görməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “X13” xəstəxanasının 06 iyun 2023-cü il tarixli 2508/23 saylı epikrizindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı “Heriotomiya. Hernioplastika” əməliyyatından sonrakı vəziyyət Peritonit. Daxili qanaxma diaqnozu qoyulmuş, endotraxeal anesteziya altında “Reloparatomiya. Sanasiya. Geniş sağ tərəfli hemikoletomiya. İleotravsverozoanastomoz. Qarın boşluğunun çoxsaylı drenajı” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. xx.xx.2023-cü il tarixdə o, kafi vəziyyətdə evə, sonrakı ambulator müalicəyə yazılmışdır. İş materiallarında olan ******* saylı X3 X4 Tibb Kartasından çıxarışda göstərilir ki, xx.xx.1962-ci ildə doğulmuş, ünvan 1 ünvanında yaşayan, təqaüdçü İddiaçı xx.xx.2023-cü il tarixdə stasionara daxil olmuş, xx.xx.2023-cü il tarixdə çıxmışdır. Ona qarının ön divarının əməliyyatdan sonrakı yırtığı (orta laparotomiya) diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, aparılmış müalicə, göndərilmə və çıxarılan zamanı xəstənin vəziyyəti: xəstə qarının ön divarında olan, əməliyyat nahiyəsində vaxtaşırı şişkinlikdən, ağrılardan, qəbizlikdən şikayət edir. Deməsinə görə bir neçə il əvvəl mədənin perforasiyasına görə əməliyyat olunmuş əməliyyatın gedişində Nefrektomiya aparılmışdır. Histoloji böyrəyin adenokarsinoması diaqnozu təsdiqlənib. Boyu 180 sm. çəkisi 92.00 kq. dəri, görünən selikli qişaları çəhrayıdır. Xəstəyə xx.xx.2023-cü il tarixdə ümumi endotraxeal narkoz altında “Herniolaparotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisəsinin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahi əməliyyatı icra olunub. Cərrahi əməliyyatdan sonrakı dövrdə xəstədə köp olmuş, qusmadan sonra nisbi yüngülləşmə olmuşdur. Səhər yoxlaması zamanı xəstə narahat olmuş, A/T 90/60 mm.c.st. Nəbz 130 dəq-dir. Xəstə təmizləyici imalə olundu. Nisbi yüngülləşmə oldu. Qarın boşluğunun KT müayinəsi zamanı qarın boşluğunda maye təsdiqləndi. Konsilium aparıldı, relaparotamiya qərara alındı. Xəstə anestezioloq, kardioloq müayinə olundu. Xəstənin qohumlarının təkidi ilə ixtisaslaşdırılmış müayinə və müalicə müəssisəsinə göndərilir. Döş qəfəsinin Rg-skopiyası: Ağciyərdə kökətrafı sahənin ağciyər şəkli güclənib. Diafraqma hərəkətlidir. Sinuslar sərbəstdir. Ürək normaldır. EKQ: PS=80. ÜEO N-dır. Sol mədəciyin hipertrofiyası. Çıxarış şöbə müdiri E.S.Kərimov və müalicə həkimi Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan X9 xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 15000 manat ödəniş etmişdir. İş materiallarında olan X9 xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 5000 manat ödəniş etmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1204/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin rəhbərliyinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2023-cü ildə X3 Mərkəzində cərrah Cavabdeh tərəfindən aparılmış “Heriotomiya Hernioplastika” cərrahi əməliyyatın uğurla aparılması halı araşdırılsın ?

2. xx.xx.2023-cü ildə X3 Mərkəzində cərrah Cavabdeh tərəfindən aparılmış “Heriotomiya Hernioplastika” cərrahi əməliyyatdakı uğursuzluqlar, yəni həkim səhvi varsa nədən ibarət olmuşdur ?

3. xx.xx.2023-cü ildə X3 Mərkəzində cərrah Cavabdeh tərəfindən aparılmış “Heriotomiya Hernioplastika” cərrahi əməliyyatla xx.xx.2023-cü ildə “X13” xəstəxanasında aparılmış yenidən endotraxeal anesteziya altında “Reloparatomiya sanasiya geniş sağtərəfli hemikoletomiya. İleotravsverozoanastomoz qarın boşluğunun çoxsaylı drenajı” cərrahi əməliyyatı arasında müqayisəli təhlil aparılsın və cərrahi əməliyyatlardakı uğursuzluqların, yəni həkim səhvi varsa nədən ibarət olması şərh edilsin?

4. İddiaçı xx.xx.2023-cü il tarixdə aparılmış əməliyyat zamanı daxili orqanlarında hansı xəsarətlər aşkar olunur ? Qoyulmuş suallardan əlavə məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da rəydə göstərmələri ekspertlərə təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsi 17 yanvar 2024-cü il tarixli KEŞ-992 saylı komisyon ekspert rəyində göstərilir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-nə daxil olmuş və ona “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Hemiolaparotomiya; Bitişmələrin ayrılması; Yırtıq kisəsinin ləğvi; Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı yırtıq qapısına böyük piyliyin bir hissəsi sağ tərəfdə, sol tərəfdə isə yırtıq qapısına nazik bağırsağın bir ilgəyi bitişmişdir. Hər iki təmas nahiyyəsi yırtıq qapısından iti və küt üsulla ayrıldıqdan sonra hemostaz aparılmışdır. Əməliyyat sonlandırılmış, həmin gün xəstə reanimasiya şöbəsinə verilmiş və hər hansı bir ağırlaşma olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrindən başlayaraq xəstənin səhhətində narahatçılıqlar yaranmış və səhərə qədər davam etmişdir. Kompyüter tomoqrafiya müayinəsinə əsasən qarın boşluğunda maye aşkarlanmış və “Relaparotomiya” cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. Xəstə və yaxınları təkrar əməliyyatdan imtina etmiş və “X13” Klinikasına getmişlər. Qeyd olunanları nəzərə alaraq baş vermiş ağırlaşmanı ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. Belə ki, bitişmə xəstəliyi fonunda və bitişmə təması olan nahiyələrdə sonradan nekroz və perforasiya yarana bilər.

3. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə “Şirvan Müalicə Diaqnostika Mərkəzi” PHŞ-ndə aparılmış “Hemiotomiya; Hemioplastika” əməliyyatı ilə və xx.xx.2023-cü il tarixdə “X13”da aparılmış “Reloparatomiya; Sanasiya; Geniş sağtərəfli hemikoletomiya; İleotravsverzoanastomoz; Qarın boşluğunun çoxsaylı drenajı” cərrahiyyə əməliyyatları arasında mövcud olan əlaqə ilkin cərrahiyyə əməliyyatda mövcud olan patologiya, yəni daxili orqanların bitişmələri hesabına yaranmışdır.

4. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə aparılmış cərrahiyyə əməliyyatından sonra onda bitişmə xəstəliyi hesabına nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin nekrozu ilə ağırlaşmış perforasiya qeyd edilmişdir. Bu da təkrar cərrahi yolla aradan qaldırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsinin məktubunda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin Komisyon şöbəsinin məhkəmə tibb ekspertləri şöbədə işin çoxluğu ilə əlaqədar hal-hazırda məhkəmə iclasında iştirak edə bilmirlər. Həmçinin ekspertizanın gedişində mütəxəssis qismində cəlb edilmiş X10 Tibbi Mərkəz PHŞ-nin ümumi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. O da işin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Bunun nəzərə almağını və verilmiş rəyin müdafiə edildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar toplanmış 23-3-2-2-453-2566 283C-23 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda araşdırma aparılarkən komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 783/KEŞ nömrəli rəyində göstərilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı keçirilmiş cərrahiyyə əməliyyatlarının izlərindən başqa, onun bədəni üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən edilməmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə X3 Mərkəzi PHŞ-ə daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona “Qarnın ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza əsasən ona operativ müalicə taktikası seçilmiş və üzərində “Herniolaparotomiya. Bitişmələrin ayrılması. Yırtıq kisənin ləğvi Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. Planlı cərrahiyyə əməliyyatından öncə xəstəyə kliniki, laborator və instrumental müayinələr aparılmışdır. İddiaçı aparılmış müvafiq müayinələrdən sonra onun üzərində icra olunacaq operativ müdaxiləyə hər hansı bir əks göstəriş olmamışdır. İddiaçı üzərində ilkin cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Belə ki, mövcud olan patologiyanın kliniki gedişi, artıq kisənin şişməsi və nazik bağırsağın boğulma ehtimalını nəzərə alaraq bunun qarşısının alınması yalnız cərrahi yolla mümkün idi. İddiaçı üzərində “Herniolaporotomıya. Bitişmələrin ayrılması. Yırtıq kisənin ləğvi. Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı, icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı yırtıq qapısına nazik bağırsağın bir ilgəyi bitişmişdir. Hər iki təmas yırtıq qapısından iti və küt üsulla ayrıldıqdan sonra hemostaz aparılmışdır. Əməliyyat sonlandırılmış, həmin gün xəstə reanimasiya şöbəsinə verilmiş və hər hansı bir ağırlaşma olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə, saat 01 radələrindən başlayaraq xəstənin səhhətində narahatçılıqlar yaranmış və səhərə qədər davam etmişdir. Aparılmış kompyüter tomoqrafiya müayinəsinə əsasən qarın boşluğunda maye aşkarlanmış və “Relaparotomiya” cərrahiyyə əməliyyatına qərar verilmişdir. Xəstə və yaxınları təkrar əməliyyatdan imtina etmiş və “X13” klinikasına getmişlər. Beləliklə qeyd olunanları nəzərə alaraq ilkin cərrahiyyə əməliyyatının texniki icrasından sonra yaranmış patoloji vəziyyət bitişmə xəstəliyi fonunda və yırtıq kisəsinin sərbəstləşdirilmiş nahiyyələrində inkişaf etmiş kiçik ölçülü nekrotik sahə sonradan perforasiya ilə dərinləşmişdir. Yaranmış patoloji vəziyyət vaxtında aşkar edilmiş və zəruri olan təkrari əməliyyatın aparılması təklif edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə "X13” Klinikasına daxil olmuş və aparılmş müvafiq müayinələrdən sonra ona “Herniotomiya və hernioplastika əməliyyatından sonrakı vaziyyət (xx.xx.2023). Peritonit. Daxili qanaxma” diaqnozu düzgün təyin edilmişdir. Peritonit və daxili qanaxma səbəbi ilə təkrar cərrahi əməliyyatı aparılmışdır. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış patoloji vəziyyət birbaşa ilkin cərrahiyyə əməliyyatının texniki qüsuru ilə əlaqələndirmək olmaz. Belə ki, mövcud olan yırtıq qapısına böyük piyliyin bir hissəsi və nazik bağırsağın bir ilgəyi bitişmişdir. Həmin nahiyələr küt və iti üsulla ayrılmışlar. Bitişmə təması olan nahiyələr sonradan nekroza və perforasiyaya səbəb ola bilərdi. İddiaçı keçirdiyi ilkin cərrahiyyə əməliyyatından sonra onda cərrahi ağırlaşma yaranmış, bu da təkrar əməliyyatının aparılmasına səbəb olmuş və aradan qaldırılmışdır. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Nemət İbrahinbəyliyə aparılmış tibbi müdaxilələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında və səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirmişdir. Həmin qərarda araşdırma aparılarkən “X13” xəstəxanası Babək filialında həkim cərrahı X6 bildirmişdir ki, 2013-cü ildən “X13” xəstəxanası Babək filialında həkim cərrah vəzifəsində işləmişdir. İddiaçı adlı xəstəni tanımış, həmin şəxs iki dəfə tərəfindən cərrahi əməliyyat olunmuşdur. İlk dəfə 2020-ci ilin may ayında İddiaçı “Mədə deşilməsi” və “Sol böyrəyin xərçəngi” diaqnozları ilə cərrahi əməliyat etmişdir. Həmin əməliyyatlar tam uğurlu şəkildə başa çatdırılmış və xəstənin hər hansı şikayəti olmamışdır. Həmin xəstə 2023-cü ilin fevral-mart ayında onun qəbulunda olmuşdur. Xəstəni müayinə edən zaman onun göbək nahiyyəsində yırtıq əmələ gəldiyini aşkar etmişdir. Həmin yırtıqla bağlı müvafiq qaydada cərrahi əməliyyat olunmasını məsləhət götmüşdür. Xəstə ilk öncə həmin cərrahi əməliyyatı “X13” xəstəxanasında onun tərəfindən icra olunmasını istəmiş, lakin xəstəxana özəl klinika olduğu üçün ödənişin çox olduğunu bildirib cərrahi əməliyyatı TƏBİB-in tabeliyində olan xəstəxanada etdirəcəyini bildirmişdir. O da xəstəyə cərrahi əməliyyatı Bakı şəhərində yerləşən dövlət xəstəxanalarında icra etdirməyi məsləhət görmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı yaxın qohumu onunla telefon əlaqəsi saxlayaraq xəstənin vəziyyətinin pis olduğunu, cərrahi əməliyyatdan sonra vəziyyətinin kritikləşdiyini bildirmişdir. O, ilkin olaraq xəstənin cərrahı ilə əlaqə saxlamış və xəstənin vəziyyətini sorğu-sual etmişdir. Həmin cərrahın dedikləri əsasında həkimə xəstənin qarın boşluğunu yenidən açmasını məsləhət görmüşdür. Lakin, həmin cərrah hələki gözləyəcəyini bildirmiş, 2 saat sonra isə xəstə yaxınlarının xəstənin yenidən həmin xəstəxanada əməliyyat olunmasına qarşı olduqlarını bildirmişdir. O da, xəstə yaxınlarına xəstəni ən tez müddətdə Bakı şəhərinə çatdırmalarını bildirmişdir. Həmin gün təxminən günortadan sonra təcili tibbi yardım avtomobili ilə xəstəni X13 xəstəxanasına çatdırmışlar. Xəstəni ilkin müayinə edən zaman vəziyyətinin çox kritik olduğunu müəyyən etmiş və dərhal reanimasiya şöbəsinə yerləşdirmışdir. Xəstənin rəngi tam ağarmış, çoxlu qan itirmişdir. Dərhal onun bədəninə qan köçürmüş və vəziyyətinin nisbətən stabilləşməsini gözləyib dərhal cərrahi əməliyyata başlamışlar. Cərrahi əməliyyatdan öncə xəstə yaxınlarına xəstənin ölə biləcəyini məlumat verərək onlardan öz əlyazmaları ilə iltizam almışdır. Xəstə yaxınları buna etiraz etməmişdir. Xəstənin cərrah əməliyyatını ümumi anesteziya vasitəsilə etmişlər. Xəstədə əməliyyat olunmuş sahəni yenidən açmışdır. Xəstənin qarın boşluğu nəcisli, qanlı möhtəviyyatla dolu olmuşdur. Cərrahi əməliyyat zamanı xəstənin nazik bağırsağın iki yerdən deşildiyini aşkar etmişdir. Birinci nahiyyə əməliyyat sahəsində bağırsağın bitişik olduğu yer olmuşdur. İkinci nahiyyə isə nazik bağırsağın yoğun bağırsağa açılan yeri olmuşdur. Həmin nahiyyələrdə bağırsaqların damarları zədələnməsi qanaxmanın səbəbi olmuşdur. Xəstədə ikinci problem zədələnmiş bağırsaq hissəsinin kəsilib götürülməməsi olmuşdur. Həmin nahiyyələri tikməklə bağlamaq mümkün olmadığı üçün məcbur olub həmin nahiyyə rezeksiya olunmuş, yəni kəsilib götürülmüş və bağırsaq bir-birinə calanmışdır. Cərrahi əməliyyat zamanı videoçəkiliş aparılmış və cərrahi əməliyyat yekunlaşdırılmışdır. Xəstə reanimasiyaya yerləşdirilmiş, təxminən bir həftə reanimasiyada yatırılmışdır. Həmçinin 3-4 gün süni nəfəs aparatında qoşulu qalmışdır. Reanimasiyadan sonra xəstə palataya köçürülmüş və bir müddət orada qaldıqdan sonra xəstə evə buraxılmışdır. Əslində xəstə uzun müddət xəstəxanada qalmalı olmuş, lakin xəstənin maddi sıxıntısı olduğu üçün palatada qala bilməmiş və evə buraxılmışdır. Həmçinin izahatında göstərmişdir ki, ilk nöqsan natamam reviziya olmuşdur. Natamam reviziya qarından çıxan zaman qarın boşluğunu tam şəkildə yoxlamadan qarın boşluğunu tikərək cərrahi əməliyyatı sonlandırmaqdır. İkinci nöqsan xəstədə cərrahi əməliyyatdan sonra ilk saatlarda qanaxma olmasını müəyyən edə bilməməkdir. Xəstəni cərrahi əməliyyatdan sonra müşahidə etmək lazımdır. Həmin müşahidə baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli videodiskə baxış keçirilmişdir. Video yazıda 5 ədəd videogörüntü açılır, ilk videogörüntü İddiaçı əməliyyat prosesini özündə əks etdirir. Həmin görüntülərdə İddiaçı qarın boşluğunda cərrahi əməliyyat edilən zaman möhtəviyyətin və laxtalanmış qanın aşkar edildiyi görünür. Həmçinin həkim Rəşad Cəfərov tərəfindən bağırsağın bir hissəsində keçmiş əməliyyat zamanı yaranmış deşik aşkar edilir. Daha sonra bağırsağın qarın boşluğundan çıxarılması öz əksini tapır, ikinci, üçüncü, dördüncü və beşinci videogörüntülərdə İddiaçı yaxınları tərəfindən onun xəstəxanada və təcili tibbi yardım avtomobilində çəkilməsi vardır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-yə müraciət edən zaman sağlamlıq vəziyyəti ilə bağlı ona qarının ön divarının əməliyyatdan sonrakı yırtığı (orta laparotomiya) diaqnozu qoyulmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Hemiolaparotomiya; Bitişmələrin ayrılması; Yırtıq kisəsinin ləğvi; Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat sonlandırılmış, həmin gün xəstə reanimasiya şöbəsinə verilmiş və hər hansı bir ağırlaşma olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrindən başlayaraq xəstənin səhhətində narahatçılıqlar yaranmış və səhərə qədər davam etmişdir. Kompyüter tomoqrafiya müayinəsinə əsasən qarın boşluğunda maye aşkarlanmış və “Relaparotomiya” cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. Xəstə və yaxınları təkrar əməliyyatdan imtina etmiş və “X13” Klinikasına getmişlər. Hazırda iddiaçının tələbi Cavabdeh təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində xəstəxanaya ödədiyi 15000 manat, müalicə və müayinə xərcləri üçün 5000 manat, sağlamlığına vurulmuş ziyan həcmi olaraq 10000 manat pulun tutularaq ona ödənilməsidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1118.1-ci maddəsinə əsaəsn fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin komisyon ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “X3 Mərkəzi” PHŞ-yə daxil olmuş İddiaçı “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edildiyi, təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Hemiolaparotomiya; Bitişmələrin ayrılması; Yırtıq kisəsinin ləğvi; Yırtıq qapısının alloplastikası” cərrahiyyə əməliyyatı icra edildiyi, İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə “X3 Mərkəzi” PHŞ-ndə aparılmış “Hemiotomiya; Hemioplastika” əməliyyatı ilə və xx.xx.2023-cü il tarixdə “X13”da aparılmış “Reloparatomiya; Sanasiya; Geniş sağtərəfli hemikoletomiya; İleotravsverzoanastomoz; Qarın boşluğunun çoxsaylı drenajı” cərrahiyyə əməliyyatları arasında mövcud olan əlaqə ilkin cərrahiyyə əməliyyatda mövcud olan patologiya, yəni daxili orqanların bitişmələri hesabına yarandığı və bunun təkrar cərahi yolla aradan qaldırıldığı qeyd edilmişdir. Göründüyü kimi həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində icra edilmiş əmliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, iddiaçıya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçıya göstərilmiş tibbi yardımlar onun vəziyyətinə və göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı üzərində aparılmış əməliyyatların nöqsanlarla icra edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd edilən hala dair sübut olaraq ikinci dəfə əməliyyat olunmasını əsas gətirsə də, təyin edilmiş komisyon ekspertiza tədqiqatının nəticəsi olaraq, xəstədə ikinci əməliyyat səbəb olan halın ilkin cərrahiyyə əməliyyatda mövcud olan patologiya, yəni daxili orqanların bitişmələri hesabına yarandığı müəyyən edilmişdir. Əməliyyatın digər xəstəxanada icra edilməsinə münasibətdə isə məhkəmə iclasında iddiaçının və şahid qismində dindirilmiş İddiaçı bacısı X1 izahatlarından da görünür ki, məhz razılıqları və müraciəti əsasında Bakı şəhərinə aparılaraq əməliyyat olunduğu aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə, onun üzərində icra edilmiş əməliyatların düzgün icra edilməməsi halını sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Şirvan şəhər prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilir ki, İddiaçı onun üzrəində aparılmış cərahi əməliyyatının səhv icra edilməsi və sağlamlığına ağır zərər vurulması ilə bağlı şikayət etmiş, material üzrə aparılmış araşdırmanın nəticəsi olaraq X3 Mərkəzinin cərrahı Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Şirvan şəhər prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı sağlamlığına vurulmuş xəsarət nəticəsində xəstəxanaya ödədiyi 15000 manat, müalicə və müayinə xərcləri üçün 5000 manat, sağlamlığına vurulmuş ziyan həcmi olaraq 10000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar